Sevgi körpüləri və “Sevgini kilidləmək” ənənəsi ( II yazı )

Virtual səyahət

“Da Nang”körpüsü – Vyetnam

      Vyetnamın  Son Tra rayonunda  Han çayının şərq tərəfində yerləşmiş ecazkar “Da Nang”körpüsü 2015-ci ildən tanınmağa başlayıb. Bu köpü cütlüklər üçün əsl romantik görüş yerlərindən biridir.

Körpünün  özünəməxsus  poetik gözəlliyi var.  Burada  asılmış hər bir kilid bir cütlüyün romantik sevgi hekayəsidir.

“Da Nang” sevgi korpusu qövs formalı dizaynla 68 m uzunluğundadır və Han çayını keçən yumşaq ipək zolağa bənzədilir. Han çayı körpüsü ilə “Əjdaha” körpüsü arasında yerləşən unikal yeri sayəsində ziyarətçilər bu körpüdə dayanarkən şəhərin bir çox gözəl guşələrini asanlıqla görə bilirlər.

Gənclər  buraya  öz  sevgiləri  üçün dua etməyə  çox  maraq göstərirlər.  Onlar

sevgi körpüsünə gələndə özləri iləgətirdikləri  dizaynla  şərif işlənmiş  qıfılları  körpünün məhəccərlərinə və yaxud  xüsusi  dirəklərə  bağlayır,   sonra da açarı heç kimin aça bilməməsi üçün çaya atırlar. Bu inanc onları heç vaxt tərk etməyən və heç vaxt itməyən qalıcı bir sevgini simvollaşdırır.

 Körpü gecələr  daha   parlaq və romantik olur.

              “Hohenzollern” körpüsü – Köln, Almaniya 

Stansiya ilə kilsəni birləşdirən bu piyada və dəmir yolu körpüsünün tikintisi 632 il çəkib və Almaniyanın ən məşhur memarlıq abidələrindən biridir.

Əgər Almaniyaya ayaq basmaq və “Hohenzollern” körpüsündə gəzmək imkanınız varsa, keçidin hər iki tərəfində asılmış sevgi qıfılları sizi hədsiz dərəcədə təəccübləndirəcək və sevindirəcək. Bu qıfıllar Almaniyadakı cütlüklərin və xarici turistlərin sevgisinin sübutudur.

“ N Seul Tower ” – Seul, Cənubi Koreya

Koreyalılar Seul şəhərinin Namsan dağında yerləşən “ N Namsan qülləsi”ni   çox vaxt “sevgi görüşü” və ya “kilid cənnəti” adlandırırlar, çünki burada sevginin “şahidi” kimi milyonlarla kilid var.

Cənubi Koreyanın Seul şəhərində Seul qülləsinin damına yeddi süni “sevgi ağacı” qoyulub. Sevgi ağacları sevgi qıfıllarının ağırlığına tab gətirmək üçün hazırlanmışdır. Bu ağacların dizayn prinsipi metal qıfılların dözümlülüyünə əsaslanır. Problemin həllinə fayda verəcək başqa üsul da seçmişlər: bu ağacların yanına “açar vedrəsi” adlı xüsusi vedrə qoyulub ki, sevgililər kilidləndikdən sonra açarı bu vedrələrə atsınlar.  Həmçinin bu qüllənin eyvanının metal hasarları şüşə divarlarla əvəzlənib ki, insanlar hasarlara qıfıl asmasınlarə

Bura gələn sevgi cütlükləri  aldıqları  qıfıla əbədi sevgi vəd edən sözləri ilə andlarını yazır, sonra onu  bu məqsədlə ayrımış hasara bağlayır, daha sonra   sevgilərinin əbədi olacağı ümidi ilə açarı  vedrəyə atırlar. 

“İncəsənət” körpüsü – Paris, Fransa

 Dünyada “sevgi yükü”ndən  beli əyilmiş  körpülər çoxdur. Bunlardan  biri də Parisdə Sena çayı üzərində salınmış  və Luvr muzeyini çayın o biri sahilinə birləşdirən “Fanon” körpüsüdür (“İncəsənət” körpüsü də deyirlər).

Paris sevgi şəhəri kimi tanınır. Lüksemburq bağından tutmuş Sena çayı üzərindəki İl Sent-Luis adasına qədər hər yer sevgi ilə doludur. Səyahət etməyi  sevən cütlüklər üçün bu ideal yer indiyə kimi  milyonlarla gözəl eşq macəralarının şahididir.

Cütlüklərin xüsusi diqqətini çəkən başqa bir yer də var. Bu gözəl Sena çayını əhatə edən “Ponts des Arts” körpüsüdür. 1804-cü ildə inşa edilən bu yer sevgi izi buraxmaq istəyən cütlüklər üçün ideal yerdir.

Körpünün məhəccərində onlarla ton qıfıl bir-birinə asma olaraq    illərə şahidlik etməkdədir. Həqiqətən də, körpü təkcə ağırlğı  45 ton olan  qıfıllara görə deyil, həm də milyonlarla cütlüklərin emosional sevgi hissinə görə   “bükülürdü”.

“Fanon” körpüsündəki kilidin çəkisi isə daha çox olmuşdur: 93 ton. Səbəbi də məlumdur.   

Bura gələn insanlar tez-tez öz adları və sevgililərinin adları yazılmış, ürək şəklində çəkilmiş və sonra körpüdə bir-birinə bağlanan qoşa qıfıllar gətirirlər. Onların  sevgisinin əbədi olacağını göstərmək üçün  bağladıqları qıdılın açarını çaya atdalar da,  on minlərlə qıfıl zaman-zaman  bu körpüləri taqətdən salmaqdadır.

Fransa paytaxtında  şəhər hökuməti körpünün divarının zədələnəcəyindən, turistlər üçün təhlükə yaradacağından ehtiyat edərək qıfılları sökmək qərarına gəlib.

2014-cü ilin əvvəlində Fransanın “Le Monde” qəzetinin  verdiyi məlumatlara görə  

“Fanon” körpüsünə, təxminən,  700.000 qıfıl bağlanmışdır.

2015-ci ildə bəzi hesabatlarda “Hanar” körpüsündə bir milyondan çox qıfılın quraşdırıldığı  və bu körpünün birlikdə təxminən 45 ton əlavə yükə səbəb olduğunu göstərilmişdi. Bu ağırlıq təkcə bu körpünün (YUNESKO-da qeydiyyatdan keçmiş tarixi abidələrdən biridir) dağıdılmasına səbəb olmur, həm də körpüdəki insanların və körpünün altından keçən əyləncə və turist gəmilərinin həyatını təhlükəyə atırdı. Hətta, “Hanar” körpüsü  qıfılların ağırlığından əyilmiş ivə divarlarının hissələri bir neçə dəfə uçmuşdur.

Fransa bələdiyyəsinin sədri ara-sıra müxtəlif üsullarla bu qıfılları çıxarmağa çalışsa da, sonda sevgililər  qalib gəlib. Sevgililər yenə  nəyin bahasına olursa-olsun,   körpü məhəccərlərinə sevgi kilidini quraşdırmaq üçün qıfıllarını başqa qıfıllara bağlamaqda davam ediblər. 

Hətta, Parisdə sevgililərin körpüləri bağlamaq əleyhinə selfi çəkdirərək kütləvi olaraq tanışlarına göndərərək sevgilərini əbədiləşdirmək üçün “Kilidsiz Sevgi” adlı bir kampaniya təşkil ediblər.  Bütün bunların   nəticəsində,  şəhər rəhbərləri öz sərt addımlarından çəkinib,  ərazilərindəki körpülərin əlavə olaraq möhkəmləndirilməsi  işinə başlayıblar.   Bəzi yerlərdə isə  bələdiyyələr tərəfindən sevgililər üçün körpü məhəccərləri yerinə ağ lövhələr quraşdırmaq kimi alternativ tədbirlər görülüb: sevişən gənclərə    adlarını  qıfıla  deyil,  bu lövhələrə yazmağa  məsləhət görülüb: “Bizim körpülərimiz artıq sizin romantik jestlərinizə tab gətirə bilmir….”

“Sevgi köprüsü”  – Tiflis şəhəri

Bu “Sevgi köprüsü”  Tiflis şəhrindədir.  Gürcüstanın, eləcə də bu ölkəyə qədəm basmış   sevgililərin  maraq göstərdikləri, can atdıqları romantic  romantik ünsiyyət məkanıdır. sayəsində məşhurlaşan körpüdür. Dünyadakı digər “kilid körpüləri” ənənələri kimi, sevgililər bir-birlərinə olan sevgi və bağlılıqlarını simvollaşdırmaq üçün bu körpünün üzərinə kiçik qıfıllar asır, açarlarını da axıb gedən çaya atırlar.

“ Venlo” körpüsü – Hollandiya

Hollandiyanın Venlo bələdiyyəsi ilə  Paris Bələdiyyəsi arasında  dostluq əlaqələri var.   Odur ki,  Parisdə  sədələnməsi səbəbindən sökülməsinə səncam verilmiş   körpünün hissəlrinin, eləcə də  körpünün məhəccərlərinə bağlanmış qıfılların  Venloya gətirilməsi üçün Venlo Bələdiyyəsi sədrinin müavini Stepan Satijn

Paris Bələdiyyə Baş İdarəsinə yazılı şəkildə müraciət etmişdir.

İki şəhər arasında gözəl dostluq əlaqələrinin olduğunu bildirən Satijn  sevgi qıfıllarına ev sahibliyi etmələrinin çox gözəl olacağını söyləmişdir.

Parisdə olduğu kimi Venloda da şəhərin ortasından dərənin keçdiyini və bu çayın üzərində körpü salınması vacibliyini bildirmişdir.

Stepan Satijn “Des Arts” körpüsündəki yüz minlərlə sevgi kilidinin körpüyə zərər verdiyi üçün söküləcəyinə görə  körpüyə və qıfıllara  sahib çıxmaq istədiklərini  dilə gətirmişdir.

“Salzburg”  sevgi körpüsü – Almaniya

 Bu sevgi körpüsü   iki tərəfi birləşdirən bir  əlaqə vasitəsidir. Salzach, rəssam Hans Makartın adını daşıyır.

 Yol bura düşən hər kıs körpüdən keçərkən açarı körpüyə bağlayır və açarı Salzax gölünə atırlar.  Hamı yazmasa da , bir çox insanlar öz adlarını qıfıllara da yazır.

Başlanğıcını İtaliyadan götürən bu ənənə təxminən 2,5 il əvvəl Salzburqda bir nəfərin gəlib körpünün lövbərlərinə qıfıl vuraraq açarı Salzax gölünə atması ilə başlayıb. Salzburqda bu şəkildə başlayan ənənə əslində Romada və oxşar Avropa ölkələrində yayılmışdı və körpülərdə qıfıl taxmağı məşhur edən bir neçə hal var idi.

Amma köhnəlmiş qıfılların zamanla paslanması və körpünün tarixi quruluşuna və ya təmiz görkəminə xələl gətirdiyi, həmçinin paslı dəmirlərin körpünün üzərindən keçən insanların sağlamlığına ziyan vurduğu üçün  bir çox Avropa ölkəsində  olduğu  burada   bəzi qadağalar tətbiq  edilib, təxminən 250 avro cərimə. 

P.S: Bizim fikrimiz isə belədir ki, adlarını çəkdiyimiz körpülər artıq təkcə  çayın bu tərəfindən  digər tərəfinə keçmək , bir tərəfi  qarşı tərəflə birləşdirmək   vasitəsindən  daha çox   sevgi tərəfləri arasında  qovuşmaq, birləşmək assosiasiyası doğurur, yaradır. Bunun nəyi pisdir ki… Hasar deyil ki… Təki, əbədi oldun,  bu sevgidən dünyaya gələcək fərdlər  bəşəriyyətüçün, dünya üçün  gərəkli olsunlar.

Son