İbrət

Körpəsinin ölümü ilə ağlını itirən ananı qonşu kənddə yaşayan bir loğmanın yanına gətirirlər ki, onu müalicə etsin. Loğman qadını xeyli müayinə etdikdən sonra, həqiqətən də gənc ananın durumunun ciddi olduğunu qəbul edir. Ana sarsıntı keçirmiş, depressiyaya düşmüşdü.

Depressiv pozuntu dövrün ən çox yayılmış xəstəliklərindən biridir. Dünyada ən çox əlilliyə səbəb olan 3 xəstəlikdən biridir. Hər 7 insandan biri həyatının hansı bir kəsimindəsə mütləq depressiv halla qarşılaşmalı olur. İndi bu ana da övlad itkisi ilə belə vəsiyyətə düşmüşdü.
Loğman xəstənin özü ilə, onun yaxınları ilə xeyli söhbət edir, qadını səbirliolmağa dəvət edir. Deyir ki, mütləq sağalacaqsan, amma siz də mənə kömək etməlisiniz: yaşadığınız kəndi qapı-qapı gəzib, ölüm acısı çəkməmiş hər evdən bir xardal dənəsi gətirin.
Bu xardal dənələri sizn dərdlərinizə kömək edəcək. Qadın və yaxınları o gündən səbirlə kəndlərindəki evlərə düşüb qapı-qapı gəzir, loğmanın dediyi kimi, ölüm acısı görməmiş ev , doğmasını itirməmiş adam axtarırlar. Amma hər evdən əliboş qayıdırlar.
Ertəsi günü loğmanın yanında gəlir və bildirirlər ki, yaşadıqları kənddə ölüm acısı çəkməmiş bir ev yoxdur… Loğman onları dinlədikdən sonra üzünü övladını itirmiş anaya tutaraq deyir ki, qızım, gördünmü, necə, hansı cürə olmasndan asılı olmayaraq, bütün evlərin, ailələrin belə acıları var. Həyatın bir üzü sevinc, bir üzü kədərdir. Səbirli olmaq, daha ümidli sabahlara addımlamaq lazımdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.