Baş redaktordan

Tvitterdə   Ese Üner  adlı xəbər aparıcısının  fikirləri ilə rastlaşdım.  Ese Üner  Tvitterdə kömək istəyənləri vicdansız adlandıran Ərdoğana  cavab verib: “Zəlzələ qurbanlarının səsini eşitdirmək, ağrılarını dilə gətirmək şərəfsizlikdirsə, ən böyük şərəfsizlik bizik!”

  Sayın Ərdoğan  bu  fikri  harda deyib bilmirəm və  bilsəm də,  mən   jurnalistin  deyil,  sayın Ərdoğanın fikrini dəstəkləyəcəyəm. Başa  düşdüyüm budur ki,  sosial şəbəkələrdə  yardım üçün  ağlayan  insanlara  Ərdoğan  şərəfsiz deyib.  Zəlzələ ilə əlaqədar televiziyadan da   dünyaya kömək üçün müraciətlər  edilib . Jurnalist də demək istəyir ki, əgər yardım istəmək şərəfsizlikdirsə, biz ən böyük şərəfsizik, daha   geniş imkanları olan tribunadan  biz  də  müraciətlər edirik. Xanım birmənalı olaraq  yanlış mövqedədir. Deyəsən, mərkəzdənqaçan qüvvələrə xidmət edənə oxşayır.

 Biz faciənin dəhşətlərini  tam olmasa da,  ciddi şəkildə anlayırıq.  Özümüzü dağıntılar altında qalmış hər bir  insan  yerində hiss  edirik.  Bu canıyananlığı  hər gün bütün Azərbaycanda  hiss edirik. Hamımız  Türkiyə ilə nəfəs alırıq. Amma   bütün bunlar üçün  ən  ağır məsuliyyət Türk dövlətinin, sayın Ərdoğanın üzərinə düşür. Sayın Ərdğan  vəziyyəti stabilləşdirmək üşün, insanları dağıntının altından çıxarmaq üçün  nə lazımdır edir  və edəcək. Türkdilli ölkələr hər  gün yardım göndərməkdədir. Belə vəziyyətdə kiminsə sosial  şəbəkədə ağlayıb yardım istəməsi Türk dövlətinin qüdrətinə  zərbədir. Həmin  ağlayan  qardaşımız, bacımız bizimdir,  həmin  vəziyyətdə onların   psixoloji durumları  gərgin  olub. Amma   bu şəkildə müraciət  doğru deyil. Dünyanın gözü   bu gün Türkiyədədir. Dostlarımız nə qədər çox olsa  da, düşmənlərimiz də az deyil. Onlar  baş verənləri  ürəkləri yanıb izləmirlər. Onlar  bizim yıxıla biləcəyimizi zənn edib  bu prosesi izləyirlər. 

Amma Qüdrətli TÜRK   yıxılmaz, əyilməz, məğlub olmaz, yox olmaz. Türk yox olacaqsa, dünya da  yox olacaq… İndi belə bir xalqın nümayəndəsi  dünyanın gözü  qarşısında ağlamamalıdır.

 Bir sovet filmi  vardı.  İkinci Dünya müharibəsində sovet əsirlərindən bəhs edir. Almanlar əsirləri  ən ağır işlərdə işlədir.  Geyimləri  nazik,  taxta, dəmir çarpayılar , doyunca da qida yox… Epizodların birində onları  nahar vaxtı yeməkxanaya  gətiriblər. Uzun bir  yemək stoludur, üstündə də  keyfiyyətsiz yeməklər. Əsirlər də stolun  önündə və arxasında    cərgə ilə düzülüb  “Əyləş” komandasını gözləyirlər.  Ac, üstəlik yorulub gəlmiş əsirlər  taqətsizdir.Faşistlər də özləri bilərəkdən  yeməyə  başlamaq   komandasını gec verirlər və  kənardan baxıb bu mənzərədən  zövq alırlar.  Bu zaman  sıradan  2-3 nəfər  əmri gözləmədən stolun arxasına  keçib acgözlüklə yeməyə başlayırlar.   Əlbəttə,  təsirlənməmək olmur. Amma  həmin  2-3  əsir əsgər  də dözüb   düşmən qarşısında  sınmasaydılar, daha   şərəfli  olardılar.

 Emosiya ilə danışmaq lazım deyil.  Türkiyə tarixdə çox fəlakətlərə dözüb,  bu fəlakətlərdən  şərəflə çıxıb. İndi heç bir kəsin  dövlətin, onun liderinin əleyhinə  fikir bildirməsi, mənfiliyi  dilə gətirməsi yolverilməzdir.

  Biz bütün günü Türkiyədəki  vəziyyəti izləyirik.  Ölkədə matəmdir.Amma  qüvvələr var ki, məhz bu cür mövqe sərgiləyirlər.   Xüsusən, CHP başqanı, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri  eləcə də ,  bir çox mətbuat nümayəndələrinin  mövqeyi narahatlıq doğurur.

  Adını  bilmədiyim biri də  dağıntıların  birinin  ətrafında  gəzə-gəzə   vəziyyətin  acınacaqlı olduğunu bildirir.   Deyir ki, dövlətin, ordunun gördüyü işlər yetərli deyil.    Vertolyotlar havada   uçuşurlar,  yerdə işləmək lazımdır… Əlbəttə,   dünyanın ən dəhşətli zəlzələsi ilə üz-üzədir Türkiyəmiz.  Dövlət də,  sayın  Ərdoğan da  ən  üstün səviyyədə fəlakətin  nəticələrini aradan qaldırmağa çalışır.  Belə vəziyyətdə  işləmək  kimsəyə asan gəlməsin.

  Belə məlumat verən şəxs kimdirsə, səmimi deyil. Sən kimsən axı  fövqəladə vəziyyət halında insanlarda çaşqınlıq və etimadsızlıq yaradırsan. Üzərində kimlik kartı da kartı yox ki, deyəsən  jurnalistdir.  Başqalarını günahkar  saymaqdansa,  yaxınlıqdakı dağıntıdan gücün çatan 50 daşı kənara daşısan, bu, daha  faydalı olardı. Dağıntı altında qalmış  şocuğumuzun üstündəki  200-250 kq  yüngül olardı.

Əslində, jurnalistdə belə ekstremal halda  daha çox insanlarda ümid yaratmalı, dövlətə olan  inamlarını   qorumalıdır.  Daha  yazının əvvəlində qeyd etdiyimiz  telekanallarının   Ese Üner  adlı xanım xəbər aparıcısı  kimi yox.

   CHP-dən olan  Engin Altay  deyir ki, bu hökumət dünyanın ən yaxşı işini görsə, onları alqışlayacaq halımız yox. Heç alqışlama  da.   Sayır Ərdoğanın  idarə etdiyi dövlətə  kosmetik alqış  heç lazım da deyil.

 Daha kimdirsə,tanımıram.Dəstəsi ilə küçədə gəzişərək deyir ki, dövlət yox,   polis yox, yemək yox, yatacaq yox.

 Siz belə adamların Türkiyəyə sədaqətinə inanırsınız?  Partiya sədrləri dərhal fövqəladə hal rejimin  tələblərinə uyğun olaraq  partiya fəallarından  könüllü dəstələr yaradardı, hərə  bir işin qulpundan yapışardı, dövlətə, polisə, ölkə başçısına  kömək edərdi. Bunlar istəyirlər ki,  narazılıq   daha çox olsun, xaos və dövlətə  etimadsızlıq yaransın. Görək bunlar  hakimiyyətə gələ bilərmi? 

Yanılırsınız,  cənablar.  Ən pis dövlət belə, sövlətsizlikdən 100 dəfə yaxşıdır. Halbuki, bu gün dünya düzənində Türkiyə kimi qüdrətli  bir dövlət  var.  Televizora, internetə  baxmırsınızmı. Dünya bu günlər Türkiyəyə  kömək üçün axışıb gəlir.Bu, sayın Ərdoğanın şəxsi  nüfuzuna görədir.   Kömək etmək  istəmirsiniz, Türkiyəyə mane  də  olmayın.

 Ekranlarda  dağıntılar altından çıxarılan körpələrin qorxudan,  həyacandan  hədəqəsindən çıxmış  gözlərinə  yaxşı baxın… Cavbdehlik  daşıyın…Məsuliyyət daşıyın.

Bu gün  bəladan tez  çıxmaq istəyiriksə, yumruq kimi  ölkə başçısının ətrafında  cəm olub , qarşılaşdığımız, qarşılaşa biləcəyimiz fəlakətləri aradan qaldırmalıyıq.

     Türkiyə  bütün  Türk dünyasınındır. Türkiyə  and yerimiz,   güvənc yerimizdir.  Bir xalq   o zaman    qüdrətli olur ki, ləyaqətli olur ki, onun müdrik insanları var, namuslu qadınları var. Allah bunların ikisini də  Türkiyəyə bəxş edib.  

 17-ci əsrdə yaşamış ingilis yazıçısı Lady Mary Wortley Montagunun    Türk qadınları  haqqında dedikləri  ncə möhtəşəmdir:

 “Türk qadınlarının ən böyük bəzəyi Türk olmalarıdır. Onlar bəzənmək üçün almaz və ya zümrüd taxarlar, bəlkə üzərilərində daşıdıqları o daşların özünü Türk qadınları  bəzəmiş və qiymətləndirmiş olurlar. Çünki hər Türk qadını canlı bir inci və qiymətsiz bir brilyant”. Bu brilyantlar  Türk kişilərinin ömrünü zinətləndirir. Beyinlərinə, fikirlərinə işıq saçır.

   Bu anlar Türkiyə öz tarixinin ən  məsul dövrünü yaşayır. Bir tərəfdən  təbii fəlakət,   digər tərəfdən də sapı özümüzdən olan baltalar. Onda Türkiyənin, Türk xalqının    mövcud olması üçün bütün qayğı Sizin üzərinizə düşür,  Türkiyənin  müdrik insanları,  dəyərli  Analar və  gənclər.    İnşallah,  nə qədər  qəhərli olsa  da,  zəlzələnin   dağıntıları, inşallah,  zamanla  bərpa olunacaq.  Qarşıda  Türkiyəni daha bir  sınaq   gözləyir: Prezident seçkiləri.  Siz orada   bu baş verənlərin əhatəsindəsiniz. Biz isə, sadəcə, televiziyadan, internetdən bilirik.  Kim iddialıdır özü bilər. Amma Sayın Ərdoğan bizə görə şəksiz Liderdir.

 Bu günlər fəallaşan, eyforiyada olan  qüvvələr fəallaşıblar.  Onlar  sizi üstələyə bilməzlər. Hər kəs  bu hədəfə xidmət etməlidir.  Müdrik insanlarımız  xalq içərilərinə getsinlər. Türkiyənin  gələcəyi üçün   bizə birlik gərəkdir.  Yenilməz Türk liderini  daha  yenilməz etməliyik…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı