Gülüş/təbəssüm həyat iksiridir, sevgidir, ümiddir

Nostalji

Məni istəsəniz döyün, ɑmmɑ burɑxın istədiyim kimi gülüm.

Molyer

Bahar sənsiz (Gülə bilməz, gülüm…)

Musiqisi / Music : Rauf Hacıyev (1922-1995)
Sözləri / Lyrics : Ənvər Əlibəyli (1916-1968)


Səni qəlbimdə, gəzdirib hər an.
Eşqimiz bilməsin, dedim, hicran.
Ala gözlü yarım mənimkisən, bildin!?
Sənin eşqindən, ay aman, ağladım-güldüm…

Nəqərat:
Gülə bilməz, gülüm, bahar sənsiz.
Ürəyim od tutub, yanar sənsiz.

Gördüm o xurşidi-hüsnün ixtiyarım qalmadı,
Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Ay… Füzuli… il qəm o əqyarin oldu yar üçün
Suzi dildən qeyri bir dilsuz yarım qalmadı.

Aman, aman… aman… aman…
Yarım aman, aman… yarım, qalmadı…

Dönmərəm heç sözümdən, ey canan.
Getmə bir an gözümdən, ey canan.
Səndən ilham alar mənim könlüm,
Məni səndən, inan gözəlim, ayırmaz ölüm.

Gülüş/təbəssüm  insan hisslərinin emosional ifadəsidir.   Gördüyü, duyduğu, qarşılaşdığı yaşam məqamlarına cavab  reaksiyasıdır. Dünən   Gülüş  günü idi. Amma  bu, gülüş bir az fərqli gülüşdür. Biz bu günü uşaq olan vaxt  “Adam aldatma Günü” kimi  bilirdik.     Aprelin 1-nə  2-3 gün qalmış  beynimizdə  proqramlaşdırardıq ki, kimsə bizi aldatmasın, amma  özümüz kimi aldadaq. 

 Bunda zərrə də  ələ salmaq, aşağılamaq niyyəti olmazdı, sadəcə,  ssenari, süjet qurmaq məharətimizi yoxlayardıq ki, kimisə   gerçək olmayan məlumata  inandıraq. İnandıra bilsəydik, yumor ovqatımız   fəallaşacaqdı,   təmiz gülüş yaranacaqdı.  Amma getdikcə bu Gülüş günü vulqarlaşmağa başladı.  Bundan sonra  kimsə kimisə aldatmağı  ağıllı, mənalı  addım hesab etmədi, özünə sığışdırmadı. Bu yanaşmaya bir az da utancaqlıq   əlavə olundu. Aldanılmış şəxs də aldadan şəxsə çəpəki baxmağa başladı. Bu epizoda şahid olanlar, eşidib bilənlər aldadana toxunmasalar, dava demirəm ha, qınaq  nəzərdə tuturam, aldadılana güldülər. Üzə deyilməsə də,  belə vəziyyətlər gülünc, axmaqlıq  kimi  düşünülməyə başladı.

Əksinə, mən bunu iradəyə xidmət edən yumorlu test hesab edirəm.  İnsan   aprelin 1-i gələnə kimi özünü   diqqətli olmağa motivasiya edirdi ki, kimsə tərəfindən aldadılmasın. Və aldada bilməyən şəxsin özü utanıb özünün ironik gülüşü ilə   özünə təsəlli olardı. O vaxtdan 40-50 ildən artıq keçib,  indu bu günü biraz modernləşdirib Gülüş  Günü adlandırıblar.

 Amma nə olar, insanlara gülüş  əyləncə  üçün  deyil, qol-qanad açıb uçmaq üçün nəsib ola.  Onda bu gülüş mütləq   rifah və rahatlıqdan  nəşət etmiş  gülüş olacaq. Onda bu gülüş daha gözəl nələrinsə  pərvazlanması üçün qanad olacaq. Çünki hər şey gülüşdən

başlayır.  Mövlanə deyərmiş ki, bir insɑnın neə güldüyündə tərbiyəsini, nəyə güldüyündə isə zəkasını və səviyyəsini ɑnlɑrsınız.

 Dünən   Gülüş günü ilə bağlı paylaşmamız olmuşdu.  Fəqət, indi  paylaşacağımız gülüş/təbəssüm  isə  tək  aprelin birində deyil, hər gündə, hər anda insana lazımdır, onu ümidli etmək üçün, müqəddəs, gözəl olana yönəltmək üçün. Parkda təsadüfən qarşımıza çıxan  bir körpə bu təbəssümü yarada bilər. Kinsə sizə.yazud sizisə kimə qayğılı  münasibətiniz  minnətdarlıq təbəssümü yarada  bilər…

…Bu yurdun  gözəl oğlanı da çox, gözəl qızları da.  İşdə, təhsildə,  nəqliyyatda  davranış etiketləri səmimiyyət yarada bilər, təbəssüm yarada bilər. Sonra bu  xəfif təbəssüm səssiz simfoniyaya çevrilib iki ürək mülkünü sarar, sonra iki  nəslə  keçər…

 Niyə də olmasın ki…

 .