Mövqe

Biz çox şey itirə-itirə gedirik. Aranızda 50-55-dən yuxarı  yaşı olan varsa,  1980-ci illərə qədər olan  qadın və kişiləri, oğlan və qızları, uşaqları  göz önünə gətirin və onları  indinin eyni kateqoriyasdan olan adamları ilə müqayisə edin. Kişi əvvəlki kişilər deyil, qadınlar əvvəlki.

Qadın ərinə xəyanət edir; uşaqlı qadın  başqasına qoşulub qaçır, itkin düşür.Ailəli, nişanlı qızın itkin düşüb 3-gündən, 5 gündən sonra tapılması  hansı əxlaqa sığar?

Kişinin  naməhrəm qadına,  qadının da ailəli, uşaqları olan kişiyə bu şəkildə yanaşması  bizim əxlaqımızda heç vaxt olmayıb. bütün belə məsələlərdə  tərəflər eyni dərəcədə günahkardırlar. Bir qadın yanlış addımatıbsa, onunla bərəabər  hansı bir ailənin kişisi də atıb; 5 qadın  batıbsa belə addımı, onun 5 də  xəyanət ortağı var. O fikrimi ifadə etmək istəyirəm ki, xəyanət  bilavasitə də, bilvasitə də tərəflərin qarşılıqlışəkildə bir-birlərinin ailə müqəddisliyinə etdikləri qəsddir: biri o birinin qadınına, o biri də bunun ərinə…

Sosial şəbəkələrdə   sevgi və ailə münasibətləri haqqında, eləcə də  uşaq, yeniyetmə və gənclərlə bağlı  çox yazılıb, fikirlər söylənilib, müzakirələr aparılıb. Diqqəti cəlb edən əsas meyil  budur  ki, gənclərimiz, əsasən də qadınlarımız seriallara uyub xarici ölkələri,  Avropanı  arzu edirlər. Elə bilirlər ki,  seriallarda iştirak edənlər həqiqi sevgililərdir,  ər-arvaddırlar, o saraylar, villalar, avtomobillər, doğrudan da,  onlarındır. Onlar heç nəyə əl vurmur,  bütün işləri xidmətçi görür. Bu cür  təəssüratlar nəticəsində gənclərimizdə,  xüsusən, ailə həyatı qurmağa hazırlaşan qızlarımızda  zəngin həyata  sağlam olmayan  bir meyil, arzu  baş qaldırmış, nə qədər gəncimiz ailə həyatına hazırlanmamış evlənməyə  qərar  vermişdir.

Belə  “maarifləndirici yazılar”dan  bəzilərinin manşetlərinə fikir verin:

“33 yaşlı modeldən alt paltarında cəsarətli fotosessiya”, “Braziliyalı məşhur model çimərlik FOTOları ilə heyrətləndirdi / İstipress”,  “Model Keyt Upton alt paltarında verdiyi pozlarla heyrətləndirdi”, “Azərbaycanlı qızın bədəni görənləri heyrətləndirir”, “Azərbaycan əsilli qız əzələli ayaqları ilə heyrətləndirir – FOTO”, “Azərbaycanlı modelin çılpaq fotosessiyası”, “Azərbaycanlı modelin bu rəqsi kişiləri dəli edəcək – VİDEO”, “Azərbaycanlı modelin erotik videosu interneti partlatdı – FOTO + VİDEO” və  saysız-hesabsız  daha neçə  “heyrətli” manşetlər, forosessiyalar, kliplər…

 Belə  gərəksiz yazılar  leysan kimi əxlaqımıza, mənəviyyatımıza yağdırılacaqsa, onda  hər gün  eşitdiyimiz utanc halların və  cinayət hadisələrinin   baş verməsi  də gözləniləndir.

Bu gün  Azərbaycanda  neçə televiziya kanalının, neçə qəzet və jurnalın fəaliyyət göstərdiyini bilməsəm də, onu bilirəm ki,  sovet dönəmindəki qədər barmaqla sayılacaq qədər də  az deyildir.

1956-cı ildən  fəaliyyətə başlayan Azərbaycan televiziyası efirə əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla çıxıb.

