Sevgi gözəl bəladır

Leylidən sormuşlar :

-Məcnunmu səni daha çox sevdi, yoxsa sənmi?

 Leyli demiş:

-Əlbəttə ki, mən daha çox sevdim..!  

Hər kəs bu cavaba  heyrər etmişdir. Leyliyə demişlər ki,    o,  sənin eşqindən çöllərə düşdü, ağlı-huşu getdi başından. Niyə sən çox sevirsən ki?

Leyli demiş:

-O, eşqini deyə bildi, hər kəsə anlatdı,    içini boşaltdı.. Mənsə heç kimsəyə söyləyəmmədim, ürəyimdə   saxladım:

…Nə yazmağa namə ixtiyarım,

 Nə etməyə ərz razdarım.

Qönçə kimiyəm məni-pərişan,

 Ağzım tutulu, içim dolu qan…

-İndi deyin: kim daha çox sevib  ?

 Onda   adamlar deyib ki,  qoy busuala   Mövlana həzrətləri cavab versin.  Mövlana da belə söyləmiş:

– Bir sirr kimi sevsən, arzuların tez gerçəkləşər,

Toxum yerdə gizlənərək böyüyür.

-Sevgini dilə gətirməzlər, sevgidən danışmaq olmaz.

Sevgini yaşamaq var. Sevgidə için-için ağlamaq, hönkürmək  var. Bu göz yaşları sənə bəsdir..!

-Sevgi; susmaqdır, ey məhbub!…

Mövlanənin sözlərindən sonra hər kəs bu dərin mətləbi  dərk edir:

– Dərin və əsrarəngiz olan hər şey susur…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı