Maraqlı məlumatlar

Yaz və qış dövrlərində fərqli mərkəzlərdə yaşayan köçəri quşların həyatı, hərəkət istiqamətləri elmi dünyanın diqqətini hər zaman məşğul etmişdir.
Bu yazı köçəri quşların “V” şəklində uçması sualına elmi şəkildə cavab verilməsi məqsədini daşıyır.
Məlumdur ki, köçəri quşlar payızda isti ölkələrə, yayda öz vətənlərinə dönüşlləri zamanı, ümumiyyətlə, “V” şəklində uçur. Müəyyən edilmişdir ki, quşlar bu zaman enerji istehlakını azaldır, daha az enerji istehlak edir. Belə səyahət zamanı onlar həm də asanlıqla ünsiyyət qura bilir və harmoniya təmin edir.
Quşlar ön tərəfdəki quşun yanında və arxasında bir az uçduqda, ön tərəfdəki quş qanadları tərəfindən yaradılan yuxarıya doğru hava axınından da faydalana bilirlər.

Əslində, bir çox elm adamı, köçəri quşların eyni səbəbdən müəyyən yollarla uçduğunu düşünür, çünki təyyarə donanması “V” şəklində uçarkən yanacağa qənaət etməsi artıq qəbul edilmişdir. Ancaq uçan hərəkətləri olan quşların yaratdığı daha dəyişkən cərəyan və qanadları olmayan təyyarələrin yaratdığı müntəzəm cərəyanların təyyarələrə və quşlara eyni şəkildə təsir etməsi bəzi suallara da səbəb olmuşdur. Bir təbiət jurnalında dərc olunan araşdırma zamanı, “V” şəklində uçan quşların aerodinamik baxımdan optimal bir şəkildə uçduğunu ortaya qoymuşdur. Tədqiqatı aparan tədqiqatçılar, quşların uçuş zamanı sürüdəki ən yaxın quşun hərəkətinə uyğun olaraq qanad hərəkətlərini nizamlayarkən hava axınından ən səmərəli formada istifadə etdiyini göstərmişdir. “V” uçuşu zamanı quşların qanad hərəkətlərinin bir-birinə uyğun olur . Yuxarı hava axınının ən yüksək səviyyəyə qaldırması üçün bir quşun digərinin arxasında uçduğu zaman qanad hərəkətləri arasındakı harmoniyanın aradan qaldırıldığı və aşağı hava axınının təsirinin minimuma endirildiyi də aydın olmuşdur.
Qeyd: Türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.