Təbiət – yaşıl sipərimiz

Dünyada nə qədər çiçək-gül var, elmdə bununla bağlı konkret rəqəm yoxdur: bəlkə yüz minlərlə, milyonlarla ölçülür bu rəqəm. Müəyyən mənada, bizim üçün önəmli olan çiçəklərin sayı yox, həyatımızdakı rolu və yeridir. Çiçəklər bizim həyatımızla sıx şəkildə bağlıdır: ekoloji, tibbi əhəmiyyəti ilə yanaşı, qida rasionumuzda da bitki komponenti kimi istiadə edilir. Bu da son deyil. Çiçəklər həm də bizim hiss və duyğularımızın ifadəçiləridir. Ən gözəl arzuların, ən gözəl sevgilərin pasibanı, hifz edənidir çiçəklər…
Çiçəklərin hər birinin adı bir məna ilə bağlıdır. Bəlkə buna görədir ki, insanlar da öz həyati münasibətlərini bu çiçəklərin ifadə etdiyi mənalarla uyğunlaşdırırlar. Hər hissin, duyğunun öz çiçəyi, hər arzu-diləyin öz çiçək payı….
Aşiqlər sevgini dillə deməyə güc çatmayanda əllərində gəzdirdi, sinələrinə taxdı. İlk görüşə gedəndə özlərinin xoşa gələcəyini düşünmədi. Birçə onu düşündülər ki, bu çiçəklər sevdikləri ilə aralarındakı utancıqlığın arasına girsin: demək istəyib, amma deyə bilmədiklərini sevdiklərinə anlatsın.
Çiçəklər də bunu çox rahatca anladırdılar o çiçəyin özü kimi çiçək qızlara. Bütün sevənlər vüsal günü mütləq çiçək çələngi aparırlar sevdiklərinə. Sonra bir belə çiçəklərin, çiçək sevgilərin əvəzində evinə-ocağına, könül dünyasına həmdəm gətirdikləri də onlara elə bu şiçəklər qədər məsum körpələr bəxş edər…
Bu qədər xeyirxahlıqları ilə çiçəklər insanların həyatına o qədər daxil olurlar ki, dünyaya göz açan qız körpələrinə onların adlarını verərlər: bənövşə, lalə, nərgiz, yasəmən, süsən, qönçə və s.
Əziz dostlar, hamının adı çiçək adı olmasa da, hamının həyatı çiçəklərlə bağlıdır. Onlarla daha yaxından uyuşa bilmək üçün adını, xasiyyətini, dilini bilməliyik. bəs siz necə, bilirsinizmi? Bilmirsinizsə, bizimlə olun, payi-piyada düşək çöllərə, hal-əhvallarını soruşaq, dillərini-sirlərini öyrənək.

Acelya : Nəfsə hakim olmaq
Akasiya(cəhrayı və ya qırmızı): Gözəllik və incəlik; “Səni bəyənirəm.”
Akasiya (bəyaz): Dostluq; “Bizimki təmiz bir sevgi, bəlkə bir az dostluq…”
Akasiya(sarı): Platonik eşq, adsız aşiq
Ayçiçək: Ay kimi parlaq və çiçək kimi gözəl olan
Buket: Çiçək çələngi
Dəfnə: Sevgini uca tutan kişilərə göndərilir; “şan, ün, görkəm” anlamı ifadə edir.
Fülya: “Sevgilim, geri dön!”
Gəlincik: Yazda çöllərdə yetişən parlaq qırmızı rəngli bir çiçək
Gül : Sevgini ifadə edər.
Gül (cəhrayı): “Sirdaşımsan.”
Gül (qırmızı): “Səni sevirəm; sənə ehtirasla bağlıyam!”
Gül(qırmızı və bəyaz): Birlikdə olmaq istəyi
Qönçə (qırmızı): “Gənç və gözəlsən.”
İpar: Yüksək dağların qar tutmayan yerlərində yetişən çiçək.
Qardələn: Qar işində çiçək açan süs bitkisi
Lalə: Eşqi ifadə edər.
Lalə (qırmızı): “Eşqimi etiraf etmək istəyirəm!”
Lalə (al qırmızı): “Gözlərin çox gözəl.”
Lalə (sarı): Ümidsiz eşqı ifadə edər.
Bənövşə (mavi): “Sənə sadiq qalacağım.”
Bənövşə (bənövşəyi): “Düşüncələrimə hakim kəsildin!”
Nərgiz: “Çox böyük ehtiramla…”
Nevra: Çiçək, özəlliklə bəyaz çiçək
Papatya: Təmiz bir qəlb simvolu
Süsən: Aprel-may aylarında açan gözəl ətirli çiçək
Yasəmən : “Gözəl və cəlbedicisiniz.”
Yonca: Uğur gətirdiyinə inanılan süs bitkisi
Qeyd: Yazı tərcümədən işlənib.

Mənbə: Vikipediya

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.