İşləyən xanımların nəzərinə: iş zamanı bunlar olmaz

Sərbəst səhifə

Əslində, işləməyən xanım yoxdur. Bütün xanımlar həyatları boyu işləyirlər: idarə, təşkilat və müəssisələrdə və evdə və yaxud evdə. Ev işləri digər işlərdən bəlkə də ən sürəkli davam edəni və çətinidir.Ömür boyu da eyni işlər: yemək bişirmək, ev təmizliyi, ailəyə qayğı və s.

Amma bizim yazımız idarə, təşkilat və müəssisələrdə işləyən xanımlar üçündür.

Xanımlar ömürlərinin mühüm bir hissəsini işdə keçirirlər. Görəsən, iş vaxtı rəsmi davranmaq, məhdudiyyət və qadağalar onları usandırmır ki? Türkiyədə bununla bağlı maraqlı bir sorğu keçirmişlər. Sorğuya əsasən ofisdə qadağan olunan 10 hərəkəti üzə çıxarmışlar. Buyurun, siz də baxın və nəticə çıxarın:

Şal taxmaq

Qəhvəyi geyinmək

Musiqi dinləmək

İşləyən xanımların nəzərinə: Ofisdə bunlar olmaz:

Başqasından dərman istəmək

Kondisionerləri lazım gəldi-gəlmədi işlətmək

Anketlərdə ən çox qadağa, kompüter və internet istifadəsilə bağlı olmuşdur: sosial şəbəkələrdən istifadə etmək (Facebook, Twitter və s), söhbət etmək, şirkət xaricinə e-poçt göndərmək və mübadilə saytlarına girmək, kompüterə flaş yaddaş taxmaq və s.

Yemək zamanı : Stolda yemək və iş saatları ərzində çay içmək qadağandır.

İş saatları və ya fasilə zamanı : Çay fasiləsi vermək, günorta yeməyi yemək, hava qərarından ofisi tərk etmək, günorta tətilində ofisdən çıxmaq, rəhbərdən əvvəl çıxmaq

Geyim – fərdi gigiyenada : Top saqqal buraxmaq, rəngli dırnaq boyası sürtmək, qəhvəyi geyinmək, çıxartmayın geymək, sırğa taxmaq, sancaq taxmaq.

Telefon və ya qulaqcıqdan istifadə: Cib telefonunu səssiz rejimə almamaq, iş saatlarında telefonla danışmaq, telefonu doldurmaya taxmaq

Ofis və bina nizami: Liftdən ehtiyac olmadan istifadə etmək, kondisionerləri bütün günü işlətmək, kənardan gələn çiçəkləri ofisə gətirmək

Ofis daxilində sosiallaşma: Alt mərhələ personallarla danışmaq, eyni dostlarla ziyafətə getmək, başqa bir yoldaşını otağına dəvət etmək

Siqaret : Qapı qarşısında siqaret çəkmək, siqaretə yoldaşla enmək; səhər saatından əvvəl siqaret çəkmək

Şəxsi ehtiyaclar: Tualetə üç dəfədən çox getmək, artıq tualet kağızı istifadə etmək, beş dəqiqədən artıq tualetdə qalmaq

PS: Maraqlıdır, həm də çətindir. Ondansa evdar qadın olduğumuz üçün proletara minnətdar olmalı. Bu qədər, özü də belə qadağalar olarmı? Onda ofislərə robot işçilər götürsünlər…