Bayraqları bayraq edən bir də  onu saxlayan oğullardır – Natiq Qasımov

Vətən sərhəddən başlayır

Bayraq deyəndə ilk olaraq onun etimoloji mənası gəlir: Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən dördbucaqlı şəklində olan lövhə və ya parça. Bayraqlar ilk illərdə yalnız siqnallaşma üçün istifadə edilmişdir.

Ölkələrin özlərinə bayraq təyin etməsi isə, Orta əsrlərin əvvəllərində döyüşlərdə tərəflərin bir-birlərini ayırd edə bilmələri üçün yaranmışdır

Bayraqdakı hər bir rəng və simvol xüsusi məna daşıyır.

Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri də onun dövlət bayrağıdır. Bayrağımız Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Azərbaycan bayrağının rənglərinin mənası

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.

Qırmızı fonda aypara və səkkizguşəli ulduz təsviri verilmişdir. Tarixçilərin fikrincə, üçrəngli bayraq Xalq Cümhuriyyəti tərəfindən dövlət bayrağı kimi qəbul edilərkən rənglərin nə demək olduğu açıqlansa da, aypara və səkkizguşəli ulduzun mənaları izah olunmayıb. Bayraqdakı aypara və səkkizguşəli ulduzun mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Səkkizguşəli ulduz və ayparanın təsviri

Aypara bir vaxtlar Bizans İmperiyasının paytaxtı Konstantinopolun gerbi olub. 1453-cü ildə türklər bu şəhəri ələ keçirdikdən sonra bu gerb Osmanlı İmperiyası tərəfindən İslam dininin simvolu kimi qəbul edilmiş və bu rəmz digər müsəlman xalqlara da ötürülmüşdür. Bayraqdakı aypara türk xalqının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə, bu, “Azərbaycan” sözünün əski əlifba ilə yazılması yolu ilə bağlıdır. İş o yerə çatıb ki, “Azərbaycan” sözü köhnə əlifbada səkkiz hərflə yazılıb. Başqa bir fikrə görə, səkkizguşəli ulduzun tarixdəki mənası belə izah edilir: Türklük, İslam, Müasirlik, Statizm, Demokratizm, Bərabərlik, Azərbaycançılıq və Sivilizasiya.

Azərbaycan bayrağındakı ulduzla bağlı başqa bir fikir ondan ibarətdir ki, Azərbaycan memarlığında geniş istifadə olunan səkkizguşəli ulduz səkkiz türk xalqının simvoludur. Bunlar, sadəcə, internet məlumatlarıdır və özündə bayrağın ilkin anlayışını ehtiva edir.

Bir də var bayrağın yaratdığı emosional  təbəddülat. Düşünürəm ki, böyük Türk şairi Arif Nihat Asyanın indi təqdim edəcəyimiz   “Bayraksız olamam” şeiri  bayraqla bağlı insan duyğularını əks etdirən ən gözəl nümumələrdən biridir:

Bir çocuksam
Kucaksız,
Oyuncaksız;

Bir delikanlıysam
Atsız,
Pusatsız
Olabilirim

Bayraksız olamam!

Taşıp yirmi yaş dileklerinden
Ufuk ufuk süzülen
Bir gemiyim ben
Rüzgârsız kalabilirim,
Yelkensiz olabilirim
Bayraksız olamam!
Eşsizsem, yalnızsam;
Kısmetini bekleyen bir genç kızsam
Ve gelirse, eğer mutlu günüm
Yapılırsa bir gün düğünüm
Telsiz, duvaksız olabilirim
Bayraksız olamam!

-İster erkek, ister kadın-
Çocuğuyum bu vatanın
Ve gazada can borcuyum
Susuz olabilirim,
Uykusuz olabilirim,
Bayraksız olamam!

Ölürsem taşım, yazım
Kaygı olmasın yakınlarıma
Bir şey istemem,
Yeter ki ay doğsun mezarıma!
Taşsız olabilirim;
Yazısız kalabilirim;
Bayraksız olamam!

Konaksız, saraysız;
Evsiz, yuvasız, köysüz
Kalabilirim
Sevdiklerim gidebilir,
Sevenlerim ihanet edebilir
Her şeysiz kalabilirim, her şeysiz olabilirim
Bayraksız olamam,
Bayraksız olamam!

