İbrət

Daşrat Manchi Hindistanın Bihar əyalətinin Qaya şəhəri yaxınlığındakı Qaxlaur kəndində yaşayırdı. Bu ailə Aşağı Musahara kastasına mənsub idi. Onun kəndindən ən yaxın şəhərə çatmaq üçün 70 km məsafə qət etmək lazım gəlirdi. Bu kənddə həmin vaxtlarda elektrik və su sa yox idi. İnsanlar olmazın əziyyətlərini yaşaçağa məhkum idilər. Ən kiçik ehtiyaclar üçün ən yaxın şəhərə ya 70 km yol getməli idilər, ya da qarşıdakı Qahlaur dağını partladaraq ordan yol çəkmək lazım gəlirdi.
Bir gün Daşrat Manchinin həyat yoldaşı Falguni Devi dağın o biri ucunda odun kəsən ərinə yemək apararkən yıxılır və və onu yol olmadığından həkimə çatdırmaq olmur. Bu hadisə Daşrat Manchini Qahlaur dağından yol açmaq niyyəti yaradır və Daşrath Manchi təkbaşına qayaları yarıb Atri ilə Vəzirqanc arasındakı məsafəni qısaltmağa qərar verir.

Həyat yoldaşının taleyinin başqasının başına gəlməsini istəməyən Dasrath təkbaşına Qahlaur dağını yararaq uzunluğu 70 km (360 fut), eni 9,1 m (30 fut) və 7,6 m (25 fut) olan keçidi kəsdi və 22 il (1960-1982) hər gün işlədi. Daşrath Mançhinin külüngü iyirmi beş fut hündürlüyü olan Rahad dağını iki hissəyə böldü. Mançhi əfsanəvi sevgi hekayəsini 30 fut enində və 365 fut uzunluğunda bir yolda yazdı və bu gün də insanlar o ölməz sevgi hekayəsindən danışırlar. Bu gün də Qahlaur təpələrindən keçərkən Dashrath Mançhi və Falquninin nümunə olmuş sevgi hekayısini mütləq xatırlamalı olurlar: yolboyu. onun külüngünün səsini eşidirlər.
Daşrath bu yolu düz 22 ilə tamamlayır. Külüngünü alaraq Fərhad Büsütünu çapan kimi sıldırım qayalı dağın sinəsini parçalayaraq yol açır. Nəticədə, Qaya Atri və Vəzirqanc mərkəzlərinə gedən yolu bir neçə dəfə qısaltdı, təxminən 40 km.


O, bu 22 il müddətində gördüyü işi tarlasında işlədikdən sonra etmişdir. Çox vaxt da işləməyə axşamlar gedərmiş. Laqeyd yerli hökumət Daşratha 1 qəpik də pul ayırmadı, nə də hansısa formada bir köməklik göstərmədi. Əksinə, çoxları onu “dəli” adlandırıbdı. Amma Dashrath onu dəli adlandıranlara cavab olaraq demişdi: “Əvvəlcə kəndlilər deyirdilər ki, mən dəli olmuşam, lakin onların rişxəndləri cəsarətimi daha da artırdı.”
Bu sadəlövh hindli gec də olsa, hədəfinə çatdı. Artıq buradan piyada şəhərə cəmi bir saata getmək olur. Bütün Hindistan indi onun haqqında “Dağ yıxan adam” kimi danışır.
Dasrath Manjhi 17 avqust 2007-ci ildə xərçəngdən vəfat etmiş, Bihar hökuməti ona ehtiramlı dəfn mərasimi vermişdir.
26 dekabr 2016-cı ildə India Post “Biharın məşhur insanları” seriyasında Dasrath Manjhanın portreti olan marka buraxılmışdır.
2010-cu ilin iyul ayında hind kinorejissoru Maniş Jha Dasrath Manjhinin hekayəsi əsasında “Manjhi” filmi çəkmişdir.
21 avqust 2015-ci ildə hind kinorejissoru Ketan Mehtanın Daşrathın həyatından bəhs edən “Manjhi: Dağ Adamı” biopik filmi bütün dünyada nümayiş olunmuşdur. Və yolun başlanğıclnda bu əfsanəvi insana abidə kompleksi yaradılmışdır.



Qeyd: Yazı internet məlumatları əsasında hazırlanmışdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.