Müzakirə
Çalış ədəbli ol hər sözündə sən,
Ədəblə danışsın səni dinləyən.
N.Gəncəvi

6 dekabr Ümumdünya Üzrxahlıq Günüdür və 2007-ci ildə təsis edilib. Bu gün münasibətlərdə anlaşma və bağları gücləndirmək üçün təşkil edilir. Ümumdünya Üzr Günü insanları səhvlərini etiraf etməyə, üzr istəməyə və bağışlamağa təşviq edir.

Evlilik və ailə terapevti Doktor Kev Leman üzr istəməyi sağlam münasibətlər üçün çox vacib olduğunu bildirmişdir. Terapevt bu nəcib keyfiyyətin insani münasibətlər üçün əsl zənginlik hesab edirdi. Bu günün təşbbüskarı olmuş Dr. Leman 6 dekabr gününü də təsadüfi seçməmişdi.
Leman münasibətlərdəki incikliklərin Yeni ildən əvvəl üzr istəməklə aradan qaldıra biləcəyinə əmin olaraq, təklif etmiş di ki, incikliklər, qəbahətlər köhnə ildə qalsın, Yeni ilə səmimiyyətlə qədəm basaq.
Dr. Leman bu münasibətlə vebsayt və sosial media kampaniya başlatdı. Kampaniya tez bir zamanda bütün dünyada diqqəti cəlb etdi və 6 dekabrın Beynəlxalq Üzr Güni kimi tanınması qəbul olundu.
Doğrudan da, insanların ğz səhvlərini etiraf etməsi, qarşı tərəfdən üzr istəməsi və yaxud ona qarşı edilmiş ədalətsiz hərəkəti bağışlaması təvazökarlıqdır, zənginlikdir, təqdirediləsi əxlaqdır. Üzr istəmək insanı aşağılamaz, əksinə, onun yüksəkəxlaqlı şəxs olduğundan xəbər verər.

Bəs əxlaq özü nədir?
Əxlaq bir insanın dünyaya göz açarkən qandan, ruhdan gətirdiyi və ya sonradan qazandığı bütün gözəl münasibət və davranışların dәrk olunmuş məcmusudur. Və yaxud əxlaq cəmiyyətdəki fərdlərin mənimsədiyi və əməl etməli olduğu davranış və qaydalardır. Özündən böyüklərə hörmət etmək, kiçiklərə qayğı göstərmək əxlaqdır. Qadına qarşı nəzakətli davranmaq, gözləri görməyən və yaxud zəif görən bir qocanı küçənin o biri tərəxinə keçirmək yüksək əxlaqi keyfiyyətdir. Amma ictimai yerlərdə bərkdən danışmaq, siqaret çəkmək, avtomobilini səkiyə çıxartmaq, evinin məişət tullantılarını küçəyə atmaq qeyri-əxlaqi hərəkətlərdir.
İnsan cəmiyyətin bir fərdidir : ictimai varlıqdır. O, insan adına layiq işlər görməli, xoş niyyətlər daşıyıcısı olmalıdır. Böyük Nizami Gəncəvi necə gözəl və müdrükcəsinə ifadə etmişdir:
Sən ki, hüma quşusan, şərəfli iş gör, əlbət,
Az ye, az danış, vermə bir kimsəyə əziyyət [“Şərəfnamə”].
***
Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zər xara.
Xoş ətirlər saçmaq istəyən adam,
Gültək xoşxasiyyət olmalı müdam [“Yeddi gözəl”].
***
Torpaq vücuduna vurma min bəzək,
İnsana qum kimi sadəlik gərək [“Yeddi gözəl”].
***
Hər kəsi ötməkçün çıxanda yola,
Tələsmə, həsədə yol vermə əsla!
Həsəd dərdə salar daim insanı,
İnsana yad edər dostu, aşnanı [“İqbalnamə”].


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.