Mövqe

Yeniyetməlik  uşaqlıqdan yetkinliyə doğru bir keçid dövrüdür.  Bu, çox məsuliyyətli bir dövrdür. Məhz bu dövrdə yeniyetmələrin həyatında həm fiziki, həm də psixoloji dəyişikliklərin baş verir. Onlarda  ictimai münasibətlər inkişaf edir, ətrafları ilə ünsiyyət qurmağa başlayırlar . və özləri təşəbbüslər edirlər. Onların kim olduqları, nə olmaq istədikləri, nəyi sevdikləri və ya bəyənmədikləri, ideoloji düşüncələri məhz bu dövrdə formalaşır.  Amma  formalaşmış düşüncələrin heç də hamısı udeal olmur.  Bu, bir çox təsirlərlə bağıdır.

Oksford və Kembric universitetlərinin tədqiqatçıları  bununla bağlı maraqlı  araşdırma aparmış və  bu qərara gəlmişlər ki, , yeniyetməlik dövründə sosial mediadan istifadənin fərdlərə böyük ölçüdə mənfi təsir göstərir. Bu məsələ ilə bağlı keçirilən eksperimentdə yalnız 10-15 yaşlı gənclər iştirak edib və  nəticə heç də yaxşı olmayıb.

Tədqiqatçıların müşahidələrinə  görə, təxmini sosial mediaya məruz qalma ilə həyat keyfiyyətini ölçən bir neçə fərqli əsas faktor (məktəb, həyat, görünüş, ailə və s.) arasında əlaqə var. Xüsusilə 10-15 yaş arası gənc qızlar sosial mediadan istifadə edərkən öz yaşlarında olan oğlanlara  nisbətən təsirə daha  çox məruz qalırlar. Bunun səbəbi  onların cəmiyyətdə gözəlliyin dərk edilməsi və özünü cəmiyyətə qəbul etdirməyə çalışmasıdır. Sosial medianın əks təsirləri bu yaşda olan uşaqların beyinlərinin struktur və inkişaf dəyişikliklərinə məruz qalması getdikcə daha da güclənir.

Oksford Universitetinin professoru Endryu Przybylskinin fikrincə,   “Sosial medianın yaxşı və ya pis olması deyil, gənclərin nə etdikləri, ondan nə üçün istifadə etdikləri və bu barədə necə hiss etdikləridir”. Valideynlər, müəllimlər uşaqların  sosial mediadan nə üçün istifadə etdiyini və müəyyən hadisələrə necə reaksiya verdiklərini həssaslıqla izləməlidirlər. Öz növbəsində kütləvi informasiya vasitələri  öz fəaliyyətlərini əyləncə psixologiyası üstündə deyil, əsl maarifçilik niyyətləri üzərində qurmalıdırlar. Təəssüflər olsun ki, sosial media pis nümunəl-ərlə doludur və  ümunələr onu izlətyənlərə yaxşı heç nə aşılaya bilməz.

​Dünya sivilizsiyası 20  əsr yola salsa da, bizim xalqa xas ailə dəyərləri  yarada bilməyib. Amma, deyəsən,  getdikcə, dəd-babalardan miras qalmış ailə institutunun  divarları  çatlar verməkdədir. 30-40 il bundan qabaq ( çəkdiyim nümunəyə görə də üzr istəyirəm) hamilə qadın deyəndə , dünyaya uşaq gətirəcək bir ana düşünülürdü. Onun fizionomiyası nə ağla gələrdi, nə göz önünə. Hamilə qadın ərindən başqa bütün kişilərdən gizlənərdi.Yayın istisində iki qışlıq paltar geyərdi ki, hamilə olmağı bilinməsin. İndi də elədirmi: çox sərbəst şəkildə şəhərə çıxır, ictimai nəqliyyatdan istifadə edir. Fikir verirsinizsə, saytlar, özəl telekanallar şou-proqramlarında kimlərinsə hamiləlik vəziyyətində olmasını gündəmə gətirirlər, şəklini nümayiş etdirirlər.

Srağagün “rahat yaşamaq  peşəsini tapmış”   modelyer İrina Şeykin  şəklini vermişdilər: hamiləlik şəklini. İrinanın həyatının əvvəlini və sonunu bilmirəm, marağımda da deyil, amma adını 5-6 ay olar eşitmişəm və bilmişəm ki o, futbolçu Ronaldo ilə, indi də Bradley Kuper adlı bir amerikalı aktyorla “dostluq” binasın qoyub. Ona görə yox ki, ürəyi kimi tutsa, dostluq edir, özü bilər, öz şəxsi həyatıdır: “Fransız xalqı kef edir.”

Ona görə ki, onun hamilə olması niyə dünyanı dolaşmalıdır? Bir adam səsin çıxarmır. Bizə bu xəbər, məlumat lazımdırmı? Hamilədir olsun da, mələk doğacaq, atası üzünü görmədiyi bir şəhiddir?

Hələ bir manşetə baxın: “Rihanna hamilədir – Gündəmi silkələyən iddia -”

Belə insanların macəralı həyatını təqdir etməkdə məqsəd nədir? Birdən Allah eləməmiş, bir də görərik ki, çoxları İrina Şeykin, Rihanna olmaq istəyir…(?)

Media Media hüququ hər bir jurnalistə, kütləvi informasiya vasitəsinə müxtəlif çeşiddə informasiya və məlumatları toplamaq, nəşr etmək, yaymaq fəaliyyətinə hüquqi əsas yaradır. İstər ölkə Konstitusiyası, istır Kütləvi İnformasiya Vasitələri Haqqında Qanun, istərsə də beynəlxalq normalar şəxsin özəl həyatına aid bilgilərin kütləvi informasiya vasitələrində yayılması qaydalarını nizamlayır. Həmin qaydalara əsasən şəxsin sosial statusuna görə kateqoriyaları fərqləndirilir. Siyasətçilər, ali vəzifəli şəxslər, məşhur alimlər, sənətçilər, ölkə- dünya səviyyəsibdə tanınan idmançıların özəl həyatı, sosial həyatı, sağlamlığı ilə bağlı məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırıla bilər. Yəni, Qanun bunu qadağan etmir. Bu, işin hüquqi tərəfidir və biz illərlə hüquqi dövlət arzulamışıq, söz azadlığı, şəxsiyyət azadlığı arzulamışıq. Biz bunların əleyhdarı deyilik. Amma arzu edirik ki, bu kimi bir çox məlumatlar xalqın, millətin dəyərlərinə mənfi təsir göstərməsin.

Bizim öz ailə konstutisiyamız, davranış, əxlaq mədəniyyətimiz olub, biz dədə-baba qaydalarını yaşatmalıyıq, Avropanın, dünyanın davranış sərbəstliyini yox. Dünya hansı inkişafa çatsa da, dünya qadınları hansı səviyyədə sərbəstlik əldə etsələr də, bu, bizə lazım deyil.

Bu kimi məlumatlar bizə lazımdırmı və yaxud İrina Şeykin, Rihannanın, eləcə də bu kimi “məşhurların” hamilə olması nədən maraq doğurmalıdır?   Və yaxud  son  günlər Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan Seyran Səxavət     mətbuatda  əcnəbilərlə nikaha daxil olan gənclərin sayının artmasına münasibt  bildirərkən bunun   olduqca normal olduğunu ifadə edib:

“Hər kəsin istədiyi şəxslə evlənmək haqqı var. Ailə qurmaq azaddır. Evləndiyin şəxsin öz ölkənin vətəndaşı, yaxud əcnəbi olmasının elə də fərqi yoxdur”.

 Heç cürə razılaşa bilmirəm. Yazıçı belə  belə fikir paylaşmamalıdır.  Allah peşmançılıq verməsin, məncə, başqa dinə , başqa xalqa mənsub tərəf müqabili ilə ailə qurmuş istər oğlan, istər qız  yanılır. Oğlan müəyyən qədər çııxış yolu tapır, qızlarımız isə əbədi iztirablara sürüklənir. Kaş olmayaydı, amma  çoxlu faktlar var.  Birini təqdim edim, baxın.

Bax: https://sputnik.az/20220129/ereb-seyxine-ere-getmis-azerbaycanli-atletin-usaqlari-elinden-alinir—foto-438645332.html

 Bu qızımız hələ bir qədər  üzdə olan qızdır, müəyyən statusları var, cəmiyyətə sığına bilər. Amma   sadəlövh  bir  qımız belə  burulğana düşsə, iraq-iraq, onun heçizi-tozu da qalmaz.

 Atalar deyib ki, kəndinin hürküt, keçəlindən yapış. Ola bilsin  baçqa cürə ifasə edilib.   Və yaxud  sürüdən ayrı düşmüş quzunu qurd yeyər.   İdeya aydındır.   Söhbət , həqiqətən,  başı keçəl olandan getmir.   Məna belə anlaşmalıdır ki, yəni,  hər kəs, hər ailə ruhən,  dərəcə baxımından   özünə uyğun  olan ailə ilə qohum olsa,  daha etibarlı və  daha  əmin-amanlıq olar.

  Problemin ən böyüyü  günbəgün artan sosial   media subyektlərinin aydın hədəflərinin olmamasıdır.  Bu hədəflər  ictimai maraqlardan daha çox onu idarə edənlərin reytinq maraqları üstündə davam etdirilir.

YouTube kanalında Ülvira Qarayevanın “Astar” verilişində aparıcı kimi tanınmış Səma Abıyeva   seks haqqında danışıb və qəribə fikirlər səsləndirib. söyləyib. O bildirib ki, Azərbaycanda seks problemdir.  Aparıcı xanımın fikrincə,    gənc ailələrin valideynlərlə bir evdə yaşaması onların rəngli seks həyatına maneədir.

 Guya  seksual tələbatın ödənməməsi  işdə, avtobusda və başqa ictimai yerlərdə aqressiv davranışlara səbəb olur.   Bu qədər  maraqlı,  rəngarəng həyatda  başqa mövzu yoxdurmu?   Gənclər rəngli seks həyatı yaşamaq üçün evlənirmi? Ona görə də pozulan nikahların sayı getdikcə artmaqdadır və bu artım   yeni  evlənənlər arasında daha intensivdir. İntim münasibətlər də    insan  həyatının bir  mərhəlsidir, amma əsası deyil. Heç kimin ata-anası əbədi deyil. Sllah gənclərə  bu səadəti  əta edir ki,  valideynli dünya yaşayırlar. Nə qədər bacarırsınız  bu gözəllikdən  istifadə edin.Nəin ki giley edəsiniz ki, valideynli evdə rəngli seks yaşamaq olmur.Rəngli seksi  serial  filmlərində cariyələr yaşayır. Ailə qadını, bir nəslin  qoruyucusu ilə özəl həyat örtülü, abırlı olmalıdır. Digər tərəfdən,  yeni ailə quranların bir müddət  ata-analarının/ qayınana vəqayınatalarının yanında yaşaması  onların qadın, ər kimi  formalaşması üçün çox önəmlidir. İndiki gəlinlərin çoxsu düzəməlli yemək bişirməyi, yeməyəqədərində  duz tökməyi bilmir. Yeni ailəyə gəlin gəlmiş   kimsə  qayınanasından  çox   mətləblər öyrənməidir.  Səma xanım da, Ülvira da  auditoriya xatirinə deyil,  cəmiyyətin hədəfləri xatirinə mövzu seçməli, müzakirə aparmalıdırlar. Təkcə onlar deyil, söz demək, fikir bildirmək haqqı olan hər bir yaradcl insan, qələm sahibi.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı