Maraqlı məlumatlar

 Bu qəmli hekayət Xirosima şəhərində yaşamış yaponiyalı qız (佐々木 禎子)  haqqındadır. Sadako Sasaki  1943-cü ildə  Yaponiyanın Xirosima  şəhərində anadan olmuşdur.

6 avqust 1945-ci ildə Xirosima  bombardman edilən zaman onun 2 yaşı vardı Partlayış dalğası onu pəncərədən bayıra atmışdı. Lakin qız sağ qalmışdı. Anası  onu tapanda qızının üzərində heç bir xəsarət görməyib. 1954-cü ilə qədər o,  normal böyüdü və hətta sinif  komandasının ən fəal  üzvlərindən biri  idi.  Amma 1954-cü ilin noyabrında onda xəstəliyin ilk əlamətləri özünü  göstərməyə başladı: boynunda və qulaqlarının arxasında şiş meydana gəldi.

1955-ci ilin yanvarında  artıq onun ayaqlarında şiş əmələ gəlib və fevralın 20-də Sadako  leykoz diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, onun ömrünə bir ildən çox  möhlət  qalmayıb. Fevralın 21-də  Sadako   müalicə və qan köçürmək üçün Xirosima Qırmızı Xaç Xəstəxanasına köçürülüb. O vaxta qədər onun qanında ağ qan hüceyrələrinin səviyyəsi normal bir uşağın orta səviyyəsindən altı dəfə yüksək idi.

1955-ci ilin avqustunda  onu  özndən iki yaş böyük Kiyonun  müalicə aldığı palataya köçürürlər. Kiyonun  dostları  ona baş çəkməyə gələrkən kağız durnalar gətirirmişlər. Sadakonun atası Şigeo  qızına durnalar haqqında bir əfsanə danışır. Həmin əfsanəyə görə min kağız durna qatlayan adam mütləq gerçəkləşəcək bir arzu edə bilər. Əfsanə Sadakonu heyran etdi və o, bir çox digər xəstələr kimi, əlinə düşən hər hansı bir kağız parçasından durna  hazırlamağa başladı. Rəfiqəsi Çizuko Hamamoto bunun üçün ona məktəbdən bir dəstə kağız gətirmişdi.

Bu arada Sadakonun səhhəti getdikcə pisləşir. Təxminən oktyabrın ortalarında sol ayaq şişir və bənövşəyi olur. Ailə onu yeməyə razı saldıqdan sonra Sadako düyü ilə çay istədi. Bu, onun son sözləri oldu.

25 oktyabr 1955-ci ildə  Sadako Sasaki 12 yaşında öldü.

 Sadako  min durnanın 644-nü  özü qatlasa da,  xəstəlik   zavallı qızcığaza  bu rəqəmi minə  çatdırmağa imkan  verməmişdi.  Amma dostları onun sayını minə çatdırdılar  və Sadako min kağız durna ilə birlikdə dəfn etdilər.  Həmin vaxtdan “Min  kağız  durna”  bugünə qədər nüvə müharibəsinin günahsız qurbanlarının simvoludur.

 Sadakonun dostları və sinif yoldaşları daha sonra onun məktublarını yayımladılar və Sadakonun, habelə atom bombardmanından həlak olmuş bütün uşaqların şərəfinə abidə ucaldılması üçün fəaliyyətə başladılar. Yaponiyanın hər yerindən gənclər bu layihənin həyata keçməsi üçün vəsait toplamağa başladılar.

   1958-ci ildə Hirosima Sülh Memorial Parkında əlində qızıl durna tutan Sasakinin heykəli ucaldıldı. Heykəlin ətəyində “Bu, bizim fəryadımızdır. Bu, bizim duamızdır. Dünyada sülh” sözləri yazılmış lövhə var.

Hər il avqust ayının 6-da – atom bombardmanının ildönümündə Dünya Uşaqlarının Sülh Günü kimi qeyd olunur

və dünya uşaqları Xirosimaya durna quşu maketləri (origami) göndərirlər. onun xatirəsinə ucaldılmış abidənin önü, adına yaradılmıç muzeyi hər zaman izdihamlı olur: insanlar bütün dünyada sülh naminə həmrəyliklərini ifadə edirlər.

* Sadako haqqında uşaq kitabları yazılmış, komikslər, filmlər və cizgi filmləri çəkilmiş, musiqilər yazılmışdır.

* Sadako haqqındakı ən məşhur kitab — Eleanor Koerin (ing. Eleanor Coerr) “Sadako və min kağız durna” kitabıdır (ing. “Sadako and the Thousand Paper Cranes”). 1977-ci ildə işıq üzü görən və dünyanın 18 ölkəsində nəşr olunan bu kitab əsasında ABŞ-da film çəkilmişdir.

* 1969-cu ildə avar-sovet şairi Rəsul Həmzətov Yaponiyada olarkən Sadakonun hekayəsindən təsirlənərək özünün ən məşhur poemalarından biri olan “Durnalar”ı yazmışdır.

* Sadako Sasakinin faciəvi taleyi 1962-ci ildə SSRİ-də, Maksim Qorki kinostudiyasında rejissor Mark Donskoy tərəfindən çəkilmiş “Salam, uşaqlar!” (Здравствуйте, дети!) filminin süjetini təşkil edir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı