Mövqe

Uşaqların əxlaqi tərbiyəsi bütün həyatı boyu baş verir və onların inkişaf etdiyi mühit bu prosesdə həlledici rol oynayır. Əvvəlcə ailədən başlayan formalaşma sonra bağçada və məktəbdə, daha sonra cəmiyyətdə davam etdirilir. Uşaqlıq, yeniyetməlik dövrləri bu baxımdan övladlarımızın həyatında çox həlledici mərhələdir.

Uşaq pis, qəddar və xeyirxah doğulmur. O, yaşa dolduqca əxlaqi keyfiyyətlər qazanmalıdır. Bu  müddətdə o, müxtəlif sosial rollar daşıyır:  tələbə olur, idman  oyununda  təmsil etdiyi komanda kapitanı, dost, oğul , dayı, əmi, kürəkən və s.  Qızdırsa,  rəfiqə bacı, bibi, xala, gəlin, ana və sair.  

Bu rolların hər biri balaca xarakterin  formalaşmasında böyük əhəmiyyət kəsb edir.  Bu rollar  nə qədər müxtəlifdirsə, o, daha çox əxlaqi prinsiplərlə tanış olacaq və şəxsiyyəti daha zəngin olacaqdır. Təbii ki, həmin rollar uşaqlara ailədə deyil, bağça  və məktəblərdə etibar edilir,verilir.  Uşaq məhz bağçada və  məktəbdə sosiallaşır.  Bu prosesdə valideynlərdən sonra  birinci şəxs bağçada da, məktəbdə də müəllimlərdir.  Müəllim və tərbiyəçilər  uşaqlara ilk  həyat qaydalarını öyrədir, onlarıın dünyagörüşünü genişləndirir, cəmiyyətdəki insanlarla ünsiyyətini formalaşdırır. Əgər  uşaqlarda məktəbəqədər təhsil müəssisələrindən başlayaraq  sistemli və düşünülmüş şəkildə  Vətənə, torpağa, əməyə, əmək adamlarına  məhəbbət, xeyirxahlıq və başqalarına hörmət kimi əxlaqi dəyərlər aşılanarsa,  daha sonra  ümumtəhsil məktəblərində  bu dəyərlər cilalanarsa,     gələcəyimiz kimi  ümid etdiyimiz  uşaqlar həyata kamil vətəndaşlar kimi atılacaq, onda  həyatımız daha mənalı və daha gözəl olacaq. Məsələn, bizim uşaqlarda  görmək istədiyimiz əxlaqi dəyərlər bunlardır:

– insanlarla rastlaşarkən salamlaşmaq;

 – ayrılarkən  xudahafizləşmək; 

– bir başqasının sənin üçün göstərdiyi qayğı və diqqət üçün təşəkkür etmək,

– ictimai yerlərdə özünü mədəni aparmaq, nəzakətli olmaq,

–   heyvanlara mərhəmət,

–  ictimai əmlaka, təbiətə qayğı;

– böyüklərə   qarşı hörmət , özündən kiçiklərə  nəvaziş göstərmək və sairlər….

 Sovet dövründə  bağça və  ümumtəhsil məktəblərində  bunlar  şəffaf idi.Yəni, harda olurduqsa,  bağça və məktəb uşaqlarını  bu keyfiyyətlərin daşıyıcısı kimi  görürdük. Son dövrlər çoxlu sayda bağça və məktəblər tikilsə də, bu, sadəcə, dövlətimizin, onun rəhbərlərinin  gələcəyimiz olan  uşaqlara diqqət və qayğısı kimi qəbul edilir.  Məktəb və bağçalar isə öz təməl vəzifəlrini bu diqqət və qayğıya uyğun tam  həyata keçirə bilmirlər.    Hələ də elə bağçalar var ki,  həyətinə qədəm basandan  bütün gözəlliklərə duyğuların bağlanır: istər  bu bağçalarda  tərbiyə edilən, məktəbə hazırlanan uşaqların,  istərsə də  burada çalışacaq pedaqoji-texniki heyətin.  Şəhərimizi gəzərkən  yolumuz bağça yanından  düşəndə  dərhal diqqətimizi cəlb edir: tərbiyəçi müəllim  texniki işçiilə söhbət edir,  balacalar da   dağınıq halda hərəsi bir  fəaliyyətlə məşğuldur.

 Uşaqlar  bütün günü   hazırlıq otaqlarında məşğul olmurlar ki. Açıq havada aparılmalı  məşğələlər, gəzintilər var.  Bağçanın, məktəbin estetik məkan  görünüşü  göz oxşamalıdır.  Bu məkana qədəm basandan adamın ruhu dincəlməli, bəsirət  gözləri gözəlliyə açılmalıdır. Təbiətə, ətraf mühitə maraq və sevgi bağça vəməktəb həyətindən başlamalıdır.  Uşaqlar  ölkələrində  bitən ağac və bitkilərin bir qismini bğçdan, məktəbdən tanımalıdır. Bağçada, məktəbdə onlara qulluq etməlidir. Bağçanın, məktəbin  texniki heyətinin əməyinə diqqət və  hörmətlə yanaşmağı  bacarmalıdır.   

Belə  bağçalarda və bu cür ərazi-məkanı olaan məktəblərdə  yuxarıda  qeyd etdiyimiz  keyfiyyətləri formalaşdırmaq olarmı?  Belə təəssürat yaranır ki,  bu uşaq bağçaları, sadəcə, həmin ərazidə yaşayan ailələrin əlacsızlıqdan saxlanc   üçün  münasibdir. Valideynlər uşaqlarını  səhər gətirib qoysun, axşam da  aparsın.

     

 Bu cür  bağçaların  rəhbərləri deyəcəklər ki, məlum hadisələrlə bağlı  Ermənistandan və Qarbağdan  zorla qovulmuş həmvətənlərimizin bir qismi  məktəb və bağçalarda məskunlaşdırlmışdır. Belə bağçaların ərazisində əhatə-məkan gözəlliyi yaratmaq  olmur.  Olardı, özü də onların özlərini bu fəaliyyətə cəlb edərək.  Qaçqın və məcburi köçkünlərin istifadəsi üçün  ayrılmış zolağı  xoşməramlı sədlərlə ayıraraq qalan hissələri səliqə-sahmana salmaqla, gül-çiçək əkməklə.

Bu bağça isə özəl bağçadır. İnanmaq olar ki, burada böyüyən uşaqların normal böyüməsi və inkişafı üçün hər cürə şərait var. Əhatə gözəlliyindən, səliqə-sahmandan tutmuş uşaqların fantaziyalarını tətbiq etmək üçün müxtəlif avadanlıqlara kimi hər şey onların ürəyincədir.

Uşaqlar sosial intellektin bir hissəsidir və  əxlaqi keyfiyyətlərin  ilk işartılar onların canına  bağçada  hopur, onlar sosiallaşmağa məhz bağçalardan başlayırlar. Bağçaların  həyət və otaqlarının səliqə-səhmanı, tərtibat gözəlliyi,  uşaqların  özlərinin də bu gözəlliyə xidmət etməyəyönləndirmək əmək tərbiyəsinin, təbiət sevgisinin   başlsnğıcıdır.  Müxtəlif oyunlar zamanı isə  onlar  eyni məqsəd uğrunda birgə çalışmaq, dözümlü, mübariz olmaq   kimi keyfiyyətlərə yiyələnirlər.   Dügər süjetli oyunlarla isə  uşqlarda   ədalət, həssaslıq, xeyirxahlıq, şəfqət, qayğı və s. kimi   keyfiyyətlərə  yiyələnirlər.

 Amma  yarımshranı xatırladan  uşaq bağçalarında  uşaqlara  təbiət sevgisi oyatmaq olarmı?  Dünyanın ekoloji problemlərlə üz-üzə dayandığı indiki dünyada  bu problemləri indiki uşaqlar  həll etməli olacaqlar.Amma nə həyət-bacada, nə bağçada, nə məktəb həyətində uşaqlara təbiət sevgisi   yarada biləcək mənzərə yoxdur. Bu gün uşaqlar təbiətlə daha çox internetlə tanış olurlar.

  Xətai rayonu, General Şıxlinski küçəsi 49 ünvanında  Abad məhəllə yaratdılar. Ərazi 2021-ci ilin əvvəllərinə qədər çox bərbad vəziyyətdə idi. Harda bir əlçim torpaq parçası vardı, bəzi sakinlər oranı şəhər arxitekturasına eybəcərlik gətirən formada hasarlamışdılar. Bəzi yerlər isə sahibkarlara qazanc gətirən obyektlərə çevrilmişdi.

İnsanların uzun illər müraciətlərindən sonra, nəhayət, bu yerdə müəyyən abadlıq işləri apardılar. İdeal demək olmasa da, ərazini əvvəlki vəziyyətindən qat-qat yaxşı hala gətirmişdilər.

Müəyyən yarımçıq işlər qalmışdı. Məhəllənin asfalt örtüyü keyfiyyətsiz asfaltla örtülmüşdü, söhbətgahlar qoyulmamışdı.12 bloklu binanın qaşısında işıq dirəkləri üçün özül hazırlasalsar da, özül elə də qaldı.

Yaşıllıqlar, oturacaqlar və idman qurğularıi əksəriyyəti isə zədələnib. Saknlər dəfələrlə aidiyyəti qurumlara və şəxslərə müraciət etsələr də, məhəl qoyulmamışdır. Əmlaka və təbiətə qəsd edənlər, məhəllədə insanların rahatlığını pozanlar uşaq və yeniyetmələrdir. gəlcəyimizin sahibləri olacaq uşaq və yeniyetmələr. Dəfələrlə şəxsən özüm polisə müraciət etsəm də, polis tərəfindən 1 addım belə atılmadı. Ona görə də məhəllədəki yaşıllıq və bitkilər tamam sıradan çıxmaq üzrədir.

Bu cür vəziyyətin yaranmasında uşaq və yeniyetmələrin özlərindən daha çox ailə, bağça, məktəb, əlaqədar qurum və təşkilatlar məsuliyyət daşımalıdırlar. Heç bir uşaq anadan qəbahətli doğulmur. Onlar nə qazanırlarsa, həyatdan, böyüklərdən qazanırlar, pis nümunələrdən qazanırlar.

 İstər uşaqlıq, istərsə də yeniyetməlik dövründə insan   onu əhatə edən sosial  mühitdə  bütün hadisə və proseslərə həssas olur.  Məhz  buna görə də  uşaqların cəmiyyətin

hamılıqla qəbul edilmiş  norma və dəyərlərini  doğru-düzgün dərk edib  qəbul etmələri üçün  optimal şərait yaratmaq,  qayğı göstərmək lazımdır. Yoxsa onlar  cinayətkar   şəraitə   yuvarlanacaq,  hüquqazidd hərəkətlər törədəcəklər.

 Uşaq orqanizmi yorulmaq bilməz,onlar daim mütəhərrik olurlar.  Heç çağıran, axtaran olmasa, yatana qədər evə dönməzlər. Həyətdə-bacada  oynayar, ağaclara dırmaşar,   deyib gülərlər. Oyunlar bir tərəfdən uşaqların sağlamlığı üçün vacibdir, digər tərəfdən onlarda  əxlaq və iradi keyfiyyətlər  formalaşdırır.   Amma  uşaqların  asudə vaxtlarını nümunəvi qaydada   həyətlərdə keçirmələri üçün kifayət qədər ərazi və şərait yoxdur. Kimin qarşısına  şəhərdə  rast gəlməyib ki, yaşayış məhəllələrində ümumi istifadə yerləri üçün nəzərdə tutulmuş yerlər işbazlara pay-pürüş ediliB.  Onlar da  həmin yerlərdə  obyekt ucaldır  və    hazır  olan kimi də qarşısından elan asırlar ki, arendaya verilir. Uşaqlar    öz məhəllələrində uşaqlıqlarının dadını çıxa  bilmirlər.Bir  balaca  idman avadanlıqları olan əraziyə, mini futbol meydançasına   yaxın  məhəllələrdən  axışıb gəlirlər, süni sıxlıq  və   normadan çox  səs-küy, pozuntu  halları baş verir. kiməsə söz demək olmur. Adamın üzünə qayıdır, ərazidə yol verilməyən hərəkətləri daha çox edirlər. Bu cür vəziyyətdə böyüklər, uşaqlı qadınlar öz blokunun qarşısına çıxa bilmir, çıxanda da əsəbiləşib tez də dörd divar arasına qayıdırlar.

 Son illər Bakıda Leyla xanım Əliyevanın təşəbbüsü ilə  “Abad məhəllə” layihələri geniş vüsət alıb.  Bununla belə   bu vüsətin  hələlik gəlib çatmadığı  məhəllələr  də çoxdur. 

Bir vacib məsələ də belə Abad məhəllələrin başlı-başına buraxılmasıdır.  Belə yerlərdə   nümunəvi istirahətin   təşkili  başlı-başına buraxılmasıdır.  Məktəb, polis ailələrlə, məhəllənin yaşlı insanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işləməlidir. Bu qurumlar birlikdə  çalışmalı,  uşaqların  nümunəvi istirahətləri üçün  təkliflər hazırlamalı, uşaq və  yeniyetmələrin kriminogen mühitə düşməsinə  təsir edən amillər  təhlil edib, birgə addımlar atmalıdır. Təəssüf ki, nə Mənzil istismar sahəsi, nə məktəblər, nə bələdiyyələr , nə ərazi üzrə Polis sahə müvəkkilləri, nə də Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə müvəkkillərin  fəaliyyətləri   arasında  sistemlilik, kordinasiya yoxdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı