Mövqe

Sevmək  vəfa, sədaqət sənətidir.  Gənclərimizin sevgi ruhunu  şou mahnıları yox,  mükəmməl, həqiqi  sevgilərə işıq tuta bilən mahnılar  oxşamalıdır.

Ay işığında

Sözləri: Zeynal Xəlil

Musiqisi: Qənbər Hüseynli

İfa: Nərminə Məmmədova

Mən səni gördüm ay işığında,

Könlümü verdim ay işığında.

Tez gəldi hicran, ayrıldıq haman

Ay işığında, ay işığında.

Tez gəldi hicran, ayrıldıq haman

Ay işığında, ay işığında.

Olmasın həsrət,

Gülsün məhəbbət

Ay işığında.

Olmasın həsrət,

Gülsün məhəbbət

Ay işığında.

Yenə gəl bizə duraq üz-üzə

Ay işığında, ay işığında.

Yenə gəl bizə duraq üz-üzə

Ay işığında, ay işığında…

Bizə sevgini, eşqi ürəyimizi, ağlımızı, insanlığımızı vəcdə gətirən, gözəlləşdirən, daha məzmunlu edən belə mahnılar gərəkdir. Bir az şit, onueşidənləri , sadəcə, əza həzzinə bağlayan, bir az da İfa edəmlərin açıq-saçıq geyinib dinləyicilərini diringilərinin ovqatına yönlədən mahnılar yox. Sovet dövrünün yaradıcılıq təşkilatları, radio və televiziyası, bütövlükdə ideologiyası bu cür məsələlərə çox ciddi yanaşırdı. Məsələn yazırlar ki, açıq-saçıq geyimlərdə poza verən 48 yaşlı amerikalı aktrisa Eva Lonqoriya “Harper’s Bazaar” jurnalı üçün açıq-saçıq geyimdə pozalar verib və aktrisa görünüşü ilə heyran qoyub.. Bir çox saytlar bunu payulaşır, reeytinq naminə, əlbəttə ki. Amma onlar dəyərlərimizə zidd getməklə yanaşı, piss təmayüllərə dəstəkçi olurlar. Bir balaca yxası açılanda pul kimi qızaran qadınızmız, qızımız indi bir az ürəkli olur. Elə həmin kateqoriyalı mətbu səhifələrdə belə geyinənlər bu məqamı başa çırpırlar ki, xarici ölkələrfə bunu sğz etmirlər.

Saytlar bu tipli  “maarifləndirmə yazıları”ni    xarici  saytların linklərini mənbə kimi  göztərməklə təqdim edirilər.  Bəli, linki qeyd etmək  müəlliflik hüquqlarını gözləmək deməkdir. Amma burada  linki qeyd  etmək, sanki, sonuncu  mənbələri  məsuliyyətdən xilas etmək düşünülüb.  Hətta, xarici şou-ulduzunun çox biabırçı görüntülərini heç  bir sərhəd, peşə etikası,  milli xüsusiyyətlər gözləmədən  paylaşırlar. İrad tutan olanda isə deyirlər ki, bu, mənbə göstərilməklə verilib. Deməli, link  göstərilmədən verilsə idi, məsuliyyət, cavabdehlik tələb  olunacaqdı. Burada iki məqam var: 1.  Həmin   yazı, süjet, şəkillər  başqasının əqali mülkiyyətidir (belə məhsullara əqli mülkiyyət demək olarsa),  onlardan tam və ya müəyyən hissələr müəllifin razılığı olmadan və yaxud mənbə göstərilmədən yayımlana, istifadə edilə bilməz. 2. Əxlaqa, milli-mənəvi dəyərlərə  zidd olan, uşaq və gənclərin  dünyagörüşlərinə mənfi təsir göstərən əsrlərin, yazı və şəkillərin  nəşr edilib yayılması qadağandır.

 Fikir verin, bu qadağaların  2-cisinə faktiki olaraq  məhəl qoyan yoxdur, əksinə, birincinin tələbi  gözlənilibsə, yəni   2-ci, 3-cü əl  hər hansı çap məhsulunu mənbə  göstərilməklə veribsə,  indi də  deyəcək ki, mənim  yaradıcılığım, münasibətim deyil, mənbə göstərmişəm, xarici mətbuata istinadladır. Amma  heç kim əxlaqsızlıq, mənəviyyatsızlıq  paylayan  belə məhsulların, istər ölkənin özünə, istərsə də xarici ölkəyə məxsus olsun, fərqi yoxdur, paylaşmasına qadağa qoymur. Ona görə də bizim dolanışıq   hədəfli televiziya və mətbuatımız  reytinq naminə, korporativ maraqlar naminə   bu müdafiə sipərindən bəhrələnərək başladılar  nə qədər müğənni, aktirisa, model var, açıq-saçıq geyimləri ilə  görəni, baxanı  dəli etməyin, heyrətləndirməyin  “milli nümunələrini”  cücərtməyə.

Bunları zorla “ulduz”a  çevirdilər, məşhur etdilər.

 Onlara dövlətin  böyük xərcləri və səyləri ilə başa gələn  informasiya texnologiyalarını təslim etdilər. Bunlar da rahatca bu kanaldan  digərinə, oradan da daha digərinə keçir, yəni, qədərincə fəaliyyətdə ola bilir, reklamlarını təşkil edirlər: biri stulda əyləşib ayağını uzadır  qarşısında  diz çökmüş kişinin sinəsinə, biri hoteldə görüntülərini paylaşır,  biri yarıçılpaq, biri hətta…

Biri etdimi, digərləri də ondan geri qalmayacaqlar ki, dərhal onlar da   bir kanal, məşhur portal tapıb başlayırlar  rəqabətə, belə təqdimatlara, nominasiyalara.

Deməli, ölçü yoxdur, olsa idi,  belə əcaib  görüntüləri heç bir televiziya, media orqanı  paylaşmağa razı olmazdı, belə sənətçini bir daha  öz qapısına yaxın qoymazdı.

Ailə-məişət ixtilaflarından kənar mövzulara keçid edə bilməyən belə şou proqramlarında verilişlərin əksəriyyəti dedi-qodulara, özəl telekanalların ərkəsöyün böyütdüyü “məşhur ulduz”ların özləri kimi “ulduzlar”la öcəşmələrinə, intim duyğuları körükləyən görüntülərə, vulqar söhbətlərə həsr edilir, dolayısı ilə gənclik zəhmət çəkmədən asan yaşamağa, macəralı həyata meyilləndirilir.

Onsuz da bu cür verilişlər haqqında cəmiyyət arasında fikir birmənalı deyil. İstər müəlliflərlə, istərsə də proqramların ideya-məzmun xüsusiyyətləri ilə bağlı mətbuatda, sosial şəbəkələrdə saysız-hesabsız iradlar mövcuddur. Di gəl ki, məhəl qoyan yoxdur, heç nə dəyişmir, əksinə, müəlliflər irad bildirənlərin, tənqid edənlərin acığına daha da gen-bol qol-qanad açırlar.Hətta, hədələməkdən də çəkinmirlər. Elə bil ki, dövlətin çalışıb-vuruşub yaratdığı bu texniki imkanlar şou adamları üçün imiş ki televiziyada, internetdə, müxtəlif saytlarda pulsuz-parasız olaraq özlərini reklam etdirsinlər. Sənətlə bağlı heç bir bacarıqları onsuz da yoxdur. İndi gündəmdə olmaq üçün hədyanlar söyləməklə aranı qatmaq kara gələ bilər. Mətbuat, maqazin verilişləri belə şit, utanc söhbətləri tirajlamaqla az bir zamanda onları “məşhurlaşdırır”. Məhz belə məkanlarda şou müğənnisi, modelyer, nə bilim rəqqasə olan neçə-neçə kimlərə indi onları bəyənməyənlərə acıq vermək imkanı düşür. Onlar da başlayırlar “meysiz-məzəsiz bitməyən şamü-naharlarını” , puluna kənddə rahat bir toy etmək olan ayaqqabılarını, 2-3-cü dəfə yaraşıqlı bir oğlana, iş adamına ərə getməklə, hələ də dəbdə olduqlarına görə bağışlanan avtomobillərini, evlərini; xarici səfərlərdə çəkdirdikləri şəkilləri paylaşıb və sair belə cılız xislətlərini paylaşmağa.

Bir çox saytlarda məlumat verildi ki, Tolikin canlı yayımında bir xanım müğənniyə “Gelandewagen” hədiyyə edilib. Qiymətini də elan ediblər: 240 min dollar. Populyar mahnısını soruşdum ki, internetdə arayıb sənətçini tanıyam. Xanımın Nəsiminin “Sığmazam” qəzəlinə yazdırdığı “Pəncü- şeş” adlı mahnısını izlə dedilər.

İzləməmişdən əvvəl necə zənn edirdim, elə də oldu.  Şou-biznes  sənətçiləri  özəl televiziyalarda,  mətbuatda  bizim musiqi gülüstanımızı şumlayıb, yerini də bayağı, şit diringilərlə tumlamaqdadırlar.   Şəninə mahnılar qoşulmuş  Quba almasının 2-4 kq-nı  qapılarda yalvarıb satırlar. Şou diringi mətahları isə  od qiymətinə… Əkən-becərən zillətdə,  diringi   istehsal edənlər isə 200 minlik maşınlarda, evlərdə…

Hardan çıxırlar, hansı yolu keçiblər, bu sənətə necə xidmət ediblər, yaxın ətraflarından başqa kimsə də bilmir. Bir də görürsən, saytlar, maqazin xəbərlərə haray-həşir salıblar ki, ulduz filənkəs, məşhur behmənkəs yeni klipinin təqdimatını keçirir, “Qala gücəsi” keçirir.

Amma onların heç birinin təqdimatını yaradıcılıq təşkilatları keçirmir, belə yaradıcılığa heç bir sosial sifariş, müraciət-filan yoxdur. Sadəcə, özləri-özlərini reklam edirlər.

Kamal Xudaverdiyev kimi sənət adamı – Xalq artisti 25 ildən artıq mənzil növbəsində dayanıb, yalnız yorğan-döşəyə düşəndən sonra ona ev vermişdilər.

Xalq artisti Fuad Poladov hələ gənc idi, teatrsevərlər tərəfindən böyük sevgi vardı ona. Bəlkə onu xaricdə müalicə etdirib ömrünü daha uzatmaq olardı. Amma belə təşəbbüs olmadı.

Xalq artisti Səfurə İbrahimovanın 80 yaşı var.Guşənişin yaşayır.Elə bil bu adda bir sənət adamımız olmayıb.

Əməkdar artist Xanım Qafarova ölüm yatağında imdad diləyirdi ki, ölmək istəmirəm, məni xilas edin.

Məşhur qarmon ifaçısı Aslan İlyasov amansız xəstəlikdən əziyyət çəkirdi. Televiziyada şəxsən eşitmişəm ki, rəhmətlik cəmiyyətə üz tutdu ki, məni ölməyə qoymayın və sair, və ilaxır.

Bu xalqın 240 min dolları olan çox oğlu var, olsun, lap çox olsun . Hər kəs özqazandığını özü idarə edir, özü bilər. Amma b məqamları ekranda, efirdə niyə tirajlanmalıdır ki. İnternetdə müalicə olunmaq üçün imkanlı insanlara, cəmiyyətə üz tutan, yalvaran nə qədər imkansız həmvətənlərimiz var. Onda dəfələrlə ümrəyə getmiş, şou adamlarına bu qədər əliaçıqlıq etmiş həmvətənlərimizin səxavətini başa düşmək olmur. Lap başa düşmək olsa da, belə nümunələr manşetə çıxarılıb “İtə ataram, yada satmaram” məsləkli qız və qadınlarımızın fövqünə qaldırılmamalı, onları içlərində dilemma qarşında qoyulmamalıdır.

Bəs niyə onlardan bir nəfəri irəli çıxmadı? Amma indi pullu oğullarımız sıradan bir aparıcıya, müğənniyə, rəqqasəyə maşın, ev alır. 240 min dollar yarım milyon manata yaxın pul deməkdir. Bir insan doğulduğu günün səhərindən işləməyə başlayıb qəbir evinə qədər aldığı maaşın bir qəpiyinə toxunmadan cəm etsə belə, “Gelandevagen” avtomobili almaq üçün lazım olan pulu toplaya bilməz. Elə isə hansı məntiqlədir bu səxavət? Bu qədər bahalı avtomobili heç özfəaliyyət kollektivlərində şıxış üçün də münasib olmayan sənətçilərə bağışlamaq cəmiyyətə, halallıq nizamlarına, ölçü və hədlərə hörmətsizlikdir. Müəyyən bahallı hədiyyənin yaradıcı adamlara bağışlanılması hər zaman olub, hər zaman da olacaq. Amma hansı messenant eloğlularımızsa xalqın deyil, özünün pərəstişkarı olduğu müğənniyə, aktrisaya, aparıcıya fantastik məbləğdə qiyməti olan hədiyyə verməsi, özü də bunu televiziyada cəmiyyətə təqdim edirsə, bu, normal qəbul edilə bilməz.Əgər qəbul edilə bilsəydi, onda bu hədiyyəni verən şəxs özü də ortada olardı.

Əgər belə deyildirsə, rəğbətləndirməmi bu, simpatiyamı yoxsa, hər nədirsə, öz aralarında qalmasını istəyərdi: qəhrəmanlıq eləmir ki, bir şəhid ailəsinə, təbii fəlakətdən yurdu-yuvası yerlə yeksan olmuş həmvətəninə pasiban olmur ki. Həm də, dilə-dişə düşməsin, göz dəyməsin, həmçinin kriminal aləm üçün hansısa işarə olmasın deyə, belə daha ağayana olardı.

Məşhur sənətkarlar, iş adamları təbii fəlakət və ya hər hansı faciə baş verdikdə xalqına və ya zərər çəkmiş ayrı-ayrı ailələrə, xüsusi istedad sahibi olan uşaqlara, Qarabağ qazilərinə qarşı belə humanist missiya nümayiş etdirə bilər, Füzuli Məmmədov kimi. Belə humanist lər öyünüləsi, əxz ediləsi nümunə olduğuna görə, televiziya və digər kütləvi vasitələri ilə yayımlanması faydalı olardı və lazımdır da. Amma şəxsi münasibətlərin, ictimai olmayan münasibətlərin bir qrup şou adamları tərəfindən belə eybəcər təqdim olunması ictimai rəyə çox mənfi təsir göstərir.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı