İntim həyat

Şərəf həyatdan əvvəl gəlir.

Çərkəz atalar sözü

Bakirəlik Azərbaycan ailəsi üçün  həm tibbi, həm dini, həm mənəvi baxımdan sərhəddir.  Yaşlı adamlar bu sərhədi tanıyıb  qəbul etsələr də,  yeni nəsil gənclər  tam başqa cürə düşünürlər.  Maraq üçün  saytlardan bu barədə sorğu və yazıları  incələdim.   Buyurun, ailə-əxlaq məcəlləmizin  atributlarından bəlkə də birincisi olan bakirəlik kimi  ən ilk addıma  gənclərimizin  münasibətləri ilə tanış olun:

 Şərhlərdən:

–   Bakirəlik önəmli deyil! Bu, fiziki və bioloji vəziyyətdir, yəni adi və normaldır.

Əsl əhəmiyyət kəsb edən odur ki, siz daim belə şeyləri gündəmə gətirirsiniz və bunlarla daim məşğul olan sizin  narahat  beyinlərinizdir.

Bilmirəm neçənci əsrə gəlib çatmışıq, Allah xatirinə, hələ də fikirləşdiyiniz bu işlərə bir baxın!

Gedin başqa bir şey üçün narahat olun və özünüzü xilas edin, ola bilər bəşəriyyətə fayda verərsiniz.

–  Bakirə olmayan qadın birlikdə olmağı planlaşdırdığı kişiyə əvvəlcədən bakirə olmadığını söyləməlidir.

–   Bakirə olsa belə, kişi öyrənmək istəyirsə, birlikdə olduğu kişiyə, həyatını paylaşacağı kişiyə bütün qəlbi və reallığı ilə əvvəllər olduğu münasibətləri deməlidir.

–   Neçə insanla oral seks həyata keçirmisiniz? Siz bunu etdiniz? Neçə insanla pis münasibət qurmusunuz? Sizi qadın kimi evə aparan kişinin bunları bilməsi lazım deyilmi?

–    Onsuz da bakirə olmayan qadınla evlənəndə işə gedən kişi necə rahat ola bilər?  Həmişə fikirləşəcək ki,  arvadım indi nə edir, kiminlədir… bunlar çətin şeylərdir.

Əgər bakirəliyə əhəmiyyət vermirsənsə, arvadınızın  kiminlə olmasının fərqi yoxdur.Eləcə də bakirə deyilsinizsə, kişinizin başqa qadınlarla olmasının fərqi yoxdur…

–  Kim təminat verə bilər ki, çox kişi ilə yatmış qadın bir kişinin cazibəsi altına düşüb, uşağı olsa belə, başqa kişi ilə yatmayacaq?

– Bakirəliyinin arxasında gizlənən və on yüzlərlə kişi ilə cinsi əlaqədə olan qadının həqiqətən də ana genləri ilə yaxşı ana olacağına kim zəmanət verə bilər…

Elmə istinad etsək,  elmə görə, bakirəliyini itirib sonradan  başqa   birisi ilə evlənmiş ailələrdə dünyaya göz açmış körpələrdə qadının ilk  əlaqədə olduğu kişinin təsir izləri olur.  Keçən əsrin ortalarında cins atlar yetişdirmək istəyən alimlər də bu vəziyyətlə qarşılaşmışlar. Onlar yeni cins atlar yetişdirmək məqsədilə atları zebrlərlə cütləşdirirlər. Amma nəticə gözlənilən kimi olmadığından  bu eksperiment unudumuşdur.  Aradan bir neçə il keçəndən sonra zebrlə cütləşdirlmiş atlar zolaqlı balalar doğmuşlar. Alimlər bu prosesə   teleqoniya adı vermişdir. Dövrün görkəmli alimi F. Ladentik “İndivid, təkamül, irsiyyət və neodarvinizm” adlı kitab yazmış və burada birinci erkəyin təsirini təsvir etmişdir. Alim bu qənaətə gəlmişdir ki,  teleqoniya hadisəsi   insanlar arasında da baş verir. 

Alimlərin öz müşahidələri ilə bunu da isbatlamışlar ki, bir cins dişi it ilkolaraq  küçə iti ilə cütləşsə,  həmin  it axıra  kimi qüsurlu küçüklər doğub  törəyəcək.  Müşahidələr   göstərmişdir ki,   fahişə həyatı keçirən qadınların dünyaya gətirdikləri  uşaqları daha çox narkoman, homoseksual, toksikoman və sair psixi qüsurlu nəsil  olur. Çünki   fəhişələr daha çox  cəmiyyətin  tör-töküntüsü ilə yatıb durur,    bu zaman   onlardan törəyənlər də ata-analarına çəkir.

Bir neçə ay bundan öncə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq  Aydın Xan Əbilov da eynə bu qənaətini ortaya qoymuş, “Bakirəlik kimi mənasız anlayışlar artıq öz aktuallığını itirib” deyə, çox məntiqsiz  bir fikir spyləmişdi.  Ola bilsin ki, bu fikir Fransada, Yunanıstanda, harda, harda  belədir. Heç elə ölkələr var ki, orada  nikah kəsməyə ehtiyac yoxdur, yaxud kimsə bəldədiyyəlrin bu məsələyə həvalə edilmiş  sektorunda müəyyən ödəniş edib  avtobusda tapdığı qadınla 3-4 ay yaşayır, sonra hər iki tərəf də (0xucularımızdan üzr istəyirəm) gözlərinin qurdunu öldürəndən sonra  kavaler sağa, onun  tərəf müqabili də sola çevrilib  yeni nəfəsaxtarmağa gedirlər.  Bizdə belə deyil axı. Ailə  kimi nüqəddəs dəyəri babalarımız bizə belə miras qoymayıb axı. İnternetdə  o qədər belə  xəbərlərərast gəlmişəm ki,   hətta rəsmi qaydada boşanmış ailələrdə  ilər keçəndən sonra ər keçmiş həyat yoldaşına qısqanır….Bəzən ona xəsarət yetirir öldürür.

Bu, bizm  qanımızda var. Hələ bir  zaman-zaman dillərdən düşməyən bayatımıza bir baxın:

Əzizim, baxtı yarım,

 Baxtımın taxtı yarım.

 Üzündə göz izi var,

 Sənə kim baxdı yarım?!

  Bu cür baxmalar bəzən, hətta,   qanla, ölümlə nəticələnib.  Kimin ki  bir başqasından  ədavəti olsaydı, onu   namusuna sataşmaqla “vurardı”: bundan o yana qəzəbi soyudacaq intiqam yox idi: arvadını, bacısını, qızını qaçırardılar və yaxud təcavüz edərdilər.  Qürurlu ailələrn,  möhtərəm anaların ən böyük  əhdi, and-amanı bu olardı ki, dünyaya gtirdikləri qız övladlarını böyüdüb, təhsil verib sonra da adı-sanı üstündə  gəlin  köçürə biləydilər.  Əhdiniz  gül açsın, and-amanınız Allah qatında qəbul olunsun .

Amma bir neçə gün  bundan öncə  bu şou mətbuatının tanınmış ödülü verdiyi   bir psixoloq  xanım – Samirə Bağırova  da  Aydın xanın fikirlərini   yenidən dilə gətirdi.  Özünü psixoloq  adlandıran xanım “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsinin qonağı olarkən   artıq bakirəliyin kişilər üçün o qədər də önəm daşımadığını iddia etdi:

“Mən danışacam deyəcəklər ki, yenə belə danışdı. Dünya dəyişir, yeni qaydalar gəlir. Mən məktəbdə oxuyanda bir fikir səsləndirmişdim, bütün müəllimlərim bu fikrə görə ayağa qalxmışdılar. Demişdim ki, zaman gələcək Azərbaycanda bakirə xanıma birtəhər baxacaqlar. Mən o vaxt xarici ölkələrə gedənlərlə danışırdım, onlar deyirdilər ki, orada 20-21 yaşında bakirə olan qıza qəribə baxırlar. Oğlanlar düşünürlər ki, deməli, bu qızın psixoloji problemləri var ki, heç kəs ona yaxın getməyib. Müəyyən yaş dövründə tələbatlar var, o tələbatlar ödənməyəndə həm oğlanda, həm qızda problemlər yaranır. Elə o vaxt demişdim ki, zaman gələcək ki, bizim ölkəmizdə də bəylər xanımların bakirəliyinə o qədər də önəm verməyəcək. Gəlin təsdiq edək ki, artıq elə bir zəmanə gəlib ki, bu o qədər də önəm daşımır. Bəylər özləri gəlib deyir ki, mənə qadının bakirəliyi yox, sağlam düşüncəsidir lazımdır”.

Bakirəliyini qoruya bilməyənin nə düşüncəsi ola bilər, kimə lazımdır  onun düşüncəsi də?

Həyətdə bir vedrədə içilməli bulaq suyu var.  Görürlər ki, bir it başını  həmin vedrəyə salıb su içir. Kimsə o vedrədən su içərmi?   Bu, həyatı uğursuz olub,   yenidən ailə quran qadınlarımıza aid deyil.  Onların  əsl ana,əsl ailə qadını olmağa haqları var. Söhbət  bakirəlikdən gedir, onu gəncliyində qoruya bilməməkdən gedir. Bakirə olmayan qadın  dünyaya  sağlam övlad  gətirə bilmir. Belə övladlar mənəvi cəhətdən də  problemli olurlar.  Bir internet yazısında qüdrətli bir ölkə üçün  acınacaqlı bir fakta rast gəldim. Yazıda qeyd olunur ki,  Rusiya bu sarıdan  əxlaq pozğunluğuna  görə, Allahın qəzəbinə gəlmiş Sodom və Qomorra şəhərlərini  andırır. Rusiyada, hətta, ailə qurmuş qadınların əksəriyyəti  nikahdan əvvəl cinsi həyata başlayıb.  Sərhədsiz sərbəstlik, bakirəliyi itirmiş halda gəlin köçmək burada artıq  kütləviləşməkdədir.  Yenə həmin yazıdakı statistik məlumata görə, Rusiyada hər 4 uşaqdan biri nikahdankənar doğulur. Anaları belə,   övladlarının atalarının kim olduğunu  bilmir.  Ona görə də hər min uşaqdan 174-ü gen səviyyəsində xəstədir. Hər 10 uşaqdan biri eybəcərliklə doğulur.

   Heç vaxt Azərbaycan ailələrində  belə naqisliklər, belə pozğunluqlar olmayıb.  Qadınlarımız da bakirə olub, kişilərimizdə.  Bəs indi hardan   mənəviyyatımıza  yoluxduy bu   sarsaq-sarsaq şeylər.    Ümumiyyətlə,  Azərbaycan  informasiya məkanında  çox səriştəsiz aparıcılar  veriliş aparır,  sayt rəhbəridir.  Belələri, sadəcə,   maariflndirmə yox,  şou psixologiyası yayırlar.  Aparıcılar var ki, ideologiya məkanının qapısından  qovurlar, pəncərəsindən yenidən daxil olur, pəncərəni bağlayırlar bacadan daxil ola bilir.

Ulvira Qarayevanın “Astar” internetkanalında  başqa  biraparıcı qadınla bu mövzuda  söhbətləşməsi oldu. Həmin aparıcı xanım deyirdi ki, gənc ailələrin valideynlərlə bir evdə yaşaması onların rəngli seks həyatına maneədir.  

Axı belə deyil.  Bu gənclər ola bilər  ki,  nikaha qədər artıq   qırmızı xətti keçmişdir,   toy adətlərimizə pərçimlənmiş yengəlik  missiyasını  topa tutur, valideynləri ilə  bir evdə yaşamaq istəmir.  Kİmə lazımdır belə gəlin…. Bütün ata-analar istəyər ki, övladlarını  təmtəraqla evləndirsin, hər birinin əlahiddə evi olsun. Amma buna qədər  yeni ailə qurmuş gənclərin  valideynləri ilə bir yerdə yaşaması  ər kimi, qadın kimi bir formalaşma məktəbidir.

Bir manşetdə də yazılmışdı ki, Azərbaycanda toy adəti dəyişir: Bakirəlik arxa plana keçir. Toyda arxa planda qalan bakirəliyin vəd etdiyi ailə həyatının ömrü  sabun köpüyünün ömrü qədərdir. Bir də bakirə olmayanlar arxa qapıdan keçmək istəyər,  amma nə qədər bu xalq mövcuddur bizim  həyadan  küz alması  kimi qıpqırmızı qızaran qızlarımız ata evlərindən namusla çıxacaq, yeni ocaqlara da belə daxil olacaq, inşallah.

Ona görə də  bu haqda danışan, yazı yazan  hər fikrinə  həm yazdığı, həm də dediyi  məqamda məsuliyyət daşımalıdır.  Çünki bizim bütün  dəyərlərimizin başında namus  gəlir. Andlarımızın başında da  ən  kəsərlisi məhz namusdur. Hər ictimai birlik, qəzet, sayt yaradan  bu cür məsələləri öz ölçüləri ilə   doqma kimi təqdim edə bilməz.  Bu ölçünü məhək daşı kimi ulular  pərçimləyiblər.  Son  onilliklərə qədər  ona sədaqətli ola bilmişik.  Bu keyfiyyətimizə görə dünyanın bütün millətləri bizə həsəd aparıb. Tarixən  araya  qılınc qoyan şəxs and içmək  kimi  öhdəlik götürür:demək istəyir ki,   mənə halal olmayınca, mənə yaxın gələ bilməzsən və yaxud halalım olmayınca sənə yaxın durmayacağam.

  Bu etalona təkcə  intim  istək, yaxud təcavüz deyil, qaydasınca geyinmək, ədəb-ərkanla oturub durmaq, danışmaq-gülmək  kimi   həyat tərzi də daxil idi.  O vaxt problem yox idi, hamı   bu normaları  qəbul , həm də  əməl etmişdir. Amma sonra  Avropa küləyi   demokratiya adı altında  bizim mənəviyyata koronadan da təhlükəli virus gətirdi: geyim dəyişdi, oturub-durmaq ədəbi dəyişdi,  həyata baxış rakursları dəyişdi. İndi qadınlar var ki, müasirlik adı altında   çılpaq geyinir. Qadınlar var ki, yarım kq –lıq banka   ilə bir   ” Şumux” ətri  səpələyib evdən çıxır, işə, ziayafətə  tələsir. Yanında oturanlar, yanından keçənlər də  burunları ilə dərindən nəfəs alırlar.  Qadını gözəl görməyi bacaran kişi üçün, öz halal  qadının öz ətri “Şumux” ətrindən daha  heyranedicidir.   Daha bu qədər ətirlənmək nə üçün.

 Müşahidələrimizə görə bəzi gənclərimiz  ailə-əxlaq məcəlləmizin incəliklərinə bələddeyil.  Çıxış yolu maarifləndirilmə işlərini  güclədirməkdədir. Televiziya, mətbuat müsbət nümunələri təqdim etməlidir. Sərhədsiz şou şıltaqlıqlarını yox.  Amma illərdir manşet və ekranlarda adları gəlndə tamaşçıları, oxucuları cin atına mindirən   5-10 nəfər şou generallarının    fikirləri  önərlənir.   Amma   mətbuat və televiziyanın yaradıcılıq platformasında balans şou   tərəfə daha yerikləyir.

 Son vaxtlar  bir neçə  psixoloqun yazısını  nəzərdən keçirmişəm.  Sovet vaxtında belə  özfəaliyyət ola bilməzdi. Gözləri görürkən görməyənlərin, oxumayanların   xoş halına.  Dili varkən  onu  bənddən içəridə saxlaya  bilənlərin , yazmağı əllərinə yasaq etmişlərin sağ əli mənim başıma…

İnformasiya əsrində  üz tutmağa nə bir abırlı   informasiya məkanı, nə də  bu məkanda  abırlı bir yazı tapmaq olur. Hamı yapışıb şou mövzusundan… Hamı şoudan yazır. Yaza bilməyəndə, şou adamını tapıb onun lafını tirajlayırlar.  XXI əsrə gəlib çıxdıq,bizim, sən demə,  öyüd verməyə, yol göstərməyə,nümunə olmağa ağsaqqalımız yox,ağbirçəyimiz yox… Şou sənətçiləri   onları əvəzləyə bilir….

Orta məktəb dərslikləri bizim  nəsillərin yadından    heç çıxmaz. İndi onların birinin  adını çəkəcəyəm. Böyük Sabirin  uşaq şeiridir özü də : “Cütçü”.

 Elə şirin, aydın və məzmun  idi ki,  bütün sinif əzbər bilərdi:

Çıxdı günəş, doldu cəhan nur ilə,

Cütcü sürür tarlada cüt şur ilə.

Atlar, öküzlər kotana güc verir,

Gah yürüyür, gah yıxılır, gah durur.

Cütcü batıb qan-tərə, yer şumlayır,

Şumladığı tarlasını tumlayır.

Olsa da artıq nə qədər zəhməti –

Işləməyə var o qədər qeyrəti.

Çünki bilir rahət əziyyətdədir,

Şad yaşamaq səydə, qeyrətdədir.

İndi əgərçi ona zəhmət olar,

Qışda əyali, özü rahət bular:

Cəm edəcək tarlasının hasilin,

Bəsləyəcək ailəsin, həm elin.

  Niyə uşaq şeiri idi. Çünki sözün də, qələmin də əzəli-əbədi vəzifəsi bu idi ki, gələcəyin bazasını  təşkil edəcək uşaqlar  insanlığın var ola bilməsi üçün 1-ci ərzaq təminatımız olan çörəyi  vitrində 30-35 qəpiyə satılan un məmulatı kimi deyil,  böyük zəhmət bahasına əkilən,yetişdirilən,  biçilən, xırmanlara, dəyirmanlara daşınan, oradan dəyirmanlara göndərilən və yalnız bundan sonra süfrələrimizdə var olan  bərəkət kimi dəyərləndirsinlər, onu göz bəbəyi kimi qorusunlar, onu yetşdirən əmək adamlarına ehtiram bəsləsinlər.

Milli mətbuatımızın ilk nümunəsinin də “Əkinçi”adlandırılması heç cürə təsadüfi ola bilməzdi.

 …Artıq cütçü, cüt, xış, xırman, vəl, zəmi kimi sözlər dilin arxaik fonduna keçmişdir. Amma   “Əkinçi”dən var olan  mətbuat ənənələri “Əkinçi”nin 100 verstliyinə yaxınlaşa bilməsələr də,bu gün də  davam  etməkdədir..  Onlar da  cütçülük edirlər, ictimai fikrimizi, şüurları istədikləri kimi şumlayır, sonra tumlayırlar… Heç bir əziyyət çəkmədən,    tər tökmədən… Ona görə də  buğda əkirlər, əkdikləri yerdən yabanı otlar çıxır:  çayır çıxır,   nə çıxır… Amma belə davam edəcəksə, bu çıxanların içindən daha pis zadlar çıxacaq.

 Mətbuatımıza , özəl televizya kanallarına  diqqət, nəzarət gücləndirilməlidir.  Hər Avropa təhsilliyə,  çoxlu sertifikatı olan obrozovolskiyə ekran, auditoriya etibar etmək olmaz. Onların özlərinin  dəyərlərimizə gətirdikləri yeni nəfəs varsa, byursunlar  etimad qazndırsınlar. Amma heç kim   demokratiyanın verdiyi imkandan istifadə edib mətbu nəşr və ya internetkanalı açmsın, uluların  miras qoyduğu dəyərləri zədələməsin. Hər kəs ampluasına görə hərəkət etsin.Bizim əxlaq üçün bakirəlik  o qədər aktualdır ki, heç kimin  nə savadı,  nə də görəvi çatmır ki,  özündən  Amerika  açsın.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı