Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

Bizim xalqın mənəvi-əxlaqi sərvətləri, inkişafa, tərəqqiyə yönəli meyilləri hər zaman qibtə ediləcək olub. Məşhur rus filosoflarından olan R.Y.Çaadayev “Dünyaya hər cür işıq Şərqdən yayılmışdır” deyəndə, yəqin ki, nəyəsə əsaslanmışdır.
Bəli, əsrimiz texnologiyalar əsridir. Azərbaycanın XXI əsrin inkişaf etmiş ölkələri səviyyəsinə çıxması üçün onun ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələrin elm təcrübəsinə müraciət etməsi lazımdır. Bunun üçün Azərbaycanın həm maddi sərvətləri, həm də intellektual insan ehtiyatları var.
Dövlət başçımız cənab İlham Əliyev öz çıxışlarında dəfələırlə bəyan edib ki, biz neft kapitalını insan kapitalına çevirməliyik, neft kapitalını intellektual gənclərin hazırlanmasına yönəltməliyik. Amma nə qədər müasir dünyanın mütərəqqi inkişaf tempinə inteqrasiya olunmaq istəsək də, öz Milli Təhsil Konsepsiyamızı zaman-zaman yaranıb formalaşmış maarifçilik ənənələrimizin, əxlaqi-mənəvi dəyərlərimizn bazasında formalaşdırmalıyıq.

Keçən əsrin 50-ci illərində dağıdılmış, viran qoyulmuş Yaponiyanın qarşısında ərazilərini bərpa etmək, iqtisadiyyatı dirçəltmək kimi ciddi vəzifələr durudu. Yaponiya bu məqsədlə yeni texnika və texnologiyaların dilini mənimsəmək, bunları öz ölkələrinə gətirmək üçün hər il xaricə 50 “təhsil qrupu” göndərmişdir. Qısa müddət ərzində artıq Yaponiyada 18 000 yüksəkixtisaslı kadr bazası yaradılmışdı və bu gün Yaponiyanın dünya düzənindəki mövqeyi hər birimizə məlumdur.
Nəhayət, xalq xakimiyyətini xalqın aşağı silkinə mənsub adamlar hesabına yeniləmək lazımdır. Eləcə də Millət vəkilliyinə namizədlərin irəli sürülməsi, seçki kampaniyası, seçmək və səslərin hesablanması, bütün bunlar aşkarlıq və ədalət şəraitində keçirilməlidir. Yoxsa, rayonun icra strukturları dairə seçki komissiyalarını, onlar da özlərinə uyğun seçki məntəqələri formalaşdıracaq və yüz cürə təqib və təhdidlə istədikləri namizədləri seçdirəcəklər. Sən bunu sübut edə bilməyəcəksən, lap dərinə getsən, kobud şəkildə özün zərəsizləşdiriləcəksən. Bəs bu, demokratik oldumu?
İnsan amili seçki məntəqələri, seçki dairələrindən, səslərin hesablanması, nəticələrin emal edilməsi prosesindən tamam götürülməyincə, kimsə seçkinin ədalətli, demokratik keçirildiyini ürəkdən qəbul etməyəcək.Dildə deyənləri olsa da, bunu başını salamat saxlamaq üçün deyəcək.
Axı dünya belə getmək istəmir, axı ən supergüc adlandırılan ölkə zor gücü ilə mövcud ola bilməyəcək.
Hər namizədliyi verilən elə ilk addımında da deputat seçilməməlidir. Razıyıq, amma seçilənərdən seçilməyənlər cəmiyyətdə daha rəğbətlə qarşılanır. İnsanlar deputatları ancaq mətbuatda , internetdə doyunca güldükləri açıqlamaları ilə tanıyırlar. Bunların işi budurmu? Biz hələ insanların qaynar yerində vəkillik etdiyini görmədik. Amma maaşlarının artırılması üçün çalışırlar, yaxşı kompüter istəyirlər, benzin limitinin artırılmasını istəyirlər, guya başqa ölkələrin millət vəkilləri ilə keyfiyyətli əlaqə yaratmaq istəyirlər. Guya seçiıdikləri ərazidə ən azından ayda 2-3 dəfə olacaqlar…
Hər kəs Lider ola bilməz. Dünyada belədir. Kimsə təsadüfən, zorla, lap yanlış seçimlə hakimiyyətə yol tapa bilər.Lap iranilərin aldadaraq hakimiyyətdə gətirdikləri Yusif Sərrac kimiləri də ola bilər. Tarixdə bunların hər biri olub, amma etibarlı olmayıb, davamlı olmayıb, xalqa onların arzuladıqlarını bəxş edə bilməyib. Lide olan kəs son dərəcə böyük keyfiyyətlərə malik olmalıdır. Üstəgəl idarəçilik məharəti olmalıdır, dünya siyasətini bilməlidir, qətiyyətli olmalıdır. Əgər sən bu xalqı sevirsənsə, bu torpağın taleyini düşünürsənsə, Lider olmaq fikrinə deyil, Liderin dövlətçilik kursuna sədaqətli olmaq, töhfə vermək nümunəsi qoymalısan ortaya. Onda biz dövlətimizi alınmaz qalaya çevirə bilərik. Mən , öz düşündüklərimi deyirəm. Xalqın lideri tez-tez seçki prosesinə cəlb edilməməlidir. Guya elə hamı Prezident ola bilər, biz də hər 3-4 ildən bir hakimiyyətdə olanı yenisi ilə əvəz etməliyik. Prezidentdən aşağı bütün səviyyələrdə bunun tərəfdarıyam. Konkret müddət təyin edilsin, vaxt tamam oldu fəaliyyətinə uyğun qərar qəbul edilsin. Yaxşı işlədiyi halda irəli çəkilə bilər, həmin işini başqa təşkilatda davam edə bilər və s.

Amma Prezident uzunmüddətli olsun, bu, həm asayişə, həm də firavanlığa daha böyük zəmanət deməkdir. Xalqın bir lideri ola bilər, amma nazirlər, komitə sədrləri, millət vəkilləri nə qədərdir. Onları doğru seçmək, xalqın seçiminə etimad göstərmək lazımdır.
Cəmiyyətdə dövlətlə xalq arasındakı etimadı daha da dərinləşdirmək lazımdır. İndi mənim özümüm alıb oturmasınlar ki, mən şübhə toxumu səpirəm. Xalq -Dövlət birliyimiz var. Əlbəttə var. Dəfələrlə xalq bunu nümayiş etdirib.44 günlük müharibə bunu bir daha təsdiqlədi, ölçü halına gətirdi ki, uğurun, qələbənin yolu budur. Mən daha da dərinləşdirmək, qorumaq lazımdır deyirəm.
Bilikli, torpağını, xalqını sevən, təvazökar, mədəni gənclərimiz çoxdur. Bu, hələ niyyətdir. Bir də var bu keyfiyyətləri gerçək həyatda qazanıb, şöhrətli həyat yolu var, xidmətləri var. Əqidəcə bütövdür, prinsipialdır, dövlət və xalq bağlarının sarsılmazlığına xidmət edəcəyi şəksizdir, buyursunlar, namizədliklərini versinlər, seçicilər də öz səslərini qorusun. Bu seçkidə alınmaz, növbəti dəfələrin birirində ki alınacaq. Amma seçilmişlərin arasında da sadə insanların tərəzisindən heç vaxt keçə bilməyəcək namizədlərə rast gəlmək mümkündür.
Təhsil sistemimizin həyatı üçün narahatedici bir məqam da bəzən məktəbin spesifik özəlliklərinin nəzərə alınmamasıdır. Məsələn, əlinə jurnalist vəsiqəsi keçən hər kəs elə bilir ki, istədiyi vaxt məktəbə, bağçaya gedə bilər. Sən məktəbə gedib neyləyəcəksən, özün güc-bəla attestat almısan və yaxud özəl ali mətəblərdən birinin. SənTəhsil qanununu, müasir təlim metodlarını və üsullarını bilirsənmi, sənin pedaqogikadan, psixologiyadan xəbərin varmı? Sən 20-30 ilin müəlliminə, məktəb rəhbərinə hansı sualı verəcəksən və s. Verə bilməyəcəksən və sən ora sağlam niyyətlə də getməmisən. Sonra da başlayırsan həmin məktəbə aid hansı problem bildiyin məsələni paylaşmağa. Elə getməmiş paylaşardın da.
1964 -1980-ci illərdə kütləvi tədbirlər istisna olunmaqla heç vaxt mətbuat və yaxud televiziya əməkdaşının məktəbə gəlməsinə təsadüf olunmazdı, nə də eşidilməzdi. Məktəb, bağça sənin üçün ticarət obyekti, nəqliyyat müəssisəsi deyil. Qapalı müəssisədir. Tərbiyə müəssisədir. Heç kimə məktəbin, müəllimin nüfuzunu aşağılamağa səbəb olacaq hərəkət etməyə icazə verilməməlidir.
Sovet dövründə dərsdən əvvəl və sonra da hər tənəffüslərdə həyətə, binaya daxil olmaq üçün neçə qapı vardı, hamısında boynu qalstuklu pionerlər dayanardı. Kənar şəxslər gələndə pioner salamı ilə qarşılayardılar. Məktəbə də,əsasən, təhsil sahəsinə aid şəxslər gələrdi: çox nadir hallarda rayon partiya komitəsinin sahə üzrə təlimatçıları, bir də arada uşaq milisi. Bəzən də peyvəndləmə olanda tibb işçiləri gəlirdilər..
İndi bilet satan, kitab satan, dərnəklərə, qruplara şagird axtaran incəsənət, idman adamları, jurnalist, polis hər kim gələ bilir və gəlirlər də. Hansısa bir insident baş verərsə, məktəb, Nazirlik səviyyəsində tədbir görülsün. Baş vermiş hadisə çox ciddi olarsa, polisin, məhkəmənin müdaxiləsi qaçılmazdısa, onda həmin əməli törətmiş müəllimin və ya məktəbdə qeyri-pedaqoji sahədə çalışan texniki işçinin polisə , məhkəməyə dəvət etsinlər, arxasınca məktəbə polis maşını göndərilməsin. Zəruri istintaq tədbirlərini aparanda da əməliyyatçıların mülki geyimdə olması yaxşı olardı. Məktəbin, müəllimin nüfuzunu tək məktəb, müəllim deyil, bütün cəmiyyət qorumalıdır.

Məktəb isə milli və mənəvi dəyərlərimizi qorumalı və yeni dəyərlər yaratmalıdır.
Elə bu yazımıza da tərbiyə məsələləri ilə bağlı fikirlərimizlə yekun vururuq.
Tərbiyə məsələsi olmadan təhsilin fəaliyyəti heç bir halda səmərəli ola bilməz. Təhsilin faydalılığını, urvatını çırtləndirir . Bütün ixtisas sahələrində ən yüksək mərtəbəyə yüksəlmiş alimi də, mühəndisi də, iqtisadçını da, hərbçini də Vətən və Xalq naminə fədakarlıq göstərməyə , daha şərəfli əməllərə bağlayan, sövq edən onun əxlaqi tərbiyəsidir. Ona görə də təlim və tərbiyə anlayışları hər zaman qoşa işlədilir.
Bu sahədə də çoxlu görülməli işlər, üzərimizə düşən vəzifələr var.
Məktəblərdə sinifdən və məktəbdənkənar fəaliyyət hiss olunmur. Şagird özünüidarə təşkilatları yoxdur, şagirdlər buna cəlb edilmir.
Sinif rəhbərlərinin fəaliyyəti tək məktəblə məhdudlaşmamalıdır. Sovet dönəmində komsomol komitələri , Pioner şuraları bu fəaliyyətləri qaydasınca nizamlayırdı, adicə MİS-lərdə tərbiyəçi ştatı vardı, Uşaq klubları vardı. Uşaqlar pioner düşərgələrinə göndərilirdi. Uşaq və yeniyetmələr daim diqqətdə idi. Onda bu işləri görməli olan şəxslər öz vəzifələrinə can yandırıdı.
Təhsil sevgi işidir. Təhsil peyğəmbərlik sənətidir. Bu fəaliyyət o vaxt səmərəli ola bilər ki, ona fitrətən müəllimlik üçün doğulmuş şəxslər xidmət etsin.
Davamı var…