Yumor

Nə deyirlər-desinlər, qəhqəhə ən yaxşı dərmandır. Niyə gülürük, körpələr bəs niyə gülür kimi  bir çox gülüş problemləri üzərində araşdılma a aparılıb. Məlum olub ki,  dünyanın hər yerində gülüş eyni mənbədəndir, eyni cürə yaranır, eyni cürə davam edir. Bəs gülmək haqqında daha başqa nələr bilirik?

1. Başqaları ilə bərabər olduqda, yalnız olduğunuzdan  30 qat daha çox gülürsünüz. Gülməyin yoluxucu olduğunu deyənlər haqlı!

2. Tez-tez və ürəkdən gülmək orqanizminizin xəstəliklərlə mübarizə etməsinə yardımçı olur. Gülmək orqanizmdə kortizol səviyyəsini salaraq stresin azalmasına kömək edir.

3. Özünüzü gülməməyə məcbur etməyə çalışsanız belə, bu, faydasız olacaqdır. Siz “gülmürəm”,- deyə bilərsiniz, amma beyninizi aldatmaq mümkün deyil.

4. Gülmək olduqca yaxşı məşqdir! Gülərkən  yüzə, mədə və diafraqma əsəblərinizi gücləndirirsiniz. İdman salonunun yerini tutmaz, ancaq bir az gülmək orqanizmə  çox müsbət təsir edir.

5. Gündəlik həyatınızda bədəninizi sağlam tutmaq üçün içdən gələn 15 dəqiqəlik  gülüşlə 40 kalori enerji yandırmış olacaqsınız. Pəhriz bilməz gülüş!

6.  Yerindən, səbindən asılı olmayaraq,  15 dəqiqə gülmək ömrünüzü 2 gün artıra bilər. Gülərək uzun yaşaya!

7. Səhərlər qəhvə içməyi sevmirsiniz,  heç problem deyil. Oyandıqdan qısa bir müddət sonra gülmək bədəndə bir fincan qəhvənin  gətirdiyi təsirə oxşar hiss yaradır. Hər  səhər yuxudan qalxdıqdan sonra gülməyi yaxşıca güldükdən sonra  necə canlandığınızın fərqinə vaınr!

8. İstər inanın – istər inanmayın, amma gülməyin də bir elmi var. Gülmək elmi və gülməyin orqanizmə təsiri “Gelotologiya”   adlanır.

9. Dünyadakı gülən tək varlıq insan deyil. Müəyyən edilməsi çətin olsa da,  bəzi heyvanlarda da gülmək bənzər bir hərəkət vardır. Heyvan dostlarınızı izləməyə başlayın. Sonda sizə gülümsəyirlər.

10. Uşaq və yeniyetmələrlə aparılan işlərə nəzər salarkən uşaqların böyüklərə nisbətən 3 dəfə daha çox gülmə meylində olduğu sübut  edilmişdir. Bir uşaq kimi təsəvvür edin və özünüzdən bir az zövq almağı öyrənin!

11. Bir insan gündə təxminən 13 dəfə gülür, ancaq bu gülüşlərin çox az qismi zarafat və ya təbii olaraq keçirilən təbəssümlər. Çox vaxt təsadüf olan və gülməli olması planlaşdırmayan şeylərə gülürük.

12. Gülmək  fərdlər arasında ani bir əlaqə yarada bilir. Bir qrup olaraq, ya da başqasıyla birlikdə gülərkən, bu insanlarla təbii bir əlaqə qurulur və yeni insanlar ətrafında olmaqdan irəli gələn sosial stresin bir qismini yüngülləşdirmiş olur.

13. Uşaqların böyüklərdən daha çox güldüyü ,  qadınların da  kişilərə görə gülməyə daha meylli olduqları müəyyən olunmuşdur.

14. Təbəssümlü çöhrə  təbəssümlü niyyətlərə, təbəssümlü əməllərə şövq gətirər. Yoxlamaq çətin ki deyil)))

15. Gülmək, həqiqətən, yoluxucudur. Tədqiqatçıları  niyə gülməli bir andan sonra tez-tez qəhqəhə səsi işlədiklərini maraqlandırıb? Əslində, gülməyin mənbəyinin harada olmasının bir əhəmiyyəti yox. Onu eşitmək belə bizi güldürməyə yetir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!