Müzakirə

Seva:
– Qız bizim qonsudur, çox gözəl ailədirlər. İkisi də ziyalı, qonsudurlar. Ayrı-ayrı unversitetlərdə oxuyurdular. Ailə qismətləri bura kimiymis. Hamı şokdadır, Allah rəhmət etsin.
Mən:
-15 yaşım olanda bir oglan mənim dərdimdən dəli -divanə idi: məni ğörüşə çağırırdı, amma mən ğetmirdim. Ona görə ki, valdeyinlərim 5 dəqiqə evdə olmasaydıq, axtarışa verərdilər, həə… Valdeynlər uşaqlarına gizli şəkildə çox fikir verməlidilər.
Səbinə:
– Elə danışırlar ki, guya hec kim görüşmür. Hər kəsin bir səhvi olur, hec kim orijinal deyil. Kənardan baxıb qınamag da bizim millətin qanında var. Əminəm ki, cox adam həmin yas yerində olur, aglayır, valideyinlərə baş saglığə verir, amma cöldə isə agzına gələni danışır. Belə insanlara hamımımz rast gəlmişik. Qaldı ki, bu məsələyə, mən razı deyiləm. Görüşmək üçün qaraj və yaxud qızı gizlətmək uçün qaraj hec də inandırıcı deyil. Amma yenə də qədər- qismətləri ora qədər imiş. Kimin qismətində nə varsa, özü istəmədən, bilmədən özünü ora aparır.”
Güllü:
-Valideynlərin qorxusundan yazıqlar qarajda görüşüblər. Sevənləri bədbəxt edənlər valideynlər, bir də tanış -tunuş söhbəti olur.
Aylin:
– Əsra bacı, düz deyirsən, fikirlərinlə razıyam: yaxşı qız nişanlanmamış oğlanla görüşməz. Kim nə deyir- desin, fikir vermə. Ölənlərə Allah rəhmət etsin.. Qız amma gözəl olub.
Aylin və Əsraya:
– İndi guya siz bombasınız da, guya hec görüsməmisiniz? Qədim zamanlardakı kimi evlənmisiz: tanımadan, bilmədən…
Əsra:
– Guya niyə? Mənim nisanlım olmayınca hec bir oqlanla ünsiyyətim olmayib, istəyirsən inan, istəyirsən inanma, oz isindir. Bizim kitabda, yazıda belə hal olmayib . Nəslimizdən hər hansı qız ”sevgili” ilə ailələr arasında razılıq qətiləşdikdən sonra görüşər. Hələ nişanım olandan sonra utana-utana görüşmüşəm həyat yoldasımla. Amma neçə illər sevib məni, heç vaxt da cürət edib yaxınlaşmamışdı. Amma əl də çəkmədi . El adəti adəti ilə aldı məni. İstəsəydim, iraq-iraq, görüşərdim də, qoşulub qacardım da, amma bu, mənim adıma yaraşmazdı. Hər kəsdən öncə insan özünü düsünməlidir : hələ valideynlərdən də birinci oz mənliyini fikirləşməlidir. Məndən bu qədər .”
Jaləyə:
– Küçədə görüşməli idilər? Gələn- gedən də şəklini çəksin…
Aidə.. Jalə:
– Yazırsınız ki, müzakirə etmək bizə düşməz, amma muzakirə edirsiz. Niyə biabırçılıq olur ki? Onların yaşlarının belə vaxtıdr da. Ağıllarına da gəlməzdi ki, sonu belə nəticələnəcək. Heyf onlardan, hələ qarşıda necə gözəl günləri olacaqdı. Amma əcəl qoymadı. Valideynlərinə səbr versin Allah.
Allah rəhmət etsin..
Ana:
– Parkda şəkilləri var. Normal da görüşüblər. Sadəcə, o qızın yad oglanın yanında baglı qarajda nə işi vardı ki? Ailəsini də biabir etdi. Belə şeylər bəlkə də olur ki, başqalarına dərs olsun. Qızlar, evinizdə otura- otura da sizi alacaqlar. Mən, sadəcə, ölüblər deyə təssüflənmirəm. Həm də valideynlərini biabir etdiyi üçün təəssüf edirəm. Yazıq biz valideynlər bilmirik uşaqlarımız nə edir, necə edir. Elə zamana gəlmişik ki , qoruya da bilmirik. Təəssüf.
Hürü:
– Anaya demək istəyirəm ki, sizi başa düşürəm, valideynsiniz, valideyn övladların tərbiyəsi ilə məşgul olmalıdır. Məlum hadisədə gənclər bir-birlərini seviblər, burada valideynlərin başlarını aşagı edən ciddi bir şey görmürəm? Niyə siz belə sevgiyə pis baxırsınız? Onlar hec bir pis iş tutmayıblar, sadəcə, bir- birlərini seviblər. Sizdən artıq dərəcədə xahiş edirəm ölənin arxasınca belə sözlər yazmayın. Bəlkə də onların yaxınları bunu oxuyurlar, onların ürəyinə dağ basmış olursunuz. Belə insafsızlıq etməyin, Allah xatirinə. Axı siz də anasınız. Analar həmişə ürəyi yanqılı olurlar, onların yaxınlarına belə sözlər demək onları daha da yandırır. Xahiş edirəm dönə- dönə, belə günah yazmayın. Mənim onlara ürəyim ağrıyır, çünkü cox cavandılar Allah rəhmət etsin, Allah yaxınlarına səbir versin, amin!!!”
Altinay:
– Hansı biabırçılıqdan danışırsınız siz, heç Allahdan qorxunuz yoxdur? İki can gedib e, fərqindəsiz? İki cavan ömür bitib, kim bilir ailələr nə vəziyyətdədir, sizsə hələ də maraqlanırsınız ki, qız nə edib, necə edib, deyəsən, xəbəriniz yoxdur, bu iki gənc sevib bir-birlərini, oglan əsgər getməmis qızı qaçırtmaq istəyib, cunki qızı basqasına verəcəklərmiş, ona görə də qaçırdıb da.. Oğlanın ailəsi razı olmayıb deyə qızı öz evinə qaytara bilməyib. İkinci problem də oglanın qalmaga yeri olmadıgından qızı qaytarmayıb, həm də sevdiyindən vaz keçməyib , məcbur olub masında gecələməli olublar , nəticəsi də bu: qismət, tale…
Onlar haqq dunyasındadır, bizsə haqq olmayan dunyada, sərh yazarkən biraz insaflı olun, iki can gedib , bəsdirin, qız onu etdi, oglan bunu etdi….
Allahdan rəhmət diləyin.. Nəyinizə gərəkdir ölünün arxasınca danışmaq?
Aytən:
– Günahkar, həm də ən böyük günahkar valideyndir, bir də imkansızlıq. Elə bil özləri gənc olmayıblar hec vaxt. Allah sevənləri qovuşdursun, amma belə yox. Qıza halal olsun, yeri cənnət olsun. İndiki zamanda cox nadir hallarda belə fədakar qız tapıla.
Xanım:
– “Ey bəzi günahkar valideyndir deyənlər. Siz , yəqin ki coxunuz valideyn deyilsiz. Deməyinizdən belə cıxırki uşaq ya gənc fərqi yoxdu valideynə qulaq asmasınlar??? Valideyin Allahdan sonra sıgınacagımız insanlardır.Bizimcün hər şeyin dogrusunu bilənlərdir. Deyirlərsə, olmaz, demək, olmaz, cünki təcrübələri var.

Aytən:
-Allah onları qovuşdurdu. Bədbəxt olansa düşüncəsiz valideynləri oldu. Mən insanların, xüsusən də, son vaxtlar valideynlerin qəddarlığına, özünün rifahı naminə övladını bədbəxt etməsinə razı olmalarına, yol vermələrinə mat- məəttəl qalmışham. Allah məni gələcəkdə nə övlad kimi, nə sevən insan kimi, nə də valideyn kimi belə xəcil duruma düşürməsin. İkisi də cox gözöl və gəncdirlər. Üzülmədim, cünki ən azından Allah onları qovuşdurdu, qəddar valideynlərindən və getdikcə cirkinləşən dunyadan saf duygularını ölümlə qorudu.Önəmlisi də budur.
Allah rəhmət etsin!
Baloglan:
– Bilər- bilməz danışmayın. Kənan mənim ən yaxın dostum idi. Buradakı məlumatlar da səhvdir.Kənan evə gətirib etməyib, sadəcə, giriblər qaraja ki, bu gecəni burda yola versinlər, sonra bir yer fikirləşərlər. Özü də Kənanın əsgərlikdən 3 ay möhlət hüququ vardı… Sadəcə, onları yuxu aparıb, dəmi qazı da işini görüb. Yazılıb ki, Kənanın pulu olmayıb. Halbuki, ekspertlər hadisə yerinə baxış keçirəndə cibindən nə qədər pul çıxıb.
Allah-Təalanın sevdiyi insan imiş ki, onu oz sevdiyi ilə birgə canını aldı.
Allah rəhmət etsin.
***:
-Burda bəzi ağıllı danışan qızlar var ki, guya ki, özlərinin tərbiyəsi daşıb tökülür.Tülkü kimi Həccə gedən qızlarımız var, utanın bir az. Guya siz görüşüb-zad etmirsiniz. Acı verməyin burda. Ağıllı qızsansa, internetdə nə işin var. Yaxşı ediblər seviblər, qaçıblar…
Baxa:
– Günahkar valideynlərdir.
Maşallah, şəhərimizdə o qədər gəzməli, görüşməli yer var ki… amma qismət bura qədər imiş.
Allah rəhmət etsin.
Şərhci:
-Qınamayın , davam edin… Siz də girin qonşu oglanlarla .. Qonşu arvadlarla qarajlara …. Qınamaq lazımdı ki, başqa başıboşlara dərs olsun ki, qarajda 015-in ici görüş yeri deyil… Bunun adı başqadı…..
Əsra:
Afərin, halaldır, sizinlə razıyam.Bu qızın əsgər getməmis, başı bərkə-boşa düşməyən bir oğlanla qarajda nə işi var idi ? Qınayacağam , kim nə deyir-desin. Sevirdisə, aparıb bir uzuk taxardı, sonra gedərdi əsgərliyə.
Nigar:
– Sizdən bir məsləhət almaq istəyirəm bizdə də hami razıdır, bir sevdiyim insanın atasından başqa.. İndi neyniyək deyin görüm?
Nərgiz:
-Yazıqlar neyləsin: dilə-dişə düşməsin deyə qarajda görüşüblər. Cox bədbəxt hadisədir. Qız atasına lap pis təsir edər. Atasından soruşanda qızının ölüm səbəbini yazıq ata necə izah etsin.
Allah rəhmət etsin. Məkanları cənnət olsun.
Tarixci:
– Sevmək günah deyil. Əgər övladınızın secdiyi insan xoşunuza gəlmirsə, demək ki, övladınızı zamanında arzu etdiyiniz kimi tərbiyələndirə bilməmisiniz…Belə də ki, sevənləri qovuşdurmaga calışın, ayırmaga yox… İnanin ki, gözünü yumarkən başqasını, açarkən isə başqasını görmək çox çətindir. Övladlarınızı oz əlinizlə bədbəxt etməyin…Axı sevgini də onalara kicik yaslardan siz valideynlər öyrədirsiniz.
GüLüM:
– Allah rəhmət etsin, yerləri, inşallah, cənnət olsun. Nə sevmək, nə görüşmək, nə də qoşulub qaçmaq pis bir şey deyil. Mən sevdim, görüşdüm, sonra elçililik oldu. Nişanıma 5 gün qalmış qaçdıq, toy da etmədik. İndi, şükür Allaha xoşbəxtəm, cunki sevmek tamam fərqli gözəl bir hissdir. Valideynler başa düşməlidir ki, sevənləri ayırmaq olmaz. Sevgisiz insan necə xoşbəxt ola bilər ki? Bəlkə də bu cavanlar üçün belə daha rahat olacaq. Allah pis şeylərin qarşısını almaq üçün bəlkə onların canını bir gündə aldı. Onu yalnız Allah bilir, yalnız onlara əhsən ki, sevgilərindən dönməyiblər. Əsas olan budur. Heç kimin də bu cavanları qınamaga haqqı çatmır. Bu dünyada kim sevməyib ki, kimlərin sevgisi ürəyində qalmayib ki?! Ona görə də bu dərs olsun valideynlərə. Onlar sevənlərin qarşısında sədd yox, kömək olsunlar. Onda bu həyat daha gözəl olar.
Leyla :
– Xahiş edirəm bizim dərdimizin üstünə dərd verməyin. Yazanda yazdıqlarınıza fikir verin. Bu qismətdir, onlar qarajda da dünyasını dəyişmsəydilər, onsuz da öləcəkdilər. Allah onrarın yazılarını belə yazıbmış.
Onlar sevgilərini belə yaşadılar. Allah rəhmət etsin, ruhları şad olsun, yerləri cənnət olsun. Xahiş edirəm ki, kimin beynində nə var, onu yazmasın, biz oxuyuruq.
Göründüyü kimi, fikirlər müxtəlif və fərqlidirlər. Bu da təbiidir. Çünki bu müzakirəyə qoşulan insanların özləri keyfiyyətcə, yəni yaş, sosial, təhsil, cins baxımdan fərqli-fərqli insanlardır. Bəziləri həddindən artıq mülayim danışır, bəziləri isə yandığından irad bildirə-bildirə danışır. Bəziləri də bu və ya buna oxşar vəziyyətdədirlər və yaxud qarşılaşdıqları problemləri çözməkdə, yəqin ki, haqqında bəhs etdiyimiz və yaxud bəhs edəcəyimiz hadisələrdəki gənclərimiz kimi ərkəsöyünlük edərdilər.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.