Mövqe

Son günlər kütləvi informasiya vasitələrinin manşetlərində diqqəti cəlb edən mövzulardan biri də Fransanın Evian-le Bən şəhərində məşhur Azərbaycan şairəsi Natəvanın ucaldımış heykəlinə qarşı törədilmiş vandalizm hərəkətləri törədilib, abidənin üzərinə boya atılıb.
Xatırladırıq ki, 2017-ci ildə İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində — Leman gölü sahilində “Azərbaycan Parkı”nın rəsmi açılış mərasimi olub. Parkda eyni zamanda “Dostluq” bulağı və XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın heykəlinin (Heykəlin müəllifləri: Salhab Məmmədov və Əli İbadullayev) də açılış mərasimi olub.
Fransanın “Le Messager” nəşrinin məlumatına görə, 2023-cü il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.
Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb.

Fransa Azərbaycanlıları Koordinasiya Şurası Evian-lö Bən şəhər meriyasına etiraz edib. Azərbaycan dövləti bu məsələni ciddi olaraq diqqət mərkəzində saxlayır. Amma hər bir Azərbaycan vətəndaşı belə hadisələrdən hiddətlənir.
Qəribədir ki, siyasi sahədə Azərbaycanın uğurlarına qarnı ağrayan Fransa indi də mürtəce siyasətini mədəniyyət və incəsənət sahəsinə də keçirib. Özü də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan UNESCOnun İqmətgahı məhz Fransanın paytaxtı Parisdə yeləşdiyi halda. Mən də sadə bir vətəndaş olaraq baş verənlərdən təsirlənərək öz fikirlərimi bildirmək istəyirəm.
Görkəmli şairə Natəvanın həmvətəni – ” Armed Mişel”, “Fraji”, “Xarqo” və başqa adlarla Fransanən azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, misilsiz qəhrəmanlıqlar göstərmiş Əhmədiyyə Mikayıl oğlu Cəbrayılova Fransanın Milli Qəhrəmanı adı verilib və “Fəxri legion” ordeni ilə təltif olunub. Bu orden hərbi paradlarda, rəsmi keçidlərdə ona generallardan qabaq getmək hüququ verirdi. İndi bu xalqın qadınına, onun abidəsinə belə yanaşmaq özünü mədəni sayan fransızları heç edir. Onların saxta humanizmini bəlirtələyir.
Guya fransızlar dünyanın ən nəzakətlixalqlarından biri sayılır: lap birincisi hesab edənlər də var. Bir yazıçı bunu sübut etmək üçün demişdir ki, bu yaxınlarda Parisin köhnə bir qəbristanlığında üzərinə adamı heyran qoyan bir yazıya rast gəldim. Məzar daşınının üstündə yazılmışdı: “Mənim istirahət yerimə yaxınlaşanda ayağa qalxıb sizi salamlamadığım üçünüzr istəyirəm”
Kosmetik vasitələrlə zahiri təbəddülat yaratmaq olar, amma əxlaqi-mənəvi gözəllik, əsl humanizm və demokratik dəyərlər olmadan kimlərinsə özlərini mədəni, demokratik ölkə saya bilməz.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.