Məşhur qadınlar

Ofeliya Hacıağa qızı Sənani 26 may 1941-ci ildə Bakıda möhsün Sınaninin ailəsində dünyaya göz açmışdır.
Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirmişdir (1966). Gültəkin Cabbarlının yetirməsidir. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959-1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960-1990-cı illərdə eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir (“Dağlarda döyüş”, “Ulduzlar sönmür” bədii filmləri, “Bakı bulvarı”, “Mücrü” və s. televiziya filmləri).
Ssenariçi Valid Sənaninin həyat yoldaşıdır.
Bunlar Ofeliya xanımın fəaliyyəti haqqında xronologiyanın müəyyən bir hissəsidir. Qısa gəldimi sizə? Əksinə, çox qısa olmağı da bu ömrün sanbalına bir başqa dəyər gətirir. Mən adam tanıyıram ki, tez-tez dəyişdiyi saysız-hesabsız iş yerləri iki əmək kitabçasına zorla kifayət etməmişdi.
Amma Ofeliya xanım Mikayıl Müşfiqin bəxtiyarlarındandır:
Həyatdan doymayan, işdən doymayan,
Əfsanə sözlərə məhəl qoymayan,
Könlünü, gözünü verib işinə,
Baxıb həyatının yüksəlişinə,
Xalqilə titrəyən, xalqilə gülən,
Vətənçin yaşayan, vətənçin ğlən,
Səmimi bir insan nə bəxtiyardır!
Biz Ofeliya xanımı tanıyanda televiziya özü müqəddəs idi. Orada ancaq peşəkarlar vardı: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlim, Nailə İslamzadə, Rafiq Həşimov və başqaları vardı. Biz elə bilirdik ki, bunlardan başqa daha heç kim diktor ola bilməz. Gözümüz nurlu, ağayana simalarına elə alışmışdı, qulağımız səslərinə elə uyuşmuşdu ki, birdən bunların birinin yerinə kimsə veriliş aparsa idi, ürəyimizə, canımıza yatmırdı. O vaxtlar indiki rahatlıqlar yox idi, texniki imkanlar yox idi, üstəlik senzura vardı, partiya nəzarəti vardı və sair, və ilaxır. Bütün bunlara baxmayaraq, hər kəs öz işinə bpyük sevgi və məsuliyyətlə yanaşırdı. Diktorların səsi, geyimi, səhnə, auditoriya davanışları, geyim mədəbiyyətləri daha nələr, hansı keyfiyyətlər vardı, hər biri çox ciddi şəkildə gözlənilirdi.

Bu diktorlar o mükəmməllikdə nitq səlisliyinə malik idilər ki, ən ciddi üslubda, ən ciddi mövzuda belə informasiya və faktları cilvələndirirdilər. Bəli, səsin çalarları üz ahənglərinə, baxışlarına elə uyğun olardı ki, onların görmədən səslərini eşidəndə belə, sanki sənə üzbəüz dayanıb dinləyirmişsən kimi gəlirdi.
Hər birinin öz yeri vardı. Hər birinə rəğbətimiz vardı və indi də olduğu kimi alır.
Sonra birdən nə oldusa, illərlə yaradılıb fomlaşdırılan, zaman-zaman cilalanan televiziya, ekran-efir mədəniyyətimiz durğunluğa tuş gəldi. Şüurlu, yaradıcı həyatının, demək olar ki, yarıdan çoxunu radiomuza, televiziyamıza həsr edən insanlar soyuqluğa tuş gəldilər. Halbuki adlarını çəkdiyiiz diktorların hər biri teleradio məkanında bir məktəb apara bilərdilər.
Sanki Azərbaycan televiziyasını yaratmış (onlara televiziyanın sahibləri də demək olar) insanlar birdən-birə tənənəli çəkildə təqaüdə göndərilən veteranlara çevrildilər. Halbuki onların hər biri peşəkarlıq səviyyəsinə bu yolu keçib gəlib çatmışdı və belə hesab edək ki, dövətimiz milli televiziyamızn qayğılarını çiyinlərində daşıya biləcək ustadların yetişdirilməsi üçün illərlə vaxt sərf edib, vəsait sərf edib, indi onlar niyə laqeydliyə tuş gəlib televiziyadan uzaqlaşmalıdır ki?
Gərək hər biri televiziyada qalıb, öz zəngin təcrübələrini bazasında fərdi akademiyalar yarada idilər.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.