Maraqlı məlumatlar

- 1922-ci ildə indiki Sabir bağında Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin heykəli qoyulur. Bu, abidənin iki özünəməxsusluğu vardı:
Heykəl Bakıda ucaldılmış ilk abidə idi.
Heykəl inqilabi satiramızın banisi M.Ə.Sabirin şərəfinə ucaldılmışdı
Müəllifi Keylixis Yakov idi. Lakin 1958-ci ildə həmin heykəl yenisi ilə əvəzlənir. Yeni heykəlin müəllifləri heykəltəraş C.Qaryağdı, arxitektorlar Q.Əlizadə, A.İsmayılov olub.
2.1799 — Sankt-Peterburqda vals oynamaq qadağan edilmişdir.
3. Badisəba xanımın qardaşları Məmməd ağa və İsmayıl ağa Qori Müəllimlər Seminariyasında şuşalı Firidun bəylə birgə oxuyurdular. 1897-ci ildə tələbə dostları ilə birgə Salahlıya gələn Firidun bəy Badisəba xanımla ailə qurmuşdur.
4. Məşhur aktyor, Xalq artisti Ağadadaş Qurbanov Salyanda qastrolda ikən mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olmuşdu.

5. Ülvi Rəcəbin “Həyat” tamaşasında oynadığı Süleyman rolu Akademik Teatrda ifa etdiyi son rol olub. “Kommunist” qəzetinin 30 sentyabr 1937-ci il sayında Azərbaycan Dövlət Dram Teatrı və Ülvi haqqında imzasız bir məqalə dərc olunur. Məqalədə yazılmışdır:
“Azərbaycan Dövlət Dram Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizləməlidir. Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam… respublikanın əməkdar artisti kimi şərəfli bir ada “nail” olmuşdur. O, xalq düşmənləri R. Axundov, Ə. Triniç, H. Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reksion qəzetlər oxumuş, patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur”.
Bu kimi ittihamlarla Ülvi Rəcəb 1938-ci ilin 9 yanvarı “Vətən xaini” damğası ilə həbs edilir və həmin ilin yanvarında Bakıda güllələnir.
Böyük aktyor yalnız 1956-cı ildə bəraət alır..
6. Represiya illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Ona görə təkcə 1937-ci ildə Azərbaycanda 29 min “xalq düşməni” güllələndi.
7. “Şamo” romanındakı Göyərçin obrazına görə S.Rəhimovu “KQB”-yə çağırmışdılar. Çünki qadının əxlaqında bir az problem vardı. Deyridilər, sovet qadınına yaraşmaz belə şey.
8. 1967 — Keyptaunda tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılmışdır. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürmüşdür.
9.Zorge xatirələrində Azərbaycan barədə deyir:
” Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm. “
10. Qorki ilk sevgidə uğursuzluğa düçar olub. Bu da gəncliyində onun özünə sui-qəsdə əl atmasına gətirib çıxarıb. Lakin güllə ağciyərini deşərək keçib gedib. Sağaldıqdan sonra Qorki Qərbin bir çox filosoflarının əsərlərini oxuyub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.