Hikmət bağçası/ Kəlamlar

İnsanı yüksəldən iki böyük xüsusiyyət vardır. Kişi cəsur, qadın namuslu olmalıdır.

Napoleon Banapart

Qadının himayəçisi onun şərəfidir.

Ovid

*****

Şərəf gözəllik sədəqəsidir.

Hz. Əli

*****

Başqasının namusunu oğurlayan  gec-tez öz namusunu da  itirər.

P. Syrus

*****

İtirilmiş pul bir şey deyil, amma itirilmiş şərəf çox şeydir.

Alfred Krupp

.*****

Bakirəlik elə bir çiçəkdir ki, toxunanda solur, göz yaşı ilə islananda belə canlanmır.

Hooper

*****

Şərəfli qadınların çoxu axtarılmadığı üçün toxunulmamış xəzinə kimidir.

La Rochefoucauld

*****

İnsanlar nə qədər vicdanlı olsalar, başqalarının namusundan şübhələnmək bir o qədər çətindir.

Siseron

*****

Şərəfini itirənlərin başqa itirəcək heç nəyi yoxdur.

*****

Həyat yoldaşlarının bir-birlərinə verə biləcəkləri ən əhəmiyyətli hədiyyə onlara etibarlarını hiss etdirmələridir. Bu həm də digər insana hörmət etməyin bir yoludur.

*****

Mən namusumu zədələməkdənsə, min dəfə ölməyi üstün tuturam

 Addison

Şərəf – o, sıldırım qayaları olan və çimərliyi olmayan adaya bənzəyir: bir dəfə oradan çıxsan,  bir daha içəri girə bilməzsən.

Boileau

*****

Milli şərəf milli sərvətin ən yüksək dəyəridir.

*****

Namusunu itirəndən sonra yaşamaqdan dəhşətli ölüm varmı?

*****

Bədəni zəngin edən insanın başının içidir.

*****

Günəş ən qara buludların arasından belə parladığı kimi, insan ləyaqəti də ən sadə paltarda belə parlayır.

Sekspir

*****

Dəyərli insan üçün namus canından önəmlidir.

*****

 Şərəf  fəzilətin barmağına taxdığı brilyant üzükdür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı