Təbriklər

Saytımızın ən canıyanan pərəstişkarlarından biri bir az əvvəl sms-lə yumorvari inciyini yollamışdı. Demə, onun ad günü imiş. Bir az bizdə də günah olsa, bir az da mənim utanmağəma görə, Markın cavabdehliyi var. Çünki kimin ad günü olursa, 1 gün öncə xəbərdar edir, biz də iki daşın arasında təbrikimizi hazırlayırıq. Neynək, geçikmiş olsa da, lap təbrik etməsək də, ehtiramımız əbədidir.

Qadınları bütün bayramlarda təbrik etmək olar. Elə hamını da. Amma özəl təbrik etiketləri də var ki, bunlar Ad günləri , peşə və mənsubiyyət bayramlarıdır. Məsələn, qadındırsa, Qadınlar Günü, müəllmdirsə, Nüəllimlər Günü, həkimdirsə, Tibb işçiləri Günü – doğum günləri də öz yerində-, təbrik etmək birbaşa xanımlarımıza ehtiram lütfümüzdür. Amma bu sıraya Bahar bayramını da mütləq əlavə edərdim. Çünki Baharın möhtərəm qadınlarımızla ortaq cəhətləri çoxdur: Ətir və rəng, təravət və gözəllik , həmçinin hər ikisinin nikbinliklə dolu assosiativlikləri tən gələr.
Ayağınız hara dəysə, hətta bu məkan səhralar olsa belə, laləzarlığa çevrilir.




Necə səmimi ifadə edib Cavid əfəndi:
Qadın Günəş, cocuq…Ay! Nuru Ay Günəşdən alır,
Qadınsız ölkə çabuk məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur bu cahan…
O bir mələk…onu təqdis edər böyük yaradan.
O çox sevimli, gözəl, incə,nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət,
Qadın gülərsə, bu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Azərbaycan Qadını bir vəfa rəmzidir. Sədaqətiniz hər birimizin xatircəmlik zirvəmizdir. Siz nəinki bir proletarı, bir ailəni, həm də həyatımız motivasiya edirsiniz. Siz olmasanız, hər ev, hər ürək, hər hiss, hər xoşbəxtlik anı yarımçıqdır. Siz gərək onları himayə edəsiniz. Yoxsa heç kim səhərə can atmaz…Yoxsa heç kim gül tərəfə çevrilməz, güllər də oğlanlar tərəfə çevrilməz….
Siz bir bəxtəvər proletarian, nəhayət ki tapıb qovuşduğu parası, bir yavrunun mələk annesi, bir qardaşın bacısı, adınıza, şöhrətinizə layiq kiminsə rəfiqəsi/dostu, bir gözəl ailənin gəlinisiniz….
Ad gününüz mübarək….
Daşıdığınız müqəddəsliklər halalınız olsun. Qadınlığın səadətini doyunca dadasınız…
Hörmətlə : anaveushaq.wordpress.com

P.S. Bu ad günü təbrikini Sizin şərəfinizə bütün qadınlarımıza aid edirik.