Valideyn guşəsi

Türk Neyrocərrahiyyə Cəmiyyətinin professoru Qədir Kotil cib telefonunun uşaqların inkişafına zərər verə biləcəyini qeyd edərək valideynləri xəbərdar etmişdir: “Yeniyetməlik yaşında olan bir uşağın cib telefonu işığı ilə yatağa uzanması qədər təhlükəli bir şey ola bilməz. Artıq işıqda qalmaq uşağın yetkinlik dövründə boyunun qısa qalmasına, beyninin daha az inkişaf etməsinə səbəb olur”.
Bir çox digər mütəxəssislər həmkarlarının fikrinə tərəfdar olaraq inkişaf edən texnologiyalarla əlaqə nəticəsində insanların yuxu problemlərinin artdığı qənaətindədirlər.
Qədir Kotil cib telefonlarının insanların inkişafına zərər verdiyini göztərərək yaxşı bir gecə yuxusunun insanların inkişafı üçün həyati önəm daşıdığını ifadə etdi.
“Qaranlıq, insan nəslini böyüdən, inkişaf etdirən və kamilləşdirən bir mühitdir”
Alim cib telefonları ilə çox məşğul olmamağı tövsiyə edərək demişdir:
“Kəllə sümüyü qapalı bir qutu kimi görünür, amma belə deyil. Kəllə sümüyünün içindəki beyin kənara iki yolla açılır, bunlardan bi Bunlardan birincidi gözdür. Artıq işıq bizə zərər verə bilər. Çünki böyümə mərhələsində qaranlığa keçdiyimiz zaman beyin, melatonin adlanan bir maddə ifraz edir. Melatonin qaranlıqda ifraz çünki qaranlıq bizi böyüdən bir şeydir.
Qaranlıq insan nəslini böyüdən kamilləşdirən bir mühitdir, ancaq işıqla gecə 2-3-ə qədər yuxunuzu əlinidən və gözünüzdən alan cib telefonuna ayrılsanız, bu uşaq harada böyüyəcək, necə bpyüyəcək?? Buradan da beyin sağlamlığına əks təsir edən cib telefonunun işığı həm də melatonin sintezinə təsir edən başqa bir faktor olaraq qarşımıza çıxır”.

“Melantonin qoruyur”
Yuxunun tamamilə qaranlıq mühitdə olmasının vacibliyini dilə gətirən Kotil yaxşı bir gecə yuxusunun insanların gündəlik həyatını da qaydaya saldığını ifadə etmişdir.
Yuxusunu kifayət qədər almayan insanlarda isə diqqətsizliyin də artdığını vurğulayan Kotil demişdir: “Artıq işıqda qalmaq uşağın yetkinlik dövründə boyunun qısa qalmasına, beyninin daha az inkişaf etməsinə səbəb ola bilər. Qaranlıq dünya sizə melatonin hormonunun verir. Melatonin hormonu sizi xərçəngdən qoruyur. Melatonin məlum olan ən güclü xərçəng önləyici maddədir.
Odur ki, yatağa uzanandan sonra cib telefonlarının bağlanması lazımdır” .

Qeyd:Türkcədən tərcümə (Bax:http://www.haberpink.com/cocugunuzun-elinden-telefon-dusmuyorsa-dikkat.html)

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.