1 oktyabr Ahıllar Günüdür

Gün və bayramlar

Ələkbər Ziyatay- Qocalar, ay qocalar

Bizə ümid oldunuz,

Bizə dayaq oldunuz.

Xöşbəxt səhərimizçün

Gecə oyaq oldunuz.

Ürəyimiz hər zaman

Qayğınızla ucalar.

Biz sizə minnətdarıq,

Qocalar, ay qocalar

Siz bizi gələcəyə

Səsləyən yollarsınız.

Qocalar, ay  qocalar

Nə yaxşı ki varsınız.

Ürəyimiz hər zaman

Qayğınızla ucalar.

Biz sizə minnətdarıq,

Qocalar, ay qocalar.

Qəlbiniz bir kitabdır,

Varaq- varaq açılır.

Bizim ağ günümüzçün

Ağarmışdır saçınız.

Ürəyiniz hər zaman

Qayğınızla ucalar.

Biz sizə minnətdarıq,

Qocalar, ay qocalar.

Siz bizi gələcəyə

Səsləyən yollarsınız.

Qocalar, ay  qocalar

Nə yaxşı ki varsınız…

 Bu gün  Ahıllar günüdür.   Bütün dünyasını dəyişmiş ahıllarımızın məkanı cənnətlik olsun.  Ətrafımızda yaşayan ahıllar  bizim  ulularımızdır. Uşaq yaşlarımdan çoxqocalar , çox ahılla görmüşəm. Onda insanların  qocalara, ahıllara və qadınlara münasibəti qat-qat  daha səmimi idi.  Hansı məsələdən  narahatçılıq etsən,  hər  mətbu subyektin məxsusi yazarları var, yuyub sərəcəklər səni.  30-40  il əvvəl  qocalar  daha fəal idi, məclislərin başında ağsaqqallar olardı. Kəndin  müxtəlif yerlərində onların söhbətgahları olardı.İndi nadir halda gözünə ahıl , ağbirçək dəyər…

Unutmayın, biz öz gələcəyimizi görə-görə yaşa doluruq. Elə bu andan  dəyişək  ahıllarımıza münasibəti. İtiləyək sevgilərimizi…Əgər sevirsinizsə, fürsətdir, daha çox edin   bu səmimiyyəti. Fani dünyadır, sonra gec olar… 

Leave a Reply