Sevmə məni, sevmə, nolar

Nostalji

Ruslan İslam Sevmə məni…

Ey sevdiyim,sevmə məni…

Sevmə,layiq deyiləm mən,

Gözlədin ki əyiləm mən,

Alçalam mən,söyüləm mən,

Sanırlar ki,dəliyəm mən,

Sənsiz onsuz ölüyəm mən.

Sevmə məni…

Mən sevərəm həm özümü,həm də səni.

Sevmə məni…

Sevmə canım,sevmə gözüm,

Öz səhvimdi,sevim özüm,

Elə bisöz söylədin ki,sıtallaşıb iki üzüm,

Gecə gündüz ağlamaqdan,

Ürəyimi dağlamaqdan,

Quruyubdu iki gözüm,

Həddi aşıb danışarsam,inan sənə çoxdu sözüm,

Amma ki,mən susuram.Yox taqətim,yoxdu dözüm.

Sevmə məni…

Nəyə lazım? Kiməm sənçün?

Dön bir soruş,kimsən mənçün?

Sevmə məni…Neyliyirsən?

Qoy hər gecə mən ağlayım,

Sənin adını gecələr yuxularda sayaqlayım,

Nakam eşqə bel bağlayım,

Güc-bəlayla topladığım şəkillərini saxlayım,

Gözyaşıyla islatdığım yastığımı qucaqlayım,

Sevmə məni…

Kim sevib ki,sən sevəsən?!

İstəyirəm həp güləsən,

Mən səninçün ağlayanda gözyaşımı sən siləsən,

Gülüb “Dəli” söyləyəsən,

“Döndüm,gəldim,buradayam”,

“Yanındayam mən ” deyəsən,

Mənim səni sevdiyimin azı qədər sən sevəsən,

Bütün bunlar xəyal,arzu,istəyimdi yar biləsən,

Bilirəm boş ümidlərdi,bir ümid ki,gəl-görəsən…

Sevmə məni…

Axı nəyinə lazımam?

Sən bilmirsən,mən onsuz da yalnızlıqlar adamıyam.

Öyrəşmişəm gedənlərə,

Güvənmirəm sevənlərə,

Sən də sevmə məni nolar?!

Get deyirsən…

Elə içdən söyləyirsən…

Tərkedilib gedişlərə artıq öyrəşmiş kimisən,

Əziyyətlərdən ürəyi lap keyimiş kimisən,

Sən MƏN olsan neyləyərsən?

De! Kimə,nə söyləyərsən?

Hərgün biraz böyüyərsən,

Hava qara,axşam olar,fikirləşərsən,ölərsən,

Sabah olar,dan sökülər,Yenə qalxıb dirilərsən…

Sevmə məni,qocayam mən,

Sevmə,sanma ucayam mən,

Yaraşmıram inan sənə,

Məsləhət də verim sənə.

Sevmə məni…

Etdiyin hər hərəkətlə güllə keçir ürəyimə,

Axı lazımam nəyinə?

Düz edirsən,sevmə məni…

Ver işgəncə,ver əziyyəti,

İtir azca saxladığın o izzəti,o hörməti,

Kənardan bax bu oğlana,

Yoxdur bircə məharəti,

Şeir dolu vərəqləri,Gözyaşıdı qıraqları,

Sevmə,heçnə deyəmmərəm,

Allah şahid,Cahan şahid,

Sənə sevən ürəyimdən başqa heçnə verəmmərəm.

Düz edirsən,

sevmə məni…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı