Müzakirə

Evlilik üçün rəsmi vahid  bir yaş  səviyyəsi olmasa da,  ailə məsələləri ilə məşğul olan mütəxəssislər, ağbirçək nənələr, ixtiyar babalar oğlanlar üçün 28-30, qızlarımız üçün isə 23-24 yaşı normal hesab edirlər. Yazımız üçün bu mövzuda araşdırma apararkən, “Ekonominfo.az”  portalında acınacaqlı bir statistikaya rast gəldim.

Həmin statistikya əsasən, 2022-ci ildə 15-17 yaşlı analar (məktəbyaşlı) tərəfindən 2 011 uşaq doğulub. Bunların 638-i şəhər yerlərində, 1373-ü isə kənd yerlərində doğulub.

15-17 yaşlı analar tərəfindən doğulanların 1 880-ni ilk uşaq, 120-si ikinci uşaq, 11-i isə üçüncü uşaq olub. 3 üşağı olan 15-17 yaşlı anaların hamısı şəhərlərdə yaşayır.

15-17 yaşlı analar tərəfindən doğulan uşaqların 94,5%-nin və ya 1 900 uşağın valideyinlərinin rəsmi nikahı olmayıb.

Bundan başqa Azərbaycanda 18-19 yaşlı 15 ananın 4-cü, 8 ananın isə 5-ci dəfə övladı dünyaya gəlib (Mənbə: https://ekonominfo.az/az/news/141/azerbaycanda-mektebyasli-11-qiz-3-cu-defe-ana-olublar).

Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı da kəskin artıb.  2021-ci illə müqayisədə ötən il  bu rəqəm 23,7% və ya 11 min 122 nəfər artaraq 57 min 999-a yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub.

Məlumat üçün bildirək ki, abort etdirənlərin 3,6% və ya 2 080 nəfəri 15-19 yaşlılar olub.

Məktəbyaşlı qızlar arasında (15-17 yaş) abort etdirənlərin sayı isə son bir ildə təxminən 3 dəfə artıb. Belə ki, əvvəlki ildə 16 məktəbyaşlı qız abort etdirmişdisə, ötən il bu göstərici 57-yə yüksəlib.

Onu da bildirək ki, məktəbyaşlı qızlar arasında abortların sayı ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.

Son 15 ildə qeydə alınan abortların sayı belədir:

Mənbə: https://pravda.az/news/124917

Yayılıb biabır olmasınlar deyə açılıb-ağardılmayan,  polisə üz tutulmayan , tərəflər arasında hansısa  razılıqlasa ört-basdır edilmiş hadisələri  bilmirəm, amma artıq ictimaiyyətə məlum   nə qədər  hadisələr var ki, onlar  internetdə  zaman-zaman yayılmaqdadır. Nədən belə çinsəllik meyilləri şahə qalxır,  boy göstərir. Həm də təkcə uşaq və ueniyetmələr arasında deyil, həm də  yaşlılar arasında da.

 Daha  bir statistik  məlumat. 2019-cu ildə yaşı 18-19 olan dörd nəfər qız isə özlərindən təxminən 20 yaş böyük, 40-44 yaşlı kişilərlə rəsmi izdivaca girib.

25 yaşında olan bir xanım 60 yaşlı kişi ilə rəsmi nikah bağlayıb.

35-39 yaş aralığında olan 12 qadın öz həyatını 60 yaşını ötmüş kişilərlə birləşdirib.

Ötən ilin rəsmi statistikasında daha bir maraqlı rəqəm 60 yaşlı bir qadının 30 yaşlı kişi ilə nikaha girməsidir.

Yaşı 60-dan çox olan daha üç qadın isə 40-44 yaşlı kişilərə ərə gedib.

Yaşı 50-54 arasında olan 14 gəlin özündən 10 yaş kiçik bəylərlə ailə qurub. Elə bir il öncə rayonlarımızın birində  50 yaşlı bir  neçə dəfə ailəli olmuş bir kişi 23 yaşlı qızla ailə qurdu.  Hamıya xoşbəxtlik, ailə səadəti arzulayırıq. Fəqət,  həyat dönə-dönə sübut edib ki, həqiqi sevgi münasibətlərindən  köz götürməyən bir ocaq ha  püfləsən də, alışmır ki, alışmır.

   Ata-ana xeyir –duasından uzaq,  sadəcə, əlinə, belinə, dilinə sahib ola bilməyərək (bəlkə də bunların heç mahiyyətini başa düşməyən) izdivaca sürükləyən daha bir neçə  efemer sevginin xronikası:

2023-cü  ilin  may ayının 18-də Tovuzda 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyeva axşam saatlarında evdən çıxıb və geri qayıtmamışdır.  Əfsanənin anası Samirə Tağıyeva sonra  mətbuata verdiyi açıqlamasında  bildirmişdi ki, qızı sosial şəbəkədə başqa  rayondan olan bir şəxslə danışırmış.  Məlum olub ki, 7-ci sinifdə oxuyan bu qız  həmin şəxslə mütəmadi olaraq “WhatsApp”da danışırmış.  Anası xəbər tutub qızına bunu yasaq etmək istəsə də, qızı deyib ki,  məni öldürsəniz də, ona   qoşulub gedəcəyəm və gedib də. 

Əfsanə tapılıb ailəsinə  qaytarılsa  da,  hadisənin bütün ciddiyəti  olduğu kimi   qalmaqdadır.

İyulun 9-da Ağaverdi Xəlilov və Aytac Mayılova adlı  iki gəncimiz valideynləri tərəfindən axtarışa verilmişdi. Hadisə  haqqında  müfəssəl məlumat  verilməmişdən öncə,   onu eşidən hər kəsə  aydın idi ki,  xəyallarını, hisslərini cilovlaya bilməyən   bu gənclər   bir-birinə qoşulub qaçmışdır.  Elə belə də olmuşdu.

 Gəncləri yeri məlum olandan sonra Baku TV-də  “Arzunun vaxtı” verilişinin qonağı olmuşdular.

19 yaşlı Ağaverdi bildirmişdi ki, bir-birilərini dörd ildir tanıyırlar: “Bir neçə dəfə ailəmlə bu barədə danışmışam. Demişəm ki, bir qızı istəyirəm, elçi gedək. Ancaq valideynlərim 19 yaşım olmasına baxmayaraq, yaşımın çatmadığını, hələ tez olduğunu dedilər. Bir ay gözlədik, sonra qaçmaq qərarına gəldik.

…Ağaverdi Xəlilov bir müddət ailəsindən uzaq olmaq istədiyini deyib: “Atam dedi ki, utanmırsan mənə zəng edirsən? Mən də dedim ki, ayıb iş görməmişəm. Özüm vaxtı çatanda onların yanına gedəcəyəm. Tək xahişim odur ki, məni narahat etməsinlər”.

 Adlarını qeyd erdiyimiz yeniyetmələrin yanlış addımların sonu nə oldu,  aidiyyəti qurumlar tərəfindən hansı addımlar atıldı, bunlar  yazımızın  qarşıya qoyduğu hədəf deyildir. Biz, sadəcə,  belə münasibətlər  niyə baş verir, nədən qaynaqlanır, nə etməliyik suallarına oxucularla birlikdə cavablar axtarmaqdır.  Çünki bunlar tək hadisə baş vermiş  bir ailənin deyil, ümumilikdə,  cəmiyyətin də qayğılarıdır, hər birimizin qayğılarıdır.

Yadınızdadırsa,  bir neçə il bundan əvvəl   ərköyün, dəlisov  sevgilərdən  biri   təkcə iki ailəyə , bu iki ailənin qohumlarına  dağ çəkdi, bütün Azərbaycana  acı təəssüf gətirdi:   yaşayış məhəllərinin birindəki qarajda  iki sevgilinin meyiti tapılmışdı:  oğlan əsgər getməmişdən öncə  sevgilisi ilə    son  görüş yeri kimi qarajı  seçiblərmiş. Qızmar yay günü olduğu üçün bağlı qaraşda  maşının  “kondinsioner”ini işə salıblarmış. Qapalı yerdə   1-2 saat toplanmış dəm qazından  sevgililər həyatlarını itiriblər. Oğlan institutu yenicə bitiribmiş, qız isə  III  kurs tələbəsi imiş.

Sosial şəbəkələrdə bu məşum hadisə uzunmüddət söhbət mövzusu oldu. Hadisə haqqında çoxlu sayda fikir, güman və fərziyyələr  söylənildi.   Bunların  bəziləri ağlabatan olsa da, bəziləri subyektiv fikirlər idi.   Buna baxmayaraq,  ağlabatan fikirlərlə bərabər,  subyektiv fikirləri də normal qarşılamalıyıq. Əvvələn,  doğru olanı belə  müqayisələrlə daha  doğru tapa bilərik. İkincisi isə  subyektiv fikir söyləyən də  hamı kimi  bu  və ya digər belə hadisələrdən  sarsılmamış deyil. Onların “ Baş vermiş faciə niyə baş verib”,   “Filan məsələ  belə olsaydı”, elə olsaydı”   kimi  gümanları, sübut etmirmi ki,   onlar da yanır, istəyirlər ki,  kaş hər şey onların dediyi kimi   baş vermiş olaydı, təki, bu hadisə baş verməyə idi.  Təəssüf ki, artıq hadisə baş vermişdi.Təəssüf ki,  eyni ampluada olmasa da,  eyni sarsıntı törən hadisələrin  ardı davam etməkdədir.

Biz müxtəlif informasiya vasitələrində  bu hadisələrlə bağlı  çoxlu sayda xəbərlər  izlədik, müxtəlif kateqoriyadan olan insanların fikirləri ilə tanış olduq. Təbii ki,  bütün bunlara  biganə qala bilməzdik,   və  qalmadıq da. Yazdıqlarımıza özümüzün də  həyati müşahidələrimizə rəğmən  gəldiymiz qənaətləri əlavə edib sizə təqdim edirik.  Bizim söylədiklərimiz də, yazdıqlarımız da, sadəcə, subyektiv fikirlərdir.

Xatırlanması nə qədər  acı olsa da,   belə hadisələrin üstündən adlayıb keçmək, məncə, doğru olmaz. Müzakirə etmək lazımdır, daha çox insanı belə müzakirələrə cəlb etmək lazımdır. Maarifləndirilmə yolu ilə  yanlış təsəvvürləri sağlam məcraya yönəltmək  mümkündür və buna istər hökumət təşkilatları, istər qeyri-hökumət təşkilatları, istərsə ağbirçək və ağsaqqallarımız, eləcə də  görkəmli şəxsiyyətlər təşəbbüslər göstərməlidirlər.

 

İndi  birlikdə  diqqət edək, görək son faciə ilə bağlı   cəmiyyətdə münasibət necədir:

Jalə:

-Onlar xosbəxt oldular. Nəhayət, qovusdular. Ailələri isə, əksinə, bədbəxt oldu. Başa düşürlərsə, vicdan əzabı ilə yaşayacaqlar.

Tənha:

– Bunların ölməyində valideynlərinin günahı böyükdür.

Oxucu :

– Allah rəhmət etsin. “Basqa yerdə görüşəydilər”,- deyənlər cox olacaq. Amma bu da belə bir olumdu. Deməli, ölüm ikisinin də bir gündə yazılıb alnına və ora secilib. Heç kimsə bilə bilməz ölümün vaxtını, yerini və necə olacağını.

Güllü :

-YazIqlar. Bilmirlər harda görüşsünlər ki, agıza-dilə düşməsinlər. Allah rəhmət etsin.

Gülarə:

– Ayıbdır, bilmədiyinizi yazmayın. Qız təmiz , mələk kimi bir giz idi.

Həmyə Kazımova:

-Dedi-qodu, pıçhapıç öldürəcək insanları. Sanki heç kim sevmir, yaxud, sevilmir. Məsum duygulardan, ülvi hisslərdən bu qədərmi bixəbərdir hamı!? Çox təəssüf, çooox.”

İradə:

-Birincisi , Allah rəhmət etsin. İkincisi də, mələk kimi bir qızın qarajda maşının içində nə işi var? Allah dogurdan da yaxşınl bilir.

Baloglan:

– Boş-boş danışmayın. Tanımırsınız –eləmirsiniz. Kənan mənim ən yaxın dostum idi. Sadəcə, hec kimin görməməsi üçün ora giriblər. Hərə özüylə ölçməsin.

İradə:

-Mənim ən çox oglanın yox, qızın anasına yazığım gəlir. İndiki qızlarla anaları bacara bilmirlər…

İli :

– Qarajda, öz də maşının icində. “Nə olsun?” deyənlər sizin yaşınız, yəqin ki, cox azdır. Gedin kitab oxuyun, belə xəbərləri yox.

Virus:

-Sizin oxudugunuz kitablarda pozitiv deyilən bir şey varmi? Məqalədə yazıılıb ki, guya pulu olmayib, ona görə də qaçırmaq yoluna üz tutub, guya gətirib oz evinə, evlərində isə onları qəbul etməyiblər. Fikirləşiblər ki, bir yer tapıb axşamlasınlar və qarajı seçiblər …

Hava isti, kondisioneri işə salıblar… Yanacaq bitib və ölüm onları burda haqlayıb…İkincisi, oğlan onu qaçırırsa (hətta öz ailəsi də narazı olan halda), deməli, artıq qıza həyat yoldaşı kimi baxır…Ondan sonra artıq özləri bilər, harda necə… Seksdən başqa aqlınıza hec ne gəlmir? Yeri gəlmişkən, mən heç birini tanımıram…

Laz:

– Allah ailələrinə səbir versin. Səhv tək onların deyil. Birinci növbədə, cahillik, ikinci növbədə isə valideyinlərin nəzarətsizliyidir. Övlad gərək valideynlə səmimi olsun, bu şəraiti də valideyn özü yaratmalıdır : ovladı ilə arasında dost münasibəti olmalıdır.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı