Valideyn guşəsi

Xatırlayırsınızsa, 2017-ci ildə Sumqayıtda 5 yaşlı Zeynəbi it dişləmiş, aparılan müalicələrə baxmayaraq, avqustun 17-də uşaq  öz evlərində dünyasını dəyişmişdir.

Son vaxtlar mətbuat səhifələrində bu mövzuda  daha bir çox xəbərlər  yer almışdır. Sahibsiz itlərin ictimai yaşayış yerlərində insanlar üçün təhlükə törətməsi cəmiyyətdə haqlı olaraq narahatlıq yaratmaqdadır. Sirr deyil ki, şəhərimizin küçələrində bu cür heyvanlar getdikcə artmaqdadır. Onlara qarşı heç bir təhlükəsizlik tədbirləri aparılmadığından insanların narahatçılığına haqq qazandırmamaq olmur. Məsələ burasındadır ki, küçədə dolaşan itlərə qarşı peyvəndləmə işləri heç vaxt aparılmşr, buna görə də onlar hər zaman quduzluq təhlükəsi törədə bilərlər. Məlumdur ki, quduzluq insan və heyvanların mərkəzi sinir sisteminin ifliciylə nəticələnən təhlükəli infeksiya xəstəliyidir, ona görə də məsələ bir qədər daha ciddidir.

Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinidən mətbuatla verilən bir xəbərində deyilir ki, İlin sonuna kimi bütün sahibsiz itlər zərərsiz hala gətiriləcək, insanlar göstərilən müddətdən sonra onlara rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz halda rast gələcəklər.

Təki, belə olun. İnsanların tələbi də budur. Amma bu yazıda oxucularımızı küçələrdə təsadüf edilən it və pişiklərin törətdiyi və ya törədə biləcəyi təhlükələrdən deyil, ev şəraitində saxlanan heyvanlarla bağlı maraqlı bir araşdırmanın nəticəsi ilə tanış etmək istəyirik.

Məlumdur ki, uşaqlar  heyvanlara qarşı onsuz da çox bağlıdırlar. Özlərindən kiçik canlılara, varlıqlara və xüsusilə də heyvanlara  isti bir şəfqət və maraq göstərirlər. Maraqlı olan bir də budur ki, heyvanlar özləri də maraqlı bir şəkildə uşaqlara qarşı son dərəcə  mülayimdirlər  və canları yansa belə, uşaqları incitməzlər.

 Əgər evdə təmizlik qaydaları  ən üstün şəkildə  gözlənilirsə və xüsusən uşağın başqa bir qardaşı yoxdursa, evdə heyvan bəslənilməsi mümkündür. Əvvəlcə uşağın tənhalığını aradan qaldıracaq:  uşaq onunla oynayacaq və vaxt keçirəcək. Bunun yanında bir heyvanın məsuliyyətini daşımaq, baxımı və təmizliyi ilə məşğul olmaq, başqa bir canlının nə hiss etdiyi məşğul olmaq uşaqda impatiya  hissinin (İmpátiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitmiyadır) inkişafını təmin etmək kimi çox əhəmiyyətli başqa bəzi təsirlər də gətirəcəkdir. Bütün bunlar bizim onsuz da uşaqlarda görmək istədiyimiz davranış formaları olduğundan evdə heyvan salamağın  və  bu məsuliyyəti uşağa verməyin son dərəcə müsbət töhfələri olacağı şəksizdir.

 Əhliləşdirilmiş heyvanlarla birlikdə böyüyən uşaqlarda davranış baxımından fərqlilik ola bilərmi?

 İlk baxışda diqqəti çəkən ayırıcı fərqlər yoxdur, ancaq heyvan saxlayan bir uşaqla evdə heyvan bəsləməmiş uşaq arasında mehriban münasibətlər baxımından fərqlər var. Heyvan sevgisi dadmış bir uşaq ətraf mühitə daha bağlıdır. Tərpənən, hərəkət edən hər şeyə qarşı daha həssas davranır. Xüsusilə kiçik yaşlardan etibarən başqa bir canlıya  həyatında qayğı göstərmiş, sevgi bəsləmiş uşaqlar, daha mülayim və şəfqətli davranırlar. Xüsusilə heyvanla ünsiyyət qurmağı öyrənmiş uşaqlar digər canlılara qarşı da çox diqqətli davranış nümayiş etdirirlər və bir çox insanın diqqət etmədiyi  məqamlara  heç vaxt diqqətsiz ola bilmirlər. Evlərində heyvan saxlayan uşaqlar  davranışca daha sakit, uyğun, müsbət və əməkdaşlığa açıq davranışlar nümayiş etdirdiyi müşahidə olunur.

 Evdə bəslənən heyvanların uşaqların psixoloji inkişaf töhfələri nələr ola bilər?

 Əlbəttə, bir heyvan bəsləmək uşaqların psixologiyasında son dərəcə müsbət təsirlər edər. Əvvəlcə,  uşağın haqqını təmin edir və bir başqa canlının əlaqə qurmağı öyrədir. Ən geniş mənasında uşaq impatiya qurmaq duyğusunu bir heyvana qayğı göstərməklə asanlıqla qazana bilər. Uşaq görür ki, əgər heyvanın canını yandırsa,  heyvan da onun canını yandıra. Pişiyi varsa,  cırmaqlaya bilər, köpək dişlərini göstərə və onu qorxudar, bir quş dimdikləyərək reaksiyasını   göstərə bilər. İnsanlar arasında vaxt alacaq bir çox duyğunu münasibətlərin öyrədilməsi , sadəcə, evdə heyvan saxlamaqla    uşağa qazandırmaq mümkündür. Uşaq bu yolla başqa bir varlığa, onun ehtiyaclarına hörmət göstərməyi də öyrənir. Dolayısıyla,  bir uşaq üçün səbrli olmağı, gözləməyi, istəklərini təxirə salmağı bacara bilmək, qəbul etmək  bacarıqlarını aşılamaqda pedaqoqlar    ən sağlam yol olaraq heyvan saxlamağı təklif edirlər. Bu, eyni zamanda uşağın sakitləşməsini və hadisələrə qarşı daha mülayim və müsbət reaksiya verməsini də təmin edəcəkdir.

Uşaqlar  heyvanları gəzdirmək və onları qidalandırmaq  kimi işləri  edə bilərmi?

 Uşaqlar, adətən,  bizə biyar kimi gələn bir çox işi sevə-sevə edə bilərlər. Məsələn, süfrəyə qabları qoymaq, salfetləri gətirmək, ya da bəzi əşyaları yerlərinə qoymaq kimi bəzi işləri böyük bir istək və həvəslə edirlər. Bir mənada işə yaradığını düşünürlər və buna görə də müdhiş bir həzz alırlar. Uşaqlar bu baxımdan xüsusilə dəstəklənməlidir. Hələ bir də sevərək, istəyərək, mənimsəyərək alınan bir heyvan varsa, uşaq  o canlının qayğı və ehtiyaclarını da böyük bir həvəslə yerinə yetirməyi qəbul edəcəkdir. Hətta,  bu işlər evdə,  əsasən,  uşağa verilməlidir. Uşağın bu şəkildə məsuliyyətli bir işi  götürməsi onda emosionallığı  daha  da təmin edir. Sevə-sevə aldığı bir canlının ehtiyaclarını yerinə yetirdikdə , bunun ona  vəzifə olaraq  tapşırıldığını bildikdə , bu  dərk, istər-istəməz,  onun   heyvana hər hansı laqeyd yanaşma halının da qabağına keçilir. Uşaq başqa bir canlıya qarşı məsuliyyətli olmağın verdiyi hissiyyatla özünün əhəmiyyətli olduğunu düşünür, özünə olan hörməti və özünə inamı ciddi olaraq artır.

 Bu  etimd verilmədiyi təqdirdə, bir müddət sonra uşaq: “Mən artıq bunu istəmirəm, bezmişəm”  deyə bilər və onun əvəzinə başqa bir heyvan olunmasını istəyər. Təəssüf ki, bəzi ailələrdə belə olur ki,   evə heyvan alınır və heyvanın ehtiyacları evdəki digər fərdlər tərəfindən  yerinə yetirilməyə  başlanır. Amma bir müddət sonra  heyvan artıq evdə ya arzu olunmaz canlıya çevrilir, ya da uşaq heyvanın təminatıyla bağlı heç bir məsuliyyət götürmür.

Məlum olduğu kimi, sevgi əməkdir və əmək sərf etdiyimiz şeyləri sevirik. Bu uşaqlar üçün də belədir. Dolayısıyla, bir heyvanın məsuliyyətlərini alan bir uşaq öz həyatı ilə bağlı məsələlərdə məsuliyyət almağın addımları atır. Bu mənada bu tip vəzifələri mütləq uşağın etməsi təmin olunmalıdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı