Azərbaycanın əbədiyyət üfüqlərində parlayacaq ulduzlar

Baş redaktordan

Yaşamaq üçün çörək, su nə qədər zəruridirsə, inkişaf üçün, dünya düzəninə çıxmaq üçün elm, təhsil də o qədər zəruridir. Azərbaycanda vüsət alan məktəbəqədər , eləcə də ümumtəhsil müəssisələrinin tikintisi, bu müəssisələrin maddi-texniki bazasınınən müasir avadanlıqlarla zənginləşdirilməsi, istedadlı gənclərimiizin öz qüvvə və bacarıqlarını təsdiq edə bilməsi üçün göstərilən qayğı dövlətimizin və ali şəxslərimizin təhsilə verdiyi diqqətin gerçək ifadəsidir. Son vaxtlar təhsil sistemində bir çox utanc hadisələr cəmiyyəti ciddi şəkildə narahat etsə də, uğur və nailiyyətlrimizi daha çox tapınmalıyq. Bir neçə həftə əvvəl Xəzər rayonunda məktəbli qızın öz həmcinsinə qarşı etdiyi hərəkətlər cəmiyyəti silkələmişdi, indi də 23 nömrəli məktəbdə 7-ci sinifdə oxuyan qızın törətdiyi əməl eyni təəssüratı yaratdı. Bunun ardınca Bakı şəhərindəki 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Rüstəmlinin ürək sözlərinə rast gəldim. Bu qızımız buraxılış imtahanlarından maksimum nəticəni göstərib – 300 bal topıayıb. Fidan balamız deyir ki, əlbəttə, bu nəticə son deyil, ciddi şəkildə hazırlaşıram, ali məktəblərə qəbul imtahanlarında məqsədim 700 bal toplamaqdır. Eyni stimulla  hazırlaşıram. İnanıram ki, yaxşı olacaq. 11-ci sinifə qədər həmişə həkim olmaq istəmişəm. Yüksək səviyyədə tibb təhsili almağı planlaşdırıram…. O hadisəlrə də bax, bu şagirdimizin nəticələrinə və ideallarına da .Qaydalara görə, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

Martın 3-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 146 nömrəli tam orta məktəbin şagirdi Qasımova Fatimə, 257 nömrəli tam orta məktəbin şagirdi Rüstəmli Fidan, 144 nömrəli tam orta məktəbin şagirdi Rzabəyli Aydan, 118 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Fatimə, 299 nömrəli məktəb-liseyin şagirdi Ağazadə Nərmin 300 bal toplayıblar

Səki – Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər.

Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi İlyasova Zərifə Elmaz qızı, Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Teymurlu Fatimə Elmir qızı, Şəki şəhəri, Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Əliyeva Amalya Tural qızı, Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbin şagirdi Yusibov Elşən Səfa oğlu, Qəbələ rayonu, Nohurqışlaq kənd orta məktəbin şagirdi Rəhimova Səidə Ruhib qızı və Qəbələ şəhəri, 4 saylı şəhər orta məktəbin şagirdi Xancanova Lalə Elvin qızı 300 bal toplayıblar.

Hər birinin şəklini böyük maraqla, qürur duya-duya topıadım , çərçivəyə saldlm və barəlrində yazmağa qərar verdim.

Bu 1i şagirdimiz hələ məktəblidir, amma mövqeləri, müvəffəq olduqları nəticələr öyünməli göstəricilər, əxz edilməli nümunəlrdir. Şagird biliklərinin öşçülməsi, hesaba alınması və dəyərləndirilməsi bal sistemi ilə müəyyən olunur. Olsun… Bal demişkən, bir arı 100 qram bal  üçün gündə 200 hektardan çox sahəyə uçur, 300 min km yol qət edir.. Bu,məsəfə ekvator boyunca 7 dəfədən çox fırlanmağa bərabərdir. Həm də 500 000-ə yaxın çiçəyə qonub onun şirəsini çəkməlidir ki, 100 qram bal hasil edə bilsin. Onda bizim bu balalarımız indi 300, qəbul imtahanlarında 700 bal toplamaq üçün , görün, nə qədər gülün, çiçəyin dilini öyrənməlidir. Öyrənəcəksiz, tək mən yox, bu uğurunuza sevinən hər bir həmvətənimiz inanırıq. Siz və və sizin kimi bütün gənclərimiz özünüz vətənimiz üçün, xalqımız üçün balsınız.

Biz sizin hər birinizi çox yaxın gələcəkdə dünyanın, ölkəmizin ən nüfuzlu ali məktəblərinin tələbələri kimi görürük… Dünyamız salamat, canınız sağ olsun…Siz hələ çox belə zirvə fəth edəcəksiniz. Bir az da qürur duydum ki, bu şagirdlərdən üçü Qəbələ rayonundan, biri isə mənim oxuduğum və bir vaxtlar müəllimi olduğum məktəbdə təhsil alıb.

Xoş soraqlarınızı gözləməkdə davam edirik…

Qeyd: Şəkillər və məlumatlar hamı üçün açıq internet mənbələrindən götürülmüşdür.

Leave a Reply