1957-ci ildə həftədə 5 dəfə və  2 saat 20 dəqiqəlik, 1962-ci ildə 7 saatlıq, 70-ci illərdən 10 saatlıq, 80-ci illərdə 18 saatlıq proqramla fəaliyyət göstərən Azərbaycan televiziyası  2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz fəaliyyət göstərməkdədir. Həm də indi Azərbaycan vətəndaşı  tək  Az.TV- ni deyil, 20-dən artıq televiziya  kanalının  proqramlarını izləyir, üstəlik peyk antenalarının köməyi ilə dünya ilə xəbərdar olur.

 Bunun üstünə  internet vasitəsilə daxil olan informasiyaları da əlavə etsək, onda aydın olacaq ki, insan  beyni, onun hiss və duyğuları  nə qədər böyük  təsirlərə məruz qalır.  Bir qədər də incələsək,  qəbul edilən  informasiyalar  mənfi emosiya, narahatçılıq, sarsıntı, vahimə doğuran məlumatlardırsa, onda insanların  və  cəmiyyətin halını da göz önünə gətirin.

 Ədəbiyyat, sənət,  həmçinin onun ifadə və yayım vasitələri  olan televiziya,   mətbuat  insanların  yaşam keyfiyyətlərinə , eləcə də cəmiyyətin  ahəngdar harmoniyasına yeni məzmun, coşğunluq, ritm ,  ümid və zövq impulsları  bəxş etməkdənsə,  çox ciddi şəkildə   əks təsir  göstərir. Əlbəttə, yaxşılarımız da var və bunlar  az da deyil, əgər  kim yaxşıları görmürsə, görmək istəmirsə, ö özü də yaxşı deyil. Amma yaxşıların qabağında alaq otu  kimi baş qaldıran pisləri, pislikləri görüb susmaq yaxşıları görüb  görməzlikdən  gəlməkdən  daha təhlükəlidir. Onda  pislər, pisliklər  daha çox şaxələnir, daha çox dərinə işləyirlər.

 Bu gün televiziya və internet vasitəsilə  nəinki yaşadığımız  şəhərin, olkəimizin, eləcə də dünyanın  hər guşəsi ilə  operativ əlaqə yaradıb,  istənilən  informasiyanı əldə  etmək mümkündür. Lap kimsə bunları birbaşa axtarış sisteminə yazıb axtaramasa da,  paylaşılan, ötürülən informasiyalar  onsuz da var.

Əgər  istər şəxsin özü tərəfindən axtarılan, istərsə də  paylaşan, yayan digər  mənbə tərəfindən  emal edilən  məlumat, bilgi  etibarlıdırsa, ədalətlidirsə, gerçəkdirsə,  gözəldirsə,  bu gözəlliklərin təsiri mütləq  həmin adamların əxlaq və davranışında ozünü büruzə  verir; əksinədirsə, təsir də əksinə olur.  Bunlar da tədricən cəmiyyətin simasında   meyilə, həyat tərzinə çevrilir.

 Telekanallarda şou proqramları digər  proqramları üstələdiyi üçün milli-mənəvi və əxlaqi dəyərlərə  yaraşmayan  şit hərəkətlər, davranış tərzi, söyüş ifadələri  televiziya məkanının həm dərininə, həm də eninə işləmişdir.  İllərdir bu barədə     televiziya və mətbuatda cəmiyyətin narahatçılığı  ifadə edilsə də,  özəl telekanallar, mətbuat  cəmiyyətin rəylərinə məhəl qoymur, ictimai qınaqdan çəkinmir.

 Bir dəfə  Space TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində xanım aparıcı efirdə ətəyini qaldıraraq  demişdi: “Belə etsəm baxacaqlar…”.   Xanım  aparıcının fikirləri  narazılıqla qarşılansa da,  əslində, o,  acı gerçəyi dilə gətirmişdi.

 Həmin bu xanım çox-çox sonralar  BAKU.WS-yə  müsahibə (https://az.baku.ws/show-business/57744-konul-yusifqz-sbisinizs-seksl-mul-olun-vdeo.html) verib. Manşeti də  belə: Könül Yusifqızı: “Əsəbisinizsə, sekslə məşğul olun” (VİDEO)

 Kimsə belə düşünə bilər, bu, onun şəxsi yanaşmasıdır. Amma  televiziyanın, mətbuatın yuxarıda sadaladığım  və daha sonra da sadayalacağım  belə məqamları  müzakirə, yazı mövzusu etməsi;  onu verilişin, yazının leymotivinə çevirməsi aşınmadır, bu aşınmanı cəmiyyətə sirayət etdirməkdir.

Mətbuatın  və  maqazin verilişlərinin  manşetlərinə diqqət yetirmək kifayətdir ki, bu mesajların  mahiyyətini dərk edəsən:

1. Aktrisa transparan və açıq geyimi ilə gecəyə DAMĞA VURDU – FOTOLAR (http://strana.az/manset2/3347-aktrisa-transparan-v-acq-geyimi-il-gecy-dama-vurdu-fotolar.html),

2. Televiziyada biabırçılıq: canlı yayımda qadını soyundurdular (VİDEO+18) (https://az.baku.ws/lifestyle/1712-televiziyada-biabrclq-canl-yaymda-qadn-soyundurdular-vdeo18.html;

3. “Məşhur modeldən atəşli pozlar ”– FOTO (Mənbə: https://www.aznews.az/news/people_of_the_show/208470.html?fbclid=IwAR3I_v9h9MzR5FZF9-nlE9JnxgZ68gjVmQWUeI2IFqxmtQhOoeyBMX_XF2U);

4.Ombası ilə dünyaya səs salan azərbaycanlı qız REKORD QIRIR – FOTO (Mənbə: https://publika.az/news/qadin/220015.html );

5. Dilarə ombasının şəklini paylaşdı (Mənbə: http://atributinfo.az/medeniyyet/8703-dilar-ombasnn-klini-paylad.html);

6. “Azərbaycan efirindən daha bir biabırçılıq! Aparıcı efirdə Ayseli qucağına aldı və… “- Video ( Mənbə:https://big.az/310981-azerbaycan_efirinden_daha_bir_biabirciliq_aparici_efirde_ayseli_qucagina_aldi_ve…_-_video.html);

7.”Pulunu ver, soyundur” – Könüldən 18+ VİDEOMÜSAHİBƏ/FOTOLAR ( Mənbə: https://yenicag.az/pulunu-ver-soyundur-konulden-18-video-fotolar/);

8.”Xoşqədəmin verilişində DAVA: 37 yaşlı qadınla eşq yaşayan 19 yaşlı gənc – VİDEO  Mənbə: (http://sfera.az/xosqedemin-verilisde-dava-37-yasli-qadinla-esq-yasayan-19-yasli-genc-video/?utm_campaign=qaynarinfo.az&utm_medium=cpc&utm_source=qaynarinfo.az) ”;

9. “Amerikalılar azərbaycanlı modelin seksual geyiminə heyran qaldı (Mənbə: https://qaynar.tv/amerikalilar-azerbaycanli-modelin-seksual-geyimine-heyran-qaldi-newsid-23066/?fbclid=IwAR3T4wPFeNfDEOPn11XD2z1WHWlqPxIpmdxSjGQH_IZQN08H4Dj0CgHoDF8);

10. Nigar Camal bədəninin bu hissəsini göstərib dedi – Foto (Mənbə: https://www.aznews.az/news/people_of_the_show/208440.html?fbclid=IwAR3f9Am9w29r-371MWfE3JTGeOWRxqXIolgdiBsYt43n0WeF7oIePQVD1-s).

 Təəssüf ki, belə xəbərlər maarifləndirməyə xidmət etmir. Bu cür yazılarla məqsəd daha çox illüziya yaratmaq, izləyicini gerçək aləmdən uzaqlaşdırmaq,  onu məhz  serialda, ekranda  olan həyata çatmaq arzuları ilə yükləməkdir.

 Belə vəziyyət daha bir  problem yaradır:  mövcud televiziya, mətbuat, sosial şəbəkə  narahat, qayğılı  auditoriya formalaşdırır. Məsələn, yazıda haqqında bəhs etdiyimiz  kliplərdən birinin  ifaçısı verdiyi aşıqlamada oxuduğu diringinin qısa müddətdə 5 milyondan artıq izləyici cəlb etməsini, hətta Türkiyədə məşhurlaşmasını    məmnunluqla ifadə edib.

Uzeyir Mehdizadənin “Yaxsi olar” klipinin izləyicilərininvə bəyənənlərin sayına baxın.

Ciddi saytların birində  axşam oxumuşam. Yazıblar: “Düşmənlər” adlı yeni klipini təqdim edən gənc ifaçı maraqlı obrazda kamera qarşısına keçib…

… Aysun qara dekolteli geyimdə bütün diqqəti öz üzərinə çəkməyi bacarıb”.

Məcbur olub yotubedə həmin  klipi izlədim… Klipi bəyənənlər 306 015 nəfər, bəyənənlər 7,6 min  nəfər, paylaşanlar isə  957 nəfər  olmuşdur, özü də cəmi  bir həftə ərzində.

 Axtarıb klipin sözlərini də tapdım.  Əhəmiyyət vermədən keçə bilərdim.  Onsuz da:

   Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

 Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!..

                                                         M.Ə.Sabir

Amma burası var ki,  haqqında bəhs etdiyimiz  kliplər, şou müğənniləri çoxdur. Onların formalaşdırdıqları auditoriya üçün narahat olmaq lazımdır.  Baş verən  neçə-neçə  acı hadisəin bir  səbəbini də   belə cılız nümunələrin  oyatdığı   təsirlərdə axtarmaq lazımdır. 

Klipdəki mahnının  mətninə baxın:

Düşmənlər

Söz/Mus: Elçin Ağalar Məhərrəmov

“Bir Allah bilir nələr çəkdiyimi

Niyə bu həyat bir gün alır verdiyini

Can atdım olmazlara

Yol saldım çıxmazlara

Düşdüm arxanca sən hara məndə oraa…

Aç üreyinin qapılarını gizlət məni orda

Qaç qoru bizi her şeydən düşmənlər yaxında

Gəlmezsən əgər zamanında

Meni tapa bilməzsən buralarda…”

 Qeyd: Mətni mənbədə  necə verilib, o şəkildə də təqdim edirik.

   Şou-biznes məkanında  1-2 günün içində xit “mahnı”ya  çevrilmiş bu diringidə insanı ucaldan, saflaşdıran, daha gözəl arzulara, əbədi səadətə  aparan sevgidən söhbət belə, gedə bilməz. Sadəcə, cismani   həzz üçün acizanə  yalvarışlar var: “Olmazlara” can atan,  “çıxılmasına” inamı olmayan  bəs   nə edə bilər ki, nəyə nail ola bilər, hara çıxa bilər ki?

Musiqi tənqidçiləri, ekspertlər, pedaqoq, psixoloq, kulturoloqlar  belə məsələlərə nəzarət etməli olan şəxslər  susur,   nəticədə  mətbuat, özəl telekanallar  onlar üçün çox ucuz və asan başa gələn  verilişlərə,  dolanışıq sənətçilərinə  yer verirlər… Nədir bu “maraqlı obraz”?  Kimə lazımdır bu obraz?

Ona görə də gündən-günə musiqimiz diringiləşir, şou nümayəndələri heç bir   əndazəni  gözləmirlər.

Baxın,  bu gün  belə diringilərlə necə auditoriya formalaşdırılır ?!  Davam edir  “səlib yürüşü”…

 Canı, ruhu  indi təqdim edəcəyim   bir-birindən gözəl xalq mahnıları, muğam və saz havaları ilə  havalanmış, ovsunlanmış  bir qədər yaşlı nəslin bir tükü belə tərpənməz. 

Mənzəri

Qərənfil abı gərək,

Yar yarın babı gərək,

Zərrəcə eşq olanın,

Dərya qədər tabı gərək.

Necə-necə ərz eləyim məğzimi yarə,

Ərzimi bənd eləyib eləsin çarə,

Necə-necə şərab olur üzüm suyundan,

Bəsləsən atlas olar tut yarpağından.

Aşiqəm, gözdə qara, göz qara, qaş qara,

Yolunu gözləməkdən qalmayıb gözdə qara,

Səbr elə, halva bişər ey qora səndən,

Bəsləsən atlas olar tut yarpağından.

Necə-necə şərab olur üzüm suyundan,

Bəsləsən atlas olar tut yarpağından..

Bəh-bəh, necə ümidli  eşq:

Qərənfil abı gərək,

Yar yarın babı gərək,

Zərrəcə eşq olanın,

Dərya qədər tabı gərək.

Yuxarıdakı klipdə  aşiq-məşuqun  sevgi qənaətləri hara,  xalq mahnəsındakı abırlı-həyalı eşq hara?

                                                                      Davamı var….

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı