Valideyn guşəsi

Kobud müracət, qaba sözlər, ümumiyyətlə, mənfi emosiyalar analıq duyğusunun daha sıx yaşandığı əmizdirmə dövründə istər ananın əhvali-ruhiyyəsinə, istərsə də südünə çox böyük mənfi təsirlər göstərir. Bununla əlaqədar çoxlu müşahidə və araşdırmalar aparmış bütün mütəxəssislərin ümumi olaraq gəldiyi qənaət bundan ibarətdir ki, kobudluq ana südünə təsir edir: miqdarına da, keyfiyyətinə də.

Hər bir ana istəsə, südü körpəsinı yetər

Mütəxəssislər gənc analara hər zaman müxtəlif formatlarda tibbi yardım göstərirlər: istər mülaicə vasitələri, istərsə də maarifləndirmə yolu ilə. Məqsəd də bu olur ki, gənc və təcrübəsiz analar ana südünün uşaq sağlamlığındakı əhəmiyyətini anlasın, həm də doğru əmizdirmə texnikalarına yiyələnsinlər. Amma bu işin daha səmərəli olması üçün anaların çevrələri, mühit özü də bu yanaşmanı tamamlamalıdır. Bəzi analar olur ki, “südüm çatmır, körpəm doymur” kimi şikayətlər edir. Mütəxəssislər isə belə hesab edirlər ki, hər bir ana, istəsə, körpəsini doyuracaq qədər südü mütləq ola bilər.

Anaların ən həssas olduğu mövzu

Gənc analara tövsiyə edəh mütəxəssislər öz müahidələrinə əsasən, bu qənaətə gəlmişlər ki, istnilən münasibət bilavasitə ananın əhvali-ruhiyyəsinə, eləcə də ana südünün keyfiyyətinə də təsirsiz ötüşmür. Hamiləlikdən sonra gənc anaların ən həssas dövrüdür. Kobud rəftar, qeyri-etik söz və cümlələr analara pis təsirgöstərdiyindən südün miqdarə azalır, keyfiyyəti də həmçinin. Bu isə gələcəkdə körpənin xrakterinə də təsir edir, körpə əsəbi və inadkar olur.

Yanlış texniki istifadəsi

Körpə davamlı ağladığın zaman ananın ətrafında olanlar belə iddia edirlər ki, uşaq doymamışdır, ananın südü çatmamışdır. Ana də belə vəziyyətdə körpəsinə döş vermək yolu ilə ünsiyyət qurmaqdan çəkinir. Yanlış texniki istifadə nəticəsində döş başı yara olan və qanayan analar öz təcrübələrindən danışanda bu cür hekayələri dinləmək də mənfi təsir edir. Ətrafından təsirlənib əmzik və əmzik istifadə edən analar kifayət qədər var. Halbuki bunların edilməsi körpənin ana südünü ala bilməməsinə gətirib çıxarır. Bu baxımdan anaların ilk 6 ay körpələrini yalnız öz südləri ilə qidalanması lazımdır.

Əmizdirmə təhsili verilir

Südün içində su da mövcuddur. Buna görə də südlə normal bəslənən körpəyə su vermək üçün də ehtiyac qalmır. Analara hamiləliyin 32-ci həftəsindən etibarən və doğuma gəldikləri andan etibarən əmizdirmə təhsili verilməlidir. Körpənin ana südünü iki yaşına qədər alması lazımdır. Altı aydan sonra əlavə qidaya alınmasının səbəbi körpənin qidalanma vərdişi qazanması və dəyişik dadları da bilməsi üçün lazımdır. Beləcə, əlavə qidalar köməyiylə körpə inkişafı üçün lazımlı olan yağ turşularını və zülalları də ala bilir.

İlk doğulduğunda hər istədiyi zaman

Körpənin ana südü alması təbii istəyinə buraxılması daha doğru. Körpəyə zorla ana südü vermək isə doğru deyil. Körpəyə ilk doğulduğunda hər istədiyində ana südü verilməsi lazımdır. Körpə əgər yatırsa da, oyandırılaraq ana südü verilməsinə davam etmək lazımdır. Süd yerinə su vermək körpəni tox tutacağından körpə anasının südünü almaq istəməz.

Ana südü körpələrin bəslənməsi üçün həm maliyyə vəsaiti tələb etməyən, həm də təmiz və ən güclü bir qidadır.

Qeyd: Yazı tərcümə ilə verilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı