Mövqe

Son vaxtlar cəmiyyətdə  tarixi keçmişimizə,  ədəbiyyat və mədəniyyətimizə, onu yaradanlara qarşı  öz  məhdud  dünyagöşləri hüdudlarında baxan diletantlar dəstəsi yetişməkdədir.  Məsələn,  bir vaxt sosial şəbəkələrdə  Cəlil Məmmədquluzadənin ədəbi irsinə dil uzadılmışdı. Guya  Novruzəli  obrazı  ilə yazıçı  xalqımızı rusdan, ermənidən aciz, savadsız  təsvir edib, Novruzəlinin timsalında xalqımızı mütilər  qalerayasına itələyib və sair.

Daha sonra  M.Ə.Sabirin şeirlərini   yığışdırmaq təklifi səsləndirildi. İddia da bu idi ki,  Sabirin  şeirləri antipedaqojidir,   bu əsərlər məktəb dərsliklərin salına bilməz və sair.

İndi də  milli bəstəkarlıq məktəbinin özülünü qoymuş, Azərbaycan musiqisi tarixində ilk operanı  yazmış Üzeyir Hacıbəyovun  “O olmasın, bu olsun”  operası əsasında   çəkilmiş  eyniadlı film haqqında  həmin  fikirlər səsləndirilməkdədir. Guya belə filmlər erkən nikahların təbliği  anlamına gəlir  və təklif olunur ki, filmin  yayımına  qadağa qoyulsun. Ədəbi ictimaiyyətə  daha çox  şair, nasir və  tərcüməçi  kimi tanınan Baba Vəziroğlunun bu   mübahisələrə      bildirdiyi münasibət   də həmin  baxışlar arasındadır

(Bax:

https://www.facebook.com/search/top/?q=%20Baba%20v%C9%99ziro%C4%9Flu).   

Şair   böyük şəxsiyyətlərin həyatına, onların yazdıqlarına  bu cür yanaşmaları   haqlı olaraq doğru hesab etmir.  Göstərir ki,  kino bir xronikadır, sadəcə, sənət həmin xronikanı əks etdirir. Keçmişi təhrif etmək olmaz: “keçmişə qulp qoymaq bekar qalmaqdan irəli gəlir”. Baba müəllim, hətta müəyyən mənada Üzeyir bəyə  müəyyən rakusda  haqq da qazandırır ki,  əski dövrlərdə  9-12 yaşlı qızları ərə verirlərmiş. Üzeyir bəy  isə Gülnazı 14 (?) yaşında göstərib. Yəni,  qızları həmin dövr üçün  məqbul sayılmış yaş həddindən  bir neçə yaş da sonra ərə verməyi  tövsiyə edib. Amma  Baba müəllim Üzeyir bəyin  əsas ideyalarına  münasibət bildirilməyib və yaxud  ziddiyyətli fikir bildirb. Şair deyir ki, “Guya Gülnaz evdə qalıb nə edəcəkdi? Universitet oxumur, pioner, komsomolçu, partiyaçı deyil. Gülnazdır də, evdə oturub. Qoy evində oturmasın, getsin Sərvərin evində otursun”  Belə fikirlə razılaşmaq olmaz.  Dünyanın axırı deyil ki, “  hər qız bir oğlanındır”, qoy onlar oxusunlar, peşə, sənət öyrənsinlər,  mənəvi cəhətdən bir az kamilləşsinlər. Orqanizmləri ailəlik həyatının  fizioloji baxımdan  da tibbi göztəricilərinə  öz təbii inkişaf axarında gəlib çatsın.

Şair daha sonra   “şahlar qılıncını kəsməyə qadir olan” sözün gücü ilə  böyük arzularla təhsil alan, ürəkdən sevən Sərvərə zərbə endirir: “ … Sərvər “bir həsirdir, bir də Məmmədnəsir”, avaranın biridir…?”

 

 

Baba  müəllim,  Sərvər avaranın biri olsaydı, Hadı-Bıdılarln biri olardı, tələbə olmazdı ki. Başından böyük  qələt edib  bəy qıznın sevdasına düşməzdi ki.

 Və yaxud  “…Amma Məşədi İbad gözəl, yetişmiş bir kişidir. Pulu-parası, hörməti-izzəti, evi-eşiyi… Üzeyir bəy filmin ikinci seriyasını çəksəydi, Gülnazla Sərvərin faciəvi həyatını çəkərdi ki, biabırçılıq… Əgər real həqiqəti çəksəydilər, ikinci seriyada, inanın, Gülnaz Məşədi İbadın yanına qayıdacaqdı ki, mən böyük səhv etmişəm, başım xarab olub, gərək, əvvəldən bu kişini seçərdim. Vallah, həyat budur də ” deyərək  bu xalqın illərlə yaradıb formalaşdırdığı  etik görüşləri  darmadağın edir.  Və onda  belə çıxır ki,

şair bütün Gülnazların Sərvərləri qoyub Məşədi İbadların,    “hacı”ların    yanına getmələrinə də  haqq qazandırır.

Yazının əvvəlində ədəbi əsərlərin, filmlərin tarixi xronika olduğunu,  aid olduqları dövrün  ictimai-siyasi mənzərəsini  əks etdirdiyini  bildirərək, onu yaradanlara  atılan daşlara  haqlı olaraq etiraz etsə də, Gülnazların Sərvərləri qoyub Məşədi İbadlara meyil etmələrini  mümkün sayması,  Üzeyir bəyin  bu əəsrdə demək istədiyi ideyalara ziddir. Bu əsər XIX əsrin sonu,  xx əsrin əvvəllərində Bakıda  formalaşmaqda olan  kapitalist münasibətlərinin, pulun sinifli cəmiyyətdə oynadığı pozucu  rolu, gətirdiyi faciələri

 xalqa çatdırmaq məqsədi ilə qələmə  alınmışdı. Bu  münasibətlərin  yaratdığı faciələrin  qurbanı  hər zaman qadınlar olmuşdur.   Həmin qadınları Məşədi İbadların pulları   deyl,  təhsil almaları,   gözəl ailələri     xoşbəxt edə bilərdi. Lap  sadə   əmək adamı olsun, ziyalı olsun: bunlar  birlikdə əmək  sərfetməklə  öz səadətlərini  qurub xoşbəxt yaşaya bilərdi. Çoxlu pula  sahib olmaq, əksinə,   həyatla, xoşbəxtliklə oynamaq deməkdir.

    Bəlkə də   filmin  obrazlarının  visual təsvirlərindəki  uyğunsuzluq da  əsas ideyanın yanında  o qədər də  diqqəti cəlb etməyib. Məsələn, görmədiyimiz bir şəxs haqqında  bizə  məlumat verilsə, onun məşədi olduğu  bildirilsə, biz onu xəyalımızda yaşlı adam kimi canlandıracağıq.

O dövrün məşədiləri üçün  geyim dəbi elə idi ki, geyim də  yazıq Məşədi İbadı  baba  halınna salmışdı.   Rüstəm bəyin  45 yaşı var, amma Məşdi İbaddan  qoca görünür.  Olsun ki,  aktyorlar  obrazların    vizual  görünüşlərində   mənsub olduqları silklər də mühün faktordur. Rüstəm bəy bəy-zadəgan silkinə  mənsub olduğu üçün bir az  ciddi görkəmi, bir az  ağır oturub batman gəlmələri  onları bir qədər də ahıllaşdırır.

Gülnazın isə  qeyd edildiyi kimi 14 yox, 15 yaşı var. Lap olsun  20,  50 yaşlı  bir  kişinin     qız, gəlini yaşda birisi ilə evlənməsi   mənəvi şikəstlikdir.  Bu, sevgi deyil, qoca kafirlərin  qadına  bir könül sirdaşı kimi yox, yataq  yoldaşı kimi baxmasıdır. Əgər sirdaş axtarsa idilər, 50 yaşa  həqiqi sirdaş da  elə  40-45 yaşlı  qadın/  kişi ola bilər. Kişilər daha çox  1-ciyə meyil edirlər. Deyirlər ki,  köynəyimi, corabımı yuyan olsun, isti yemək yeyə bilim.  Guya  50-60 yaşında qadın   alsalar,  onlar yemək bişirə bilməz,  köynək yuya bilməz?  Əlbəttə,  bacararlar.   Sadəcə, belə evliliklərin  qılafında  bir psixoloji pozuntu olur.  Əgər onlar həqiqi mənada  qadın əməyinə ehtiyac duyandılarsa,  elə  əvvəlki evlilikləridəki qadını qoruyardılar. Əgər həmin qadın dünyasını dəyişmişdisə, onun yerinə   həmin  qadına tən gələn qadın  gətirərdilər də.  Deməli, niyyət tamam başqa imiş: cavan olsun.   Yaxşı olmazmı ki,  belə məqamlarda bir  uyğunluq, abır-həya da  gözləniləydi.  Biz 50 yaşında kişiyə 6o yaşından yuxarı   bir qadını uyğun hesab etmirik.  Gərək taylı tayın tapa… Böyük Üzeyir bəyin demək istədiyi  mətləb də elə bu idi, rejissor işi olaraq Məşədi İbadın  vizual cəhətdən effektlərlə qocalaşdırılması yox.

Mən Baba müəllimin bir çox fikirlərindən  narazı qaldığım hallar az olmayıb. Bu çıxışında da  bir çox qənaətlərini doğru hesab etməsəm də,  dediklərində  müəyyən qədər də həqiqət var. Çünki  hər xaman     internetdə  pullu sponsorlara  üz tutan   sənət adamları haqqında  yazılara rast gəlirik. Amma bunların  arasında olanlar tək sənət adamları deyil,  digərləri də var. O digərlri  qalanın o biri üzündədir.  Adətən , bizim cəmiyyətdə  daha çox   hər hansı sənət  sahəsinə mənsub  qadınlarımız və onlara   “səxavət” göstərən hacılar   qınaq obyektinə çevrilir.

Bəzən   Məşədi İbad kimi  tənhalıq girdabına düşənlər əməllərinə haqq qazandırırlar ki,  yaş bəhanədir, eşq şəhanədir. Eşq  hər zaman şəhanədir. Amma  50 yaşında kişinin növrəstə qızla nə sevgisi ola bilər?  Bəs onun yanında gəzəndə insanlar yanındakını qızı  zənn edib  çaşmayacaqmı  ?!

Bizim bir çox mətbu vasitələrimizin   də  mövqeyi narahatedicidir.  Sanki  bizim mühitdə baş verən anomaliyalara  balans yaradırlar. Məsələn,    bu yaxınlarda  saytların birində belə yazı tirajlanmışdı ki,  ABŞ-da 24 yaşlı qız 85 yaşlı kişi ilə evlənib. Və deyib ki, guya onun pulunu deyil, özünü sevib.   Səmimi olmadığına görə onun  sevgisi də  səmimi ola bilməz, olmayacaq da.  Lap  bu Çarlz  özündən cavan aldığına görə daha  15 il də yaşamaq şansı qazansa, o da ən yaxşı halda,  Miracle Poguenin də olacaq  39 yaşı. Miracle Poguenin də ərini dəfn edib, varisliyi təyinetmə müddətinəcən bir müddət  də qara geyinəcək, sonra gündən-günə cavanlaşacaq, Çarlzın pulunu saga-sola xərclyərək macəra  həyatını yaşayacaq.

 İndi qayıdaq   Baba müəllimin   Gülnazın  Sərvərlri qoyub Məşədi İbadlara  meyil etməsi haqqında dediklərinə. Əvvəla,  yazının sərlövhəsi kontekstdən ayrı verildiyi üçün  bir qədər də qıcıqlandırcı  təsir yaradıb. Amma  nə qədər   qıcıqlandırcı olsa da, kontekstdən çıxarılsa da,    hıyatda belə uyğunsuz  izdivaclara aid çoxlu    faktlar var.  Yəbii ki,  Gülnaz Baba müəllimin  dediyi şəkildə Sərvəri  saya almayıb Məşədi İbadı seçsəydi, eləcə də bütün bu  sayaq  addım atanlar,  əvvəl-əvvəl quyruq yesələr də,  sonra zopa  da yeyəcəklər. Daha sonra isə cəmiyyətdə   dul və daha digər utanc  yarlıklarla tanınacaqlar.  Azərbaycan qadınlığının həyat yolu nə qədər  keşməkeşli olsa da,  öz ləyaqətli və şərafətli ucalığına   məhz əxlaqi keyfiyyətlərinə görə  gəlib çatmışdır.

 Onlar elə mənəvi dəyərlərə malikdir ki, dünyanın  heç bir ölkəsində  belə dəyərlər bu qədər möhtəşəm deyil. Azərbaycan  ərlərini qürurlu edən ən üstün keyfiyyətlərdən biri də  məhz Azərbaycan qadınıdır.

 Böyük İstiqlal şairi Əhməd  Cavad  müəllimlik edərkən  Mircəfər Bağırov onlara qonaq gəlir.  Şükriyyə xanım padnosda çay gətirərkən  1-ci stəkanı ərinin qabağına qoyur.   M.Bağırov da buna heyrət edir.  Çünki Şükriyyə xanım çox böyük  imkanları, hökmü olan  Bağırovdan sadə müəllim və şair olan həyat yoldaşı  Əhməd Cavadı əvvəl tutmuş, ilk olaraq çayı onun qabağına qoymuşdu.

 Deyirlər k, Əhməd Cavad həbs olunandan sonra M.Bağırov  Şükriyyə xanıma  boşanmağı təklif edibmiş. Deyibmiş ki, yoxsa səni də həbs edəcəklər.  Hələ bir Şükriyyə xanımın cavabına baxın:

– Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə, atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram.

 Və  sonrası da məlum : Şükriyyə xanımı da həbs edib, Qazaxıstana sürgün edirlər.

“Çox gedib  qayıtmaynlara  damğa ünvan olan ” sürgün yollarında  sərxoş zabitlər qadınlara  təcavüz  edirmişlər.   Şükriyyə xanım da  həmin  vaqonun  sürgün sərnişini idi. O,  bütün yolboyu bədənini murdarlayıb namusunu zabitlərdən qorumuşdu. O alçaqlar  Şükriyyə xanımın, Azərbaycan  qadınının malik olduğu namuslu adı dəyərləndirə bilməzdilər, amma xalqımız dəyərləndirir,  üstündən  70-80 il keçəndən sonra  biz indi   bu ləyaqətə tapınır, qadınlarımızı, qızlarımız belə görmək istəyirik.

Davamı var….

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı