Müzakirə

Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi.

 Cak Lemmon

“– Yaponiyada kişilər qadınlardan üstün hesab olunur. Qadınlar, adətən, ikinci dərəcəli işlərdə işləyir. Yapon kişisi qadının ona hökm etməsini heç sevməz. Hətta maraqlı bir fakt var ki, Yaponiyada ali təhsilli qadınlar, orta təhsillilərə nisəbətən daha az iş tapa bilirlər. Çünki ali təhsilli qadınları işə götürməyə həvəsli olmur yapon kişilər. Orta təhsillilər isə bəsit, sadə işləri görürlər. Yapon kişisinə görə yapon qadını evlənənə qədər işləyə bilər, evləndikdən sonra isə onun işi vətəninə xeyirli nəsil yetişdirmək olmalıdır”.

“…Yaponiyada müvəqqəti işləyənlərin əksəriyyəti qadınlardır. Bu qadınların da əksəriyyəti subaylardır. Yuxarıda dediyimiz kimi – evli qadınlar daha az işləməyə meylli olurlar və ya yapon kişiləri bu cür istəyirlər. Yapon mədəniyyətinə görə qadının yeri evidir, vəzifəsi uşaqlarını böyütmək, layiqli vətəndaş yetişdirməkdir. Bu səbəbdən yapon qadınları ən çoxu 32 yaşına kimi işləyə bilirlər. Qadınların maaşı da kişilərinkinin yarısından bir az çox olur. Bununla da qadınları işləməkdən soyudurlar, desək, yanılmarıq. Maraqlıdır ki, qadınlar bəlli bir maaş səviyyəsinə çatdıqda şirkət qadını işdən çıxarır və yeni işə başlayan bir qadını işə götürür. …. ali təhsilli xanımlar, orta təhsillilərə nisbətən daha çətin iş tapır, sonda da orta təhsillilərin gördükləri işləri görməyə razı olurlar. Bu səbəblə də çox yüksək vəzifələrdə qadınlar, adətən, olmur.”

                                                                    Bir yazıdan

 Bəs bizim ölkəmizdə  bu mövzudakı baxışlar necədir? Birmənalı şəkildə cavab vermək , təbii ki, çətindir. Çünki  bizim ölkəmizdə  qadınlarla kişilərlə eyni hüquqlara malik olsalar da, qadınlar bu  gün  yüksək vəzifələrdə çalışsalar da, mühafizəkar baxışlar da yox deyildir. Kişilərin  qadınların karyera  pillələri ilə  irəli çəkilməsinə etiraz etmək imkanları olmasalar da,  istər ailənin, istərsə də cəmiyyətin nizamlanmasında  üstünlüyü kişi tərəfinə  verənlər də az deyil.

Bəs niyə kişilər qadınlardan üstün sayılırlar? Bu, elmi sual sayılmasa da,   birmənalı olaraq konkret cavabı olmasa da, məişət leksikasında özünə müəyyən  leksik mühit qazanıb.  Bu da bir həqiqətdir ki,  bioloji baxımdan kişilər  qadınlardan üstün olduğu kimi, qadınların da kişilərdən üstün olduğu cəhətlər var. Kişilərin əzələ gücü qadınlardan daha çox olduğu halda, qadınların sosial bacarıqları (aclığa, qıtlığa və s.) kişilərə nisbətən daha çox inkişaf etmişdir.

“Qurani-Kərim”də  dəkişilərin qadınlardan üstün olması  haqqında ipucu var. Bu məsələni gündəmə gətirmək o demək deyil ki, kişilər hər cəhətdən qadınlardan üstün sayılırlar.  Amma bu üstünlük   bir  imtiyaz deyil, bir məsuliyyətdir.Ona görə də bu cür fərqləndirmə və düşüncələr yersizdir.

Demək olarmı ki, qardaş ağıllıdır, yoxsa bacı? Əlbəttə, qadınların böyük əksəriyəti ağıllı və kübardır. Amma cinsləri, xüsusiyyətləri fərqli olanlar arasında müqayisə edilməsi sağlam mühakimə deyil. Məsələn, kim inandıra bilr ki, qoz fındıqdan yaxşıdır və yaxud əksnə, fındıq qozdan pisdir. Hər birinin öz yeri, öz məxsusilikləri var. Bunlar tam fərqli-fərqli cinslər/meyvələrdir. Birillik ağacla ikiillik ağacdan eyni miqdarda məhsul gözləməzlər.

Üç kiloluq pəhləvanı arenaya əlli kiloluq pəhləvanla çıxartmazlar. Hər yaş öz yaşına uyğun idmançı ilə qarşı-qarşıya gəlməlidir.

Fərqli xüsusiyyət, ümumiyyətlə, oxşar cinslər, eyni əşyalar arasında arasında axtarılır.

Qadınla kişi müqayisə edilərkən fərq kimi demək nə dərəcədə doğrudur ki, qadın dünyaya uşaq gətirir, kişi yox. Axı Allah tərəfindən onların yaradılış mükəmməllikləri belədir. Belə mükəmməllikləri müqayisə etmək nə dərəcədə doğrudur? Əgər bir kişi qadına “siz nə bərabərlik axtarırsınız, bizim kimi yerin altında – şaxtalarda işləyə bilirsinizmi” deyəcəksə, həmin qadından onda bəs siz bir yavrunu 9 ay bətninizdə bəsləyə bilirsinizmi?” sualı alması gözləniləndir.

Nə kişi qadına belə arqument gətirməməlidir ki, qadınlar da bizim kimi yerin altında, kömür ocaqlarında, mədən ocaqlarında işləyə bilməz , nə də qadınlar deməməlidir ki, kişilər uşaq doğmurlar. Çünki qadının orqanizmi buna uyğun deyil. Bəzı ölkələrdə qadın belə çətin işlərdə işlədilirsə, bu, bir haqq deyil, qadına zülmdür. Hər kəsə, fiziki imkanlarına görə iş verilməlidir. Allah heç bir kişiyə o xəcaləti qismət etməsin ki, gözləri qarşısında qadının vücuduna uyğun olmayan iş gördüyünün şahidi olsun.

Qadının boksçu, güləşçi olmaması onun dəyərini sala bilməz. Limonun turş olması limon üçün bir əskiklik deyil. Çünki limon şirinin əksi olaraq yaradılmışdır. Cənab Haqq qadını da məhz ağır işlər görməyə yaratmamışdır.

Qadınla kişi eyni cins olsalar da, bərabər xüsusiyyətlərlə yaradılmayıb. Xüsusiyyətləri fərqli olan şeyləri müqayisə etməzlər. Məsələn, gəmi, təyyarə və avtobus minik vasitəsi olduğu halda, birinin digərinə üstünlüyü deyilə bilməz. Təyyarə dənizdə üzə bilmirsə, gəmidən aşağı sayılmamalıdır. Gəmi başqa bir gəmiylə, təyyarə başqa bir təyyarə ilə müqayisə edilə bilər. İkisi də quru vasitəsi olduğu halda, bir tankla bir taksi müqayisə edilə bilməz. bütün bu deyilənlərdən sonra, ümumiləşdirəsi olsaq, biz belə müqayisəni doğru hesab etmirik. Dünyanın Qadına böyük ehtiyacı var: davam etsin deyə, davam etdiyini səliqə-sahmanla, böyük gözəlliklər və mənəvi ucalıqlar arasında yaşasın deyə. Böyük hərbçi Napoleon deyərmiş ki, mənə sağlam qadın vein, mən sizə sağlam cəmiyyət verim. Yəni bu sağlam düşünə bildiyimiz bu nəsnələr içində nələr yoxdur. Alman şairi H.Heyne yazırdı ki, dünya tarixini oxuduqca hər hansı bir rəşadət, hünər, yaxud hadisə məni təəccübləndirdikdə bəzən arzu edirdim ki, , o şeylər içərisində qadın gırəydim. Görəydim ki, gizli, örtülü şeylər arasında dünyanı qadınlar idarə edir. Bunlar hər hansı bir ictimai-siyasi, sosial məzmuna tabe edilmiş fikirlər deyildir; həyatın yaşandıqca seçim qarşısında qaldığı bütün vəziyyətlərdə zühur edən bir həqiqətdir: Qadın bütün vəziyyətlərdə həyat, şəfqət, ümid paylar, əvəzini gözləmədən…. lap doğru-düzgün qiymətini almayanda da .

Lüğətimizdə, dilimizdə vəzndə, qiymətdə, dəyərdə ən uca sözlər, dəyərlər onlara verilib. Kişi olan, belə deyət, bütün məxluqat bunun fərqindədir və olmalıdır da. iradlarımız, fikirlərimiz, gözlədiklərimiz çox ola bilər… Şəxsən, mənim də var. Amma Azərbaycan kişisinin, Azərbaycan ailəsinin taleyində Qadınlarımızın haqqına sahib çıxmağa bir vəfa borcumuz olmalıdır.

Haşiyə: “Böyük dayaq ” filmində Səkinə arvad necə müdrik, ağbirçək Azərbaycan anasıdır. Mən özümü müəyyən hallarda çöx vaxt Rüstəm kişinin nəslinə hesab edirəm, deyirəm, bəlkə belə mühafizəkaram. Fəqət, müdriliyə qalanda, deyirəm, kaş Rüstəm kişi əvvəlcədən Səkinəsinə tapınaydı.

Haşiyə : “Mehman” filmini dönə-dönə izləmisiniz. Mehman kimi prinsipial, barışmaz, cəsur bir ədliyyə işçisi çox adi şeylərdən sındı, məğlub oldu. Mehmanın faciəsi bilirsiniz hardan başladı? Ordan başladı ki, Züleyxa və və onun anasının tənələrindən oranı tərk edib geriyə-Bakıya dönməsindən sonra başlayır.

Film “Qanun naminə” adlanır. Qoy qanunun aliliyi hər zaman, hər yerdə müqəddəs olsun. Qoy hər zaman, hər yerdə ədalət zəfər çalsın. Anaların (Qadınların) haqqında da onlara yaramayan, onların haqqı olmayan fikirlərə düşülməməlidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı