Əxlaq və mənəviyyat

* Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. (Cak Lemmon)
* Qadın hər şeyi fitrədən bilir, kişi kitablardan öyrənir. (Budda)
* Qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır. (Z.Freyd )
*Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. (Migel de Servantes)
* Hıçqıraraq ağlayan bir qadının göz yaşları, ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. (Ç. Bukovski )
* Qadın bilməyənə nəfs, bilənə nəfəs kimidir. (Şəms Təbrizi )
* Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş görünür. Birincisi briliyant, ikincisi xəzinədir.(Aleksandr Duma)
* Kar bir kişiylə kor bir qadın ən xoşbəxt cütlükdür. (Danimarka atalar sözü)
* Kişi qadına şillə vurarsa kişi günahkardır, qadın kişiyə şillə vurarsa yenə kişi günahkardır. (Ç.Bukovski )

İki kişinin ən ortaq nöqtəsi qadınlar haqqında sahib olduqları biliklərdir. Onore de Balzaka məxsusdur bu fikirlər. Əslində, bu fikir kişilərin nəfinə deyilmiş sitat deyildir. Bəlkə də  iki kişi bir yerə düşdümü, bu nöqtədə daha çox paylaşa bilirlər. Başqa məqamlarda isə eyniadlı yüklər olduğundan bəlkə də hər zaman bir-birlərini dəf edirlər. Hələki bu sətiraltı mənaya ayrılmadan sitatın ilk yaratdığı təəssürat haqqında fikirlərimizi bölüşək. Belə çıxır ki, sanki kişilər bu nöqtədə, sözün əsl mənasında proletara çevrilir və bir nöqtədə birləşirlər.

Niyə Qadın obrazını belə yaradırlar. Döğrudanmı, kişi qadına bel bağlaya bilməz. Doğrudanmı, “Talmud” da deyildiyi kimi “pis qadın dünyada mövcud olan bütün bəlaların hamısından böyükdür”? Bu mövzuda, təbii ki,   hər kəsin  öz  mövqeyi var.  Söylənilmiş fikirlə müəyyən məqamlarda  razılaşsaq da, qadınlar haqqında  daha çox  XIX əsr alman şairi və jurnalisti Heynenin dediyi fikirlərlə  razılaşırıq: “Qadın olmayan yerdən pis adam başlayır.”

Bəli, hər zaman ətrafımızda, ailəmizdə, ürəyimizdə qadın olmalıdır.

Biz  illərdir qadın və uşaqların həyatından bəhs edən   “ Ana və Uşaq”  adlı  mətbu nəşrin, indi isə onun elektron versiyasının   rəhbəriyik.  Qəzetimizə  bu adı seçməyimiz məhz Qadına/Anaya

olan böyük ehtiramdan irəli gəlir. Fəaliyyətə başlayanda çox təkliflər oldu. Deyirdilər ki, şou təəssüratı yaradan elə adlar seçin ki, cəlbedici olsun. Amma mən “Ana və Uşaq” adını daha üstün bildim. İnsan həyatının mənası, dəyəri məhz bu iki varlıqla bağlıdır.

Dədə Qorqud cəmiyyətndən üzü bəri qadın hər zaman Azərbaycan ərinin, millətin, xalqın qürur ölçüsü olub.

Fəqət, son onilliklərdə Qərbdən mənəviyyatımıza əxlaqımıza, mənəviyyatımıza zidd olan çox  meyillər yol tapdı: şüurlarda, mənəviyyatlarda eybəcər təzahürlər baş qaldırmağa başladı.

Eşidirik, kriminal xəbərlərdə göstərirlər: kişilər var bir qadın bəs etmir; qadınlar var gizlincə yad kişilərlə  görüşür. Kişi var qadını vəfat edir, heç qırxı belə gözləmir, yenisini alır və yaxud, əksinə, qadın da var əri vəfat edir və yaxud özü boşanır və heç nə olmayıbmış kimi başqasına gedir.

Məşhur “Qayınana” filmində Cənnət xala deyir ki, bu yazıqla (Məşədi Kazımla) 30 il bir yastığa baş qoyduq, bir dəfə olsun “maç” eləmədi məni. Onda kişinin halal, kəbinli qadını ilə də arasında bir ağayanalıq olub, pərdə olub.

Allah hər qadını bir kişiyə və yaxud hər kişini bir qadına yazmışdı…

Kənd həyatına qayıdıb tanıdığım bütün yaşlı adamları xatırlayıram. Onların bəziləri haqq dünyasına qovuşub, bəziləri hələ də yaşamaqdadır. Bunlar o adamlardır ki, kiminin əri , kiminin qadını dünyasını dəyişib: amma nə qadın ərə gedib, nə kişi ikinci arvad alıb. O dövr üçün bu, olduqca utanc bir hal hesab olunub. Kənddə 1-2 belə hal olub: inanın, biz uşaq idik, amma uşaq ağlımızla diksinirdik. Tutaq ki, qonşumuzdur, qohumumuzdur, 2-ci arvad alan kişinin , 2-ci ərə gedən qadının bizə verdiyi meyvəni, konfeti almırdıq, zorla versə idilər, gəlib bu tərəfdə atardıq. İnanın, iyrənirdik.

Elə ki, televiziya çıxdı, elə ki, Avropa ölkələri ilə tanışlıq başladı, get-gəllər başladı, qadınlar, kişilər (daha çox) “çızıqlarından çıxdılar”. Tədricən, video, telefon, internet peyda oldu. Bu nizamsızlıqda televiziya və internet öndə getdi. 30 il bir yastığa baş qoyub bir dəfə halal əri ilə öpüçməyən Cənnət xalanın sələflərindən biri, o günü saytda oxudum, qonşu ölkədə seriala çəkilib, intim səhnələr varmış deyə, aktrisamız imtina edib. Belə olanda rejissor ayaqüstü həmin aktrisanı filmdə öldürən epizod yaradır və xanım aktrisamız filmdən uzaqlaşdırılır. Aktrisa və modelyerlərimiz də var ki, deyir yaxşı pul versələr, belə səhnələrə çəkilərəm. Heç kimə qara yaxmaq fikrimiz yoxdur.

Qərb həyat tərzini seriallardan görən , bu cür həyat qurmaq istəyən qadınlarımız qarşılarına çıxan problemləri aradan qaldırmaqdansa, guya demokratiya istəyirlər, qadın haqqlarının müdafiəsinə qalxırlar. Allah heç qızımıza, oğlumuza belə təsadüf qismət etməsin.

Guya hamının həyat yolu hər zaman sevgidolu olub? Hər bir ailədə problem, söz-söhbət ola bilər. Bu gün də inanmıram da ki, problemsiz ailə olsun. Amma əsas olan budur ki, özünü itirməyəsən, taleyinə sahib çıxasan. Problemin həlli yolunu tapasan. Güzəştə getməyi, bağışlamağı bacarasan. Bax, qadınlar haqqında fərqli düşüncəm də budur. Getdikcə qadınlar ailə ənənələrindən uzaqlaşmağa meyillənirlər. İldən-ilə pozulan nikahların sayı artır və pozulan nikahlar arasında evliliklərinin ilk illərində ayrılanların xüsusi çəkisi diqqəti cəlb edir.

Əbu Turxan adlı məşhur filosofumuz var, müasirimizdir. Bu mövzuda çox maraqlı fikirləri var:

1. Bərabərlik iddiası ailəni sarsıdır.

2. Qadın ictimailəşəndə ailə dağılır.

Heç ola bilməz ki, filosof qadınlara qarşı qərəzli mövqe nümayiş etdirsin. Bunun əlamətləri hiss olunmuru bəyəm? Sonra nə ola bilər: o ola bilər ki, heç kim yurd-yuva salmaq, ev tikmək istəməz. Onda evin divarlarını isidən, həyat stimulu verən qadın, ailə, uşaq hənirtisinə tədricən həsrət qala bilərik. Allah eləməmiş, mağara dövrünə qayıtmırıq ha(?). Bir vaxt Azərbaycan ailəsində ən az uşaqlı ailə 4-5 uşaqlı ailə hesab olunurdu.İndi 2-3 uşaqlı ailə çoxuşaqlı ailə hesab olunur. Doğrudur, cəmiyyətin özündə də müəyyən uyğunsuzluqlar var, amma bununla belə, filosofun dediyi meyillər müşahidə olunmaqdadır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı