Sosial psixologiya

İnsanı ən çox rahatsız edən, beyini yoran səbəb monoton həyatdır, yəni yekçins həyat, başqa sözlə, davamlı olaraq eyni şeyləri etməkdir. Mövzu ilə bağlı intenetdı məlumat arayarkən Fidan Aslanovanıntəqdim etdiyi maraqlı bir yazıya rast gəldim:
“Beyini ən çox yoran vəziyyət monoton həyat, davamlı olaraq eyni şeyləri etməkdir. Çünki davamlı olaraq eyni şeyləri edəndə, beyində həmişə eyni cür hüceyrələr işləyir. Bu qrup hüceyrələr də bir müddət sonra yorulur. Buna görə də insanın həyatı nə qədər rənglidirsə, nə qədər fərqli məşğuliyyətləri və xobbiləri varsa, beyni də o qədər dincəlmiş olur. Çünki belə olan halda, davamlı olaraq, fərqli hüceyrə qrupları işləyir. İşləyib yorulan hüceyrələr isə başqa bir xobbi ilə maraqlandığı üçün dincəlmiş olur.

Təkrarlanan həyatdan qurtulmaq, monotonluğu pozmaq lazımdır. Sabit bir həyat tərzi olan bir insanın əslində, bir beyinə olan ehtiyacı çox azdır. Çünki burada, bədənin aldığı bir risk yoxdur. Beynin birinci məqsədi, bədənin sağ qalmasını təmin etməkdir. Ekoloji bir xəbərdarlığın az olduğu və ya riskin sıfıra yaxın olduğu mühitlərdə beyin bundan mənfi təsirlənir. Buna görə də, monoton yaşayan, evdən çıxmayan, həmişə eyni işlərlə məşğul olan şəxslərin beyni getdikcə geriləyir. Adicə, hər gün gedilən yolu dəyişdirmək, fərqli küçələrdən keçmək və beləcə beyni “çaşdırmaq” da zehin üçün çox faydalı bir məşqdir. Bu, beyni monotonluqdan və qəliblərdən qurtarır, yeni bir şeylərin fərqinə varmasını təmin edir. Monoton həyatın digər bir zərərli təsiri, unutqanlıq yaratmasıdır. Davamlı olaraq, eyni beyin bölgələrinin işləməsi nəticəsində bu bölgələrin yorulması yaddaşı zəiflədir. Qısası, unutmaq, beyin yorğunluğundan qaynaqlanır. Monoton həyat nəticəsində insanın depressiyaya girməsi, hadisələrə mənfi məna yükləməsi, ən kiçik şeylərdə əhvalının pozulması asanlaşır. Müsbət düşünməsi çətinləşir, motivasiyası düşür. Beyin zamanla depressiyaya girir və fərqli işləməyə başlayır. Ətrafdakı hadisələr çox dəyişməsə belə, mənfi qəbul etməyə başlayır
Mənbə: http://fitret.az/beyni-%C9%99n-cox-yoran-sey-monoton-h%C9%99yatdir/).
Bı s necə etməli, həyatımızı necə mənalandırmalı, necə gözəlləşdirməli?
Mənalı, gözəl yaşamaq o demək deyil ki, həyatın təmin olunmuş ola: kefi kök, damağı çağ yaşayasan.

Mənalı və gözəl yaşamaq o deməkdir ki, həm də özün həyatın gözəlliyinə bir çalar əlavə edirsən: bir ağaca su verirsən, özün bir ağac əkirsən, birini sevinən -gülən görəndə özünü daha rahat hiss edirsən. birini qəmli-kədrli görəndə, özündə olmursan, uzun müddət bu anı unuda bilmirsən. Bunlar insanlıq dərsləridir. Hər kəs belə düşünsə, belə yaşamağa çalışsa, həyatımız necə mənalı olar.
Amma indi belə olmaq üçün həyatımızı necə qurmalıyıq, günə necə başlamalıyıq. Bura insan həyatı ilə bağlıolan bütün nəsnələr aiddir.
Xarici görünüşdən başlamış, yatmaq üçün yatatağınıza uzandığınız ana qədər hər şey. Əgər rahat yatsan, yuxuya beyninizdə gözəl niyyətlər dalsanız, yuxu canınıza yatacaq, gözəl də yuxular görəcəksinuz.
Beləliklə, gününüzə xarici görkəminizdə dəyişiklik etməklə başlayın, həyatınızı rəngləndirn. Hər güzgü önünə keçib görkəminizə diqqət ayıranda, eyni zamanda ünsiuyyətdə olduqlarınıza da diqqət ayırmış kimi olacaqsınz. Ən yaxın dostlarınızla hər dəfə qarşılaşanda onların təəccüblənməsinə səbəb olacaq tamamilə yeni geyim tərzində olmalısınız.
Hər gününüz üçün yeni hobbilər müəyyən edin! Dostlarla gəzintiyə çıxmaq, birlikdə sərgiyə tamaşa etmək, musiqi dinləmək və sair. Yeni hobbilər axtarmaqda davam edin! Bütün bunlar sizi mütləq çox yaxşı hiss etdirəcək. Məsələn, əvvəllər heç vaxt olmadığınız yerlərə kafeyə, restorana da gedin! Lap “Mən heç vaxt elə yerlərə getmərəm” demiş olsanız da, fikrinizi dəyişin və həyatınızda dəyişiklik edin! Fərqli yerlərə getdiyiniz zaman bu yerlərin hər birindən yeni nəsə əxz edəcəksiniz.
Gündəlik reziminizə idman təmrinləri əlavə edin. Birdən-birə uğurlu alınmasa da, kiçik məşqlərlə tezliklə vərdişiniz devimli məşğuliyyətə çevriləcək, həyatınıza rəng qatmağa inanılmaz dərəcədə təsir edəcək. Eləcə də, rəqs həvəskarısınızsa, sistemli rəqs etməyi seçmək də həyatınıza hərəkətli gözəllik əlavə etmiş olacaq.

Gündəlik hobbinizə musiqi dinləməyi də əlavə edin.Darıxdığınız zaman özünüzü musiqinin sehrli effektinə qərq edin. İşə gedəndə, işdən qayıdanda, gəzintiyə çıxarkən musiqini özünüzə həmdəm seçin. Monotonluqdan xilas olmaq üçün hər zaman sizinlə olacaq vaciblərdən biri məhz musiqi olmalıdır.
Sizi əslində narahat edən monotonluq deyil, sizin həyata, həyati məsələlərə baxış bucağınız və həyatla necə təmasınızdır.
“Həyat çox darıxdırıcıdır” düşüncəsini heç özünüzə yaxın buraxmayın.
Bilmirəm kim deyib, amma kim deyibsə, çox gözəl deyib: “İnsan xoşbəxtlikdən gülməzmiş: güldüyü üçün xoşbəxt olurmuş.
Ona görə də hər zaman xoş əhvali-ruhiyyə ilə yaşamaq, müsbət emosiyalar daşıyıcısı olmaq lazımdır.
Hərdən kiçik səyahətlərə çıxın, bu, həyatınıza düşündüyünüzdən daha çox əlvanlıq gətirə bilər. Ən yaxın dostlarızla keçirəcəyiniz bayramlar da belə səyahətlərdən ola bilər. Bunlar illər öncə bir olduğunuz tələbəlik və yaxud əsgərlik yoldaşları olarsa, daha unudulmaz bir təəssürat yaradacaq.
Evdə vaxtınıdan səmərəli istifadə edin. Yemək yemək, sonra qab-qacaq yumaq, otaqları təmizləmək və sair bu kimi kimi rutinlər edirsinizsə, əvvəlcə, özünüzü bunlardan azad etməlisiniz. Məsələn, cəfəngiyatlarla televiziya proqramlarına baxmaq əvəzinə, kitab oxuya, mənalı bir filmə baxın. Lirik bir musiqinin müşayiəti ilə gözəl uzun vanna qəbul edin. Sonra özünüzü kremlər və maskalarla əzizləyin. Vaxtınız varsa, həm özünüz , həm də uşaqlarınız üçün əyləncəli olacaq oyunlarla məşğul olub onlardan sevinc alın, öz sevincinizi onlara ötürün.
Yaşadığınız otağın, iş yerinizin dekorasiyasını daim dəyişin.
Bunu heç bir vəsait olmadan da kiçik toxunuşlarla da edə bilərsiniz. Yəni, öz bacarıqlarınızdan istifadə edərək yaşayış yerlərinizə rəng qata bilərsiniz. Unutmayın ki, istənilən dəyişiklik yaxşıdır.
Əgər günə “bu gün dünənki kimidir” sözləri ilə başlasanız, baş verə biləcək gözəl və fərqli şeylərə qarşı ilk addımdan özünüzü bağlamış olarsınız. Hər günə yeni bir baxışla, yeni bir sevgiylə başlamalı. O zaman həyat da Sizin üzünüzə gülməyə başlayacaqdır.

Sevimli şairimiz Cabir Novruzun gözəl bir şeiri ilə rəngarəng və mənalı həyat arzularımızı ifadə edirik:
Tələsin, insanlar, şadlıq görməyə,
Qəm qüssə görməyə gecikin bir az.
Tələsin, insanlar deyib gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az.
*****
Siz hərdən çıxarın xatirinizdən
Həyatda pislik var,qəm var, kədər var,
Siz hərdən çıxarın xatirinizdən
Həyatda dəhşətli faciələr var.
*****
Xəyallar qoynunda uyuyun təmiz,
Ömr edin, yaşayın fikrinizdə nur,
Siz elə zənn edin planetimiz
Xeyirxahlıq üstə fırlanır,durur.
*****
Tələsin, tələsin tələsir zaman,
Düzəlməz işə də düzəldi deyin,
Hərdən qocaya da gəncsən cavansan,
Hərdən kifirə də gözəldir deyin.
*****
Səs salın səmaya, suya, torpağa
Bu yola çağırın nəsilləri də,
Tələsin,adamlar əldən tutmağa,
Fəqət ev yıxmaqda qalın geridə.
*****
Nə olar, bu dünya uçmayacaq ki,
Dərdli ürəklərin sevinci olun,
Siz günah yumaqda birinci, ilkin,
Günah işləməkdə mininci olun.
*****
Tələsin yaxşılıq daşımağa siz,
Onun yollarını tutub kəsməyin,
Tələsin ömr edib,yaşamağa siz,
Ölməyə, ölməyə çox tələsməyin…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.