Cahanı sükuta qərq etməyin

Poeziya buketi, nəğmə çələngi

Təkcə ümid qalsın

Sözləri: Nəbi Xəzri

Musiqisi: Emin Sabitoğlu

İstəsən sükuta bürünsün cahan,

Heç nə yox, al məndən gülüşlərini…

Al məndən ömrümdə əbədi qalan gülüşlərini,

Al məndən, ömrümdən o ani, əbədi görüşlərini.

Fəqət, soyuq baxma sən gendən, gözəl!

Nəqarət:

Sənsiz günəşsizdir bu göy, bu torpaq,

Hər nəyi istəsən, al məndən, gözəl.

Tək ümid qoy qalsın,

Ümid – bir dünyalıq gülüşlərindir.

Tək ümid qoy qalsın,

O ani, əbədi görüşlərindir…

Fəqət, soyuq baxma sən gendən, gözəl!

*****

Al geri o əziz günləri məndən.

Sədaqət andını al geri məndən.

İstəsən, al məndən yaşıl meşələrin pıçıltısını.

İstəsən, istəsən, al məndən dənizin parıltısını.

Fəqət, soyuq baxma sən gendən, gözəl!

Leave a Reply