Bizans önlerinde bir yeniçeri
Kılıç tutar, bayrak tutar eli
“Bu kimdir?” diye sorarsan
Benim:
Ulubatlı Hasan
Benim
Elim kesilebilir,
Ayağım eksilebilir
Ve oklar delebilir, ateşler eriyip
Yakabilir beni
Kollarım kanatlarım bir bir
Bırakabilir beni

Kolsuz olabilirim,
Kanatsız olabilirim;
Bayraksız olamam;
Bayraksız olamam!

 Bu gün noyabr ayının 22-dir. 9 noyabr  Dövlət Bayrağı Günündən 13 gün keçir.  Amma bayrağımız  ömrümüzün hər anında  müqəddəsdir .  Dövlət Bayrağı Günü ərəfəsində  bir çox informasiya vasitəsində  Birinci Qarabağ müharibəsinin qəhrəmanı,  həmin müharibəd itkin düşmüş Natiq Səlim oğlu Qasimovun  bir şəkli paylaşılmışdı.   Düşmənə əsirdüşmüş  qəhrəmanız quduz düşmənlərin əhatəsində belə, üçrəngli bayrağı  yerə qoymamışdır.

…1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

Xocalı köçkünü, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfərin dedikləri:

“Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Ermənilər də onun orda tək vuruşduğuna inanmırlarmış, elə bilirlərmiş ki, bir rota döyüşür. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik.

Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki, ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hisdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı, çünki ermənilər sağ təslim olmasını istəyirdilər.  Razı olmadı ki, xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi. Bayrağı əlindən almaq istəsələr də, vermədi. Həmin vaxt bizi müşayiət edən rus jurnalistlər Natiqin şəklini çəkdilər. Düşmənlərin içinə əlində Azərbaycan bayrağı ilə gedirdi”.

Əsir düşdükdən sonra onun haqqında məlumat almaq mümkün olmur.

2019-cu ildə, Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan “ASASmedya” Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı olub. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi 31 il ərzində Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədib.

Lakin bu yaxınlarda Britaniyada Natiq haqqında çəkilmiş bir sənədli filmdə onun düşmənlər tərəfindən dindirildikdən sonra parça-parça doğranması haqqında ehtimallar səsləndirilib. Ermənilər isə Natiqin sadəcə yoxa çıxdığını qeyd ediblər.

Filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.

Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən general Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib: “Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur”.

Natiqin özü gəlməsə də, xəbəri nəhayət gəlib çıxıb. Bu dünyada ölümdən də ağır şey itkin düşən, amansız, vəhşi düşmən əlində əsir olan bala yolu gözləməkdir. Natiqin anasının, doğmalarının bu illər ərzində nələr çəkdiyini söyləməyə sözün qüdrəti çatmaz.

Dursun ana oğlunun əsirlikdəki son şəkillərini görərkən göz yaşlarını tuta bilmir, layla çalırmış kimi göz yaşları içində şəkillərlə danışır

“Can ay bala, neçə gün ac qaldın, neçə gün o paltar əynindən çıxmadı, nə zülmlər çəkdin ay bala? Bu nə qismət idi sən yaşadın, kaş orda olaydım, pərvanə kimi başına dolanaydım…”

30 il ərzində hər gün ürəyi atəş içində qovrulmuş ana yenə yanır, yenidən yanır.

Müharibədən heç kim sağ çıxmır. Qaliblərin də, məğlubların bir ömür boyu unudulmayacaq yaraları olur. Hər gün yenidən qanayan. Heç sağalmayan yaraları.

İnanıram ki,  torpağımız, bayrağımızı bu qədər müqəddəs bilən, uca tutan  Natiq Qasımov Ali Baş Komandanımız tərəfindən  dəyrlndiriləcək, növbəti Bayraq günündə biz onun haqqında  Azərbaycan Bayrağı  ordenli qəhrəmanımız kimi təqdim edəcəyik. Bu, bizim arzudur.

Böyük  Zəfərə imza atmış, üçrəngli bayrağımızı    Qarabağ səmasında  dalğalandırmız bütün əsgər və zabitlərimizə eşq olsun.

Qeyd: Yazı internet məlumatlarından istifadə edilməklə təqdim olunur.