Təbriklər

Mən “yamanca yorulmuşam” gileyli şərqi oxumayacam: nə efirdə, nə də kirimişcə içimdə… “Nə qədər çox olsa, cana minnətdir”… Nəvələrim 6 yox, 10-15 olsun. Gündə təbrik yazım… Onsuz da təbrik edirəm. Amma manşetə çıxarmasam, bir-birləri ilə fərq qoyuldu kimi qəbul edərlər birdən.Ona görə də girişmişəmsə bu izhara sona kimi getməliyəm…))
Akif nəvəmin doğum günüdür bu gün , 9 yaşı olacaq. Dünyanın bütün uşaqları sevinsin, xoş günlərində onları əzizləyənlərin əhatəsində olsunlar. Babaları uzun müddət bu mənzərələri seyr etsin…
Dünyamızda Sülh, əmin-amanlıq olsun… Səhərlərimiz dinc açılsın… Biz də hər yerimizdən duranda gedib bu yavruların məsum yatmaqlarına baxaq, boyunlarını qoxulayaq….



