Əxlaq və mənəviyyat

Evlilik, çox ucları olan  əlaqələr toplusudur. Bu topluda yalnız ərlə olan əlaqələr deyil, eyni zamanda ailələrin digər üzvlərinin də əlaqəsi, kürəkənin və ya gəlinin baldız, qayınla, baba-nənə, xala-bibi, dayı-əmi və s. yaxınların əlaqə və münasibətləri də yer alır, həm də bu münasibətlərin hər biri bu bağlılıqda mühümdür. Digər tərəfdən, tərəflərin bir-birlərinin ailəsiylə olan əlaqələri  də buraya daxildir. Bütün bu əlaqələr yumağında, gəlinlərin qayınana, baldız və eltiləri ilə qarşılaşması zaman-zaman söhbət mövzusu olmaqda davam edir. Maraqlııdr ki, bütün hallarda tərəflər ancaq qadınlardır. Niyə? Çoxlu amillər səbəb ola bilər. Mütləq uyğunlaşmağın doğru yolu tapılmalıdır.Kürəkənlər bu qədər ciddi-cəhdlə meydanda olmurlar. Amma qayınanalarının qızlarının ərlərinə böyük bir rəğbətləri olar, amma ciddi problemlər olarsa, gözlər görməsin.

Artıq neçə yazıdır ki, biz bu mövzudan bəhs edirik. Problemin tarixi isə daha keçmiş zamanlardan başlayıb və indi də davam edir. Hər zaman bu mövzuda fikirlər söylənilmiş, münasibət bildirilmiş, həlli yolları göstərilmişdir. Fəqət, məsələyə nöqtə qoymaq olmur. Bəlkə də 3-5 hadisə olsa idi, təbii sayıb üstündən keçmək olardı. Amma bu məsələ lap çoxdan kütləviləşib, ümumiləşib və gözəl həyatla bağlı düşüncələrimizi, yolumuzu haçalamaqda davam edir, hələ göz yaşları da gətirir. Bəs nə etməli?

Analar bütün hallarda daha təcrübəli və haqlıdırlar. Analar heş vaxt səhv etmirlər. Analar övladlarını xoşbəxt etmək üçün göydən hər birimiz üçün endirilmiş mələklərdir. Mələk deyəndə adamın düşüncələrində gözəl, bəxtəvər, dərdsiz-sərsiz bir incə xilqət canlanır. Amma bu yerdə çox fərqlidir: analar dünyanın ən əzabkeşi, cəfakeşidir, özü də bu, düşünülmüş şəkildə, sistemli şəkildə həyat boyu davam edir. Lap hələ evli olmadıqlarında gəlin öz evlərində, bəy də öz ata evində analrının nə qədərtəcrübəli və ədalətli olduğunu görüblər. Bu səbəbdən qayınana gəlinə hər nə öyrədirsə, gəlin bundan əndişələnməməli, əksinə, qayınanasına olan mehrini bir az da artırmalıdır. Amma gəlin qayınananın gördüyü bir işi bəyənməyib sonra özü onu edirsə, bu, hörmətsizlikdir, qayınanaya  etimadsızlıqdır.   Yaxud da gəlin tez yatıb-gec durursa, çox açıq-saçıq geyinirsə, bunlar da , ziddiyyət yaradcaq.  Axı sənin qayınanan  qayınana-qayınata yanında belə  geyinməyib, belə etməyib.  Guya onlar  geridəqalmışlardır? Yox, ay gəlin. Birinci xanım Analarımızdır, sizin də ananız bu  hörmətdədir. Siz gəlin olaraq bu ölçünü qəbul etsəniz və hər işi qayınananıza məsləhətləşərək etsəniz, bir sözlə, 1-ci xanımla razılaşdıraraq etsəniz, o ana sizi gözü üstə saxlayacaq, onun oğlu da sizi belə saxlayacaq.

Və vxt gələcək ki, inşallah, siz də bir evin beləcə birinci xanımı olacaqsınız, amma özünüz birinci xanıma necə qayğı bəsləmisiniz, sizə də belə münasibət bəsləyəcəklər.

Hər bir valideyn istəyər ki, oğlu ailəcanlı olsun, xanımı ilə  səmimi olsun, birlikdə öz həyatlarını yaşasınlar.  Elə zənn etməyin ki, qayınata-qayınanalar öz dövrləri ilə indiki dövrün fərqliliklərini görmür,   birmənalı olaraq  görür, amma gəlin də görməlidir.  Əgər istəyrsinizsə, niyyətləriniz  gerçəkolsun, bunun yolunu tapmaq lazımdır.  Gəlin öz arzu və istəklərinə evin birinci xanımının istəklərindən keçib getməlidir. Belə də qaynana da haqqının qəbul edildiyini və dəyərləndirildiyini görüb mehrini bir az artıracaq. Olsun ki, qayınanaların hansındasa, bir az aqressivlik var, bunu anlayışlı qəbul etməlisiniz. 25-30 il əvvəl ailələr vardı 10 uşaq var idi.Yazıqlqrın heç vədə sərbəst vaxtları olmurdu – hər zaman işləyirdilər. O vaxtlar pampers yox, kolyaska yox, qaz yox, paltaryuyan maşın yox idi.Ana bu qədər uşağı bəsləməli idi. Əlbəttə ki, onun əlləri, ayaq dabanları cadar-cadar olacaq idi. Amma onun gəlini çox bəzək-düzək alüdəçisi olacaqsa, işi-gücü bu olacaqsa, analar qıcıqlanacaq, əlbəttə. Bu, nümayişkaranə olmamalıdır, çox ağbədiyə olmamalıdır. Sənin qayınanan da bunları edə bilərdi, amma o, hər şeyi ailəsi, əri yolunda qurban deyib. Sən də 1 –ci bunu etməlisən. Qayınanana , nisbətən, sənin vaxtında bunlar çox asanlaşıb. Et, sonra kimsənin bilməyəcəyi , müşahidə etməyəcəyi şəkildə bəzən-düzən. Səbirli olmaq, etimad mühiti yaratmaq lazımdır. Ana istəməz ki, oğlunun yanında gəzəcək, yatağına girəcək baş yoldaşından kələm iyi gəlsin. Nə yaxşı olar ki, qayınana desin ki, ay gəlin , belə elə, elə elə.

Eləcə də, baldızınız, eltiniz varsa, onlarla da səmimi münasibətdə olun. Özünüz düz olun, sevginizi paylaşmaqda olun, anlamayacaq olsa, ola bilməz ki, bu damın altda adil olmayan kimsə olmamış olsun; o, hər şeyi yoluna qoyacaq. Ən son halda isə Allah özü sizin yolunuza işıq tutacaq.

P.S : Yazımızı Sevimli şairimiz Cabir  Novruzun  bir şeiri ilə yekunlaşdırırıq. Görkəmli şairimizin  həyat yoldaşı ilə  anası — gəlin-qaynana  eyni qəbiristanda da yan-yana uyuyurlar.  Allah rəhmət etsin. Bunlar mehriban olmasaydılar, yanaşı uyuyabilməzdilər:

Yan-yana uyuyur gəlin-qaynana,

Biri ömür dostum, biri yoldaşım…

Torpaq onları da aldı qoynuna,

Əyildi qamətim, ağardı başım…

*****

İkisi bir ildə getdi dünyadan,

Birdən hər ikisi xəyala döndü…

Getdi iki əziz müqəddəs insan,

Ömrümün iki gur ulduzu söndü…

*****

Deyirlər ev evə sığışar inan,

Sığışmaz bir evə qaynana, gəlin.

Deyirlər onların başdan-binadan,

Torpağı bir yerdən götürülməyib…

*****

Bəşəri bir dərddir gəlin, qaynana,

Necə mənasını açım mən onun?

Eh, kimlər düşməyib onun oynuna,

Yurdlar viran qalıb hökmündən onun…

*****

Qızlar olublar ki, günahsız, təmiz,

Yad evə köçdümü kinə dönüblər…

Analar nə qədər ki, anadır əziz,

Qaynana oldumu cinə miniblər…

*****

Yan-yana uyuyur gəlin-qaynana,

Onlar həyatda da yan-yana oldu…

Yan-yana uyuyur yoldaşım-anam,

Onlar həyatda da mehriban oldu…

*****

Otuz il bir evdə yatıb-durdular,

Otuz il bir yerdə çörək yedilər…

Nə bir-birindən incik oldular,

Nə bir-birinə yaman dedilər…

*****

Nə bir yol sözləşib savaşdı onlar,

Nə aralarında sərinlik oldu…

Görənlər dedilər min yaşasınlar,

Bax, bu qaynanalıq, gəlinlik oldu…

*****

Torpaq onları da aldı qoynuna,

Uçdular, getdilər bir yuxu kimi.

Yenə yan-yanadır gəlin, qaynana,

Bir vaxt torpaq üstə olduğu kimi…

Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı