Əfsanə və rəvayətlər

Evliliklərinin ilk günlərində iki sevgili gənc  öz gələcək  həyatlarını necə nizamlamaq haqqında   fikirlərini bölüşürlər.  Qarşılıqlı bir  fikirləri  də bu olur ki,   qapılarnı heç kimə açmayacaqlar.

Elə həmin günün səhərisi  ərin ana-atası gənc ailəni ziyarətə gəlirlər. Qapı döyülür, ər-arvad bir- birinin üzünə baxır. Ər qapını açmaq istəsə də,  arvadi ilə elədiyi razılaşma yadına düşür və qapını açmaqdan vaz keçir.

Valideynlər bir müddət qapını döyürlər, açılmadığını görüb naəlac çıxıb gedirlər.

Bir neçə gündən  sonra gəlinin valideynləri övladlarını və kürəkənlərini  görməyə gəlir, qapını döyürlər. Ər-arvad yenə bir birinin üzünə baxır,  gəlin göz yaşları içində “edə bilməyəcəm” deyib, qapıya  qaçır.

Kişi yoldaşına heç bir kəlmə də demir. Valideynlərini evə dəvət  edir.

Aradan illər keçir. Bu ailənin dörd oğlundan sonra bir qız övladı dünyaya gəlir.

Atası qızının doğulmağı şərəfinə böyük qonaqlıq təşkil edir və bütün qohumlarını da  həmin məclisdə iştirak etməyə dəvət edir.  Əlbəttə ki, belə təmtəraqlı  məclis  hamıda  maraq foğurmuşdu.

Bir az sonra  yoldaşı təəccüblü halda  ərindən niyə oğlanları üçün belə qonaqlıq etmədiyini, amma qızı üçün etdiyini soruşur. Əri isə cavabında deyir:  “Cünki qızım mənə qapını açacaq” .

Qızlarımız bizim üçün göndərilmiş mələklərdirlər..

Allah onları qorusun. Allah heç bir ailəni qız övladsız qoymasın.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı