Müzakirə

Fərqli yanaşmalar, fərqli baxışlar olsa da, bu izləyicilərin heç birində bu gənclərə kin yoxdur. Bir ata-anaın övladlarına deyə bildiyi sözlərdir. Bu sözlərin  qaynar həyat meydanına atılmaqda olan hər bir gənc üçün faydası ola bilər.

  Məktəbyaşlı uşaqlar arasında ana olanların, eləcə də   abort etdirilmiş qızların statiskaları barədə məlumatlar  hamını, hər kəsi düçündürməlidir.  Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilib, fəqət, istisna halları da mövcuddur.   Bu  istisnalar  sui-istifadə yaratmamalı,   2011 doğum halı  istisna səbəbi ilə ört-basdır edilməməlidir.   Azyaşlı qadın cəmiyyətə hansı  keyfiyyətdə  nəsil bəxş edəcək.  Onların nə   fizionomiyası, nə də  mənəviyyatı  ana olmağa hazır olmur.   Yaxşı mənada da  heç bir sanballı ailə özünə 15-17 yaşlı  gəlin  gətirməyə qol qoymaz.  Hamı istəyər ki, gəlini müəyyən həyat təcrübəsinə malik olsun. Oxumuş olsun,  gəlin gələnə qədər  bir evin, bir ailənin  qayğılarının öhdəsindən gəlmək üçün müəyyən təcrübəyə malik olsun. Təxmin etmək olar ki, statistik məlumatda qeyd edilmiş 2011 ana yeni ailəyə, yeni mühitə  daxil olanda bunların heç birini bacarmayıb. 

Belə olanda da həmin gənc anaların günü  çox keçmir ki,  qayınanasımı, baldılarımı, ərimi tərəfindən göy əskiyə bükülür. Axı bu  gəlin özü uşaqdır.  Səhər tezdən oyanıb qayınatasına/qayınanasına  demirəm hələ, ərinə çay qoyacaqmı, onu işə yola salacaqmı?  Yoxsa, televiziya aparıcısı  Aytən Səfərova kimi deyəcək ki,  evlənəndən sonra kişilər primitiv işləri görmürlər.  Çay qaynatmaq   və yaxud 1 stəkan çay sümək  əlavə  güc? Hələ  ərlər yeyib-içib masanın üzərində qoyub gedirlər. Bir fincanı suyun altına qoymaq problemdir? Qadın quldur? Bəs onda qadın nə üçündür, təkcə  fizioloji ehtiyacı ödəməyə görəmi?  Bu ehtiyac, sadəcə, daha ülvi arzuları gerçəkləşdirmək, nəsil xəttini davam etdirmək üçün  bir vasitədir.  Amma, görünür bizdə   çox evliliklər şahə qalxmış fantaziyaların təkidi ilə  qurulur. Belə evliliklərin çoxu  həm də ata-anaların xeyir-duası ilə deyil, sadəcə, hüquqi məsuliyyətdən yaxa qurtarmaq üçün  rəsmiləşir.  Uşaqları  həbs edilməsin deyə, toy edilir, 1-2 il sonar isə nikahı pozurlar. Belə deyilsə,  kimsə onları zorla evləndirməmişdi ki, özləri sevib, özləri də qərar qəbul ediblər. Özü də belə hallar getdikcə intevsivləşməkdədir.

Nəsə düşünməliyik,  müəyyən yozumlarla  problemi adiəşdirməliyik.  Belə meyillərin etiologiyasına   çox ciddi  nüfuz etməliyik.   Ailələrdən, uşaq bağçalarından, məktəblərdən  başlamış univesitetlərə, daha sonra isə iş yerlərinə qədər  şəxsiyyətin formalaşdırılması, mənəvi tərbiyə  məsələlərini  aktuallaşdırmalıyıq. İdeoloji  işlərimizi canlandırmalıyıq. Həm də bu işlər  sistemli olmalıdır. Bu fəaliyyətlərlə olan təşkilatlar rasında kordinasiya olmalıdır, aralarında varislik olmalıdır. Uşaqların  maraqlarını  təmin edəcək  bütün işıər

görülməlidir. Onlar asudə vaxtlarında məzmunlu, həm də ictimai məzmunlu hansı bir fəaliyyətləsə məşğul olsunlar. Hər kəs qabiliyyət və bacarığına görə motivasiya etdiyi  karyeranı qura bilsin.  İdman yarışları, sərgilər mədəni-kütləvi  bir çox tədbirlər  belə məşğuliyyət ola bilər. Belə yerlərdə gənclərin bir-birlərini kəşf etməyəi mkanları da olacaq.  Kim deyir ki, gənclər sevməsin.   İndi  tamam başqa  sivilizasiyadır, ictima quruluş da dəyişilib, şüurlar da.  Bu gün  12-13 yaşlı uşağın  kompüter texnologiyalarındakı   bacarığı  bizim gənclik illərinin yetkin  insanlarından daha çox   və daha innovativdir.  Onları  “TikTok”dan,   reytinq  üçün erotik görüntülər və erotik reklamlar paylaşan  tanışlıq  saytları və  proqramlardan  ictimai məzmunlu həyata cəlb etmək üçün   kütləvi tədbirlər,  özü də yeniyetmə və gənclərin öz sssenariləri və iştirakı ilə düzənlənən tədbirlər çox məqsədyönlü ola bilər.

  Müşahidələr onu da  deməyə əsas verir  ki, gənclərimiz sevginin mahiyyətini, həyatımızdakı yerini doğru müəyyən edə bilmirlər, hələ qədərincə, ailə, uşaq qarşısında məsuliyyət və borc cavabdehliyinə malik deyillər. Çünki ailə  onlar övladlarının uşaqlıq dönəmindəki yaş və psixoloji  xüsusiyyətlərinin fərqində olmayıblar.  Türk mətbuatında bununla bağlı maraqlı bir     psixoloq söhbətinə rast gəldim. Valideynlər  uşaqlarında müşahidə etdikləri  cinsi yetişkənliklə bağlı  psixoloqa  müraciət edrlər. Eynilə bizim həyata da aiddir:

1.    11 yaşlı qızım var.1 ay  olar ki,   bizim xəbərimiz olmadan internetdə öpüşmə səhnələrinə baxıb. Bunu yeni  başa düşmüşük. Soruşduqda, əvvəl baxmadığını desə də,  bir neçə saat sonra ağlayaraq dedi ki,  belə  səhnələrə baxır və ona baxandan sonra özünə əsəbiləşir. 

Cavab: Əgər ailəsi uşağa cinsi inkişaf məlumatı verməsə, o, bunu başqalarından öyrənəcək, həm də bir qədər də  səviyyədən çıxmış şəkildə. Odur ki, uşağınıza cinsi məlumatı yaşına uyğun  formada çatdırmaq haqqında düşünün.  Bu barədə  bir çox saytlarda tövsiyəlr  var, ümid edirəm ki, faydalı olar.

2.    Oğlumun 13 yaşı var.Baxdım ki,  hardansa ələ keçirdiyi qadın alt paltarını qoxulayaraq masturbasiya edir.Nə edim? Bu, muvəqqəti prosesdir,  yoxsa pozğunluq?

 Bu yaşda bir qız anası da eyni nigarançılığı keçirir:

13 yaşında qızım var. Bizimlə hər şeyi paylaşan, lakin üsyankar davranışlar sərgiləyən uşaq. İnternetdə izlədiyi musiqi qrupu (BTS) onu çox təsirləndirir. Bu qrup son illərdə məşhurlaşan gey kişilərdən ibarətdir. Qızım bu cinsi üstünlüklərin normal olduğunu mübahisə etməyə başladı. Biz onun müxtəlif cinsi seçimlərə (homoseksuallıq) keçəcəyindən narahatıq.

 Cavab: Valideynlər uşaqlıqda müşahidə olunan masturbasiyaya qarşı diqqətli olmalıdırlar. Kiçik uşaqlar həzz obyekti olaraq cinsi bölgələrinə toxunaraq həzz ala bilərlər. Ana-ata bu məsələyə sakit, təzyiq etmədən yanaşmalıdır. Uşağın maraqlarını başqa istiqamətlərə yönəltmək məqsədəuyğundur.

4.Salam. 3 ay əvvəl 14 yaşıma girdim . Amma 13 yasımda cinsi istək baxımından daha aktiv idim , indi isə o qədər deyil. Bildiyim odur ki, yaş artdıqca cinsi istək də artır.Səbəb nə ola bilər və psixolojidir?

Cavab: Maraqlar və hobbilər özünü ifadə etmək vasitəsidir. O, həmçinin idman, hobbi, dərslərdə uğur və ya imtahan performansı vasitəsilə özünü ifadə etmək üçün bir vasitədir. Cinsi hisslərin azalması yox, insanın özünü ifadə etmək üçün inkişaf etdirdiyi başqa hiss və düşüncələrə çevrilməsi təbiidir.

5. Mənim oglumun 6 yaşı  var.  Deyr ki,  mən qız görəndə bir cürə oluram. Hər zaman seksuallıqdan danışır , yuxusunda da belə şeylər  gördüyünü deyir.Yuxuda çılpaq qızlar görüb oyananda  da ilk dediyi  belə təsvirlər olur.Bu yaşda  cinsiyyət orqanının böyüməsi normaldırmı?Nə etməliyəm?

 Cavab: Uşaqlar gördüklərini və eşitdiklərini təkrarlayaraq öyrənirlər. Nə demək istədiyini bilmədən televiziyada və ya sosial şəbəkədə baxdıqlarını deyirlər. Dediyiniz məlumatı haradan və kimdən eşitdiyinizi hirslənmədən, qorxutmadan sakitcə soruşun. Uşağınızı sizə qeyd etdiyiniz şeyləri öyrədən mühitdən uzaq tutun. 6 yaşlı uşağınızla çox vaxt keçirin, birlikdə oyunlar oynayın, rəngləyin və cizgilər çəkin. Onun marağını başqa istiqamətlərə yönəltsəniz, faydalı olar.

Bəli, uşaqların sağlam cinsi şəxsiyyətə sahib olması üçün valideynlər  onlara cinsi inkişaf dövründə  yaşlarına uyğun olara məlumat verməli, onların fiziki inkişaflarındakı dəyişikliklərdən xəbərdar olmalıdır. Bu, uşaq və yeniyetmələrdə cinsi inkişaf dövrlərinin sağlam idarə edilməsi,  öz şəxsiyyətlərini qəbul etmələri və fiziki dəyişikliklərə hazır olmaları üçün vacibdir.

 Bütün bunların ədəb-ərkana uyğun şəkildəçatdırılması üçün psixoloqların  məsləhəti ilə addım atılmalıdır. Hər doğru yanaşma, hər  sevgi dolu yanaşma  övladlarınızın gələcək həyatdakı uğuru  deməkdir.Tanıyıb-tanımamağımızdan asılı olmayaraq harada bir ağıllı və gözəl qızımız ağıllı və gözəl oğlanımızı sevirsə, özü də gələcək xoşbəxtliyinə addım-addım, təmkinlə, ağılla addımlayırsa, niyə dua etməyək, niyə bütün gəncləri belə görməyə can atmayaq?

Mən hansısa bir ata-ananın öz övladının səadətinə qarşı olacağına inanmıram, inanmaram da.Biz dünyaya elə göz açmışıq ki, nə səadət hazır kökə  kimi  sağımızı-solumuzu bürümüşdü, nə də xeyli yaşa dolub kamilləşəndən sonra arzulamadıq da ki, kaş bir insanın bəxtəvərliyi üçün nə lazımdır hamısını birdən əldə etmək qüdrətimiz olaydı.

Yaşaya-yaşaya, mübarizə apara-apara, həm də birlikdə, həyatımızı təmin etdik. Mənim dədəm-babam belə yaşamayıb: mən həyatı onlardan bir qədər fərqli keyfiyyətdə qurdum, indi iki oğlum da mənə nisbətən fərqli qurur. İnşallah, 5 nəvəm də öz atalarından fərqli quracaqlar. Axı biz təkcə öz həyatımızı yaşamırıq: valideynlərimizin, şəcərəmizin ailə karvanını zənginləşdiririk, irəli aparırıq. Yolun bir yarısında da karvanın ipini övladlrımıza verib, xatircəmliklə əzəli-əbədi məkanımıza üz tuturuq. Bu əminlik özü xoşbəxtlik deyilmi?

Bəxtiyar müəllimə Allah rəhmət etsin, gözəl deyib:

Çox ovlaqlar içində çox ovları ovladım,

Aşıb-daşan arzumu mən artıq cilovladım.

Mən atamı ötmüşəm, məni ötür övladım,

 Bu, belə də olmalı, axı, dünya fırlanır…

Yaradan, Yerin-Göyün Sahibi yaşamı elə nizamlayıb ki, ciddi bir təbii seçmə var, hər şey nizamlanır.  Bahar fəsli təbiətə, insana nə qədər əhəmiyyətlidirsə,   yağış da, qar da  o qədər əhəmiyyətlidir. Necə ki, ilin fəsilləri 4 yerə bölünüb. Yəni, insanın bütün həyatı ancaq şadlıqlardan ibarət ola bilməz. Maddi zənginlər belə davamlı xoşbəxtliyə sahib deyillər, əgər bu xoşbəxtliyi “dişiylə-dırnağıyla” qazanmayıbsa, bu xoşbəxtlik üçün nələri-nələri dəf etməli olmayıblarsa.

Heç belə xoşbəxliyin dadı-tamı da urvatlı ola bilməz. Bir insanın öz əli ilə əkib- becərdiyi ağacın barından daddığı ləzzət bazardan aldığı meyvənin ləzzətindən daha dadlı deyilmi?

Mənəvi həyatımız da belədir. Müşahidələr göstərir ki, qaynar həyat yaşayan, ömrü mübarizələrlə keçən insanlar sonrakı həyatlarında qarşlaşdlqları problemlərdən baş çıxara bilirlər, aradan qaldıra bilirlər. Ona görə də, insan taleyinə sahib çıxmağı bacarmalı, mübariz olmalıdır. Həyat yollarında qarşısına çıxan problemləri səbirlə, məntiqlə, ən başlıcası isə öz gücünə güvənərək həll etməyi bacarmalıdır.

 Yuxarıda   nümunə kimi   göstərdiyimiz  hadisələr, qarşıdurmalar, ölüm-itimlər də olmaya bilərdi: əgər tərəflər emosiya ilə deyil, ağılla, məntiqlə addım atsa idilər. Bir ata qəlbi qırılmazdı, bir ana  içində ömürlük ağı deməzdi.

Allah rəhmət etsin.Ürəyimn başı göynəyir. Hesab edirəm ki, bu və bu cür hadisələrdə gənclər özləri daha çox günahkarlardır. Sanki akselrasiya dövrüdür, gənclır cinsi meyilliyə  şirniklədirilməkdədir. Bir çox intihar hadisələrinin də  nüvəsində bu  meyillilik   olmamış deyil.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı