Sevgi axtaranları, sevmək istəyənləri bir araya gətirən palıd

Maraqlı məlumatlar

Bir çox cütlüklər bir-birlərini  internet vasitəsilə   tanımışdır. Amma   hələ də  əski zamanlarda, nəqliyyatın, rabitənin  modern formaları  olmayan dövrlərdə olduğu  kimi   ünsiyyət yaradan formalara  rast gəlmək olar.

Məsələn, internet texnologiyaları insanlara   bu gün faydalı, faydasız bir çox üstünlüklər qazandırmışdır. Deyək ki, “Tanışlıq proqramları” vasitələri ilə  insanlar bütün sərhədləri, dil din fərqliliklərini keçərək tanış olur, hətta ailə də qururlar. Amma “Tanışlıq proqramları” olmayanda da  insanlar  ünsiyyət yarada biliblər,    görüşüblər də, bəs necə? Bu sualın cavablarından birini də indi  təqdim edəcəyimiz məlumatdan biləcəksiniz. Biləcəksiniz ki, Eutin yaxınlığındakı meşədə təbiət abidəsi kimi  qeydə alınmış 500 yaşlı   bir  palıd ağacı  100 ildən artıqdır ki,sevgililərini  tapmaqda çətinlik çəkmişləri,  hansı səbəbdəndə taleləri uğursuz olmuşları  bir araya gətirmişdir.

Ağac Eutindən Plön istiqamətində ayrıldıqdan qısa müddət sonra Bundesstraße 76-dan ayrılan bir meşə yolunun yaxınlığındadır və bu, işarə ilə işarələnmişdir.

Ünvan: Brautseiche, Dodauer Forst, 23701 Eutin, Germany.

Ağacın 500 ildən çox yaşı var. Magistral çevrəsi 5 metr şaxələndiyi ətraf 30 metr , hündürlüyü isə 25 metrdir.

 Ağac taxta hasarla əhatə olunmuşdur.

  Bu palıd, sanki bir    ictimai  poct  qutusudur . Çuxurdan ibarət bu qutu  paladin gövdə hissəsinin ortasında yerləşir.

Məktubları həmin çuxura   qoymaq üçün nərdivandan istifadə edilir. 

Poçtalyon Jule Engeldinger deyir: ” Bu ünvana  Avropanın hər yerindən, eləcə də ABŞ və Yaponiyadan  məktub və açıqcalar  gəlir…

Bu köhnə palıdın  hekayəsi  XIX əsrin sonlarına  gedib çıxır.  Həmin illərdə   Mina Fell  adlı  qız şokolad ustası  Vilhemə aşiq olur. Amma bu iki şəxsin münasibətinə qarşı olan qızın atası bu iki sevgilinin görüşünü qadağan edir. Bu iki sevgili ayrılsa da, münasibətlərini kəsməyiblər. Onlar bir-biri ilə məktubla əlaqə saxlayırdılar.  Bunpalıdın altında gizli görüşüblər. Görüşə bilməyəndə ürək sözlərini yazıb ağacdakı çuxura qoyublar. Haqqında danışdığımız palıd ağacı onların sevgilərinə pasibanlıq edib.

Təxmin etdiyiniz kimi, bu iki şəxs məktublarını palıd ağacının çuxurunda saxlayırdılar. Bir ildən sonra Minanın atası qızı ilə şokoladlı oğlan arasındakı gizli münasibətdən və yazışmalardan xəbər tutur. Amma bu dəfə cəzalandırmaq əvəzinə bu ikisinin evlənməsinə icazə verir.

Yazılmışlara  görə, bu iki şəxs 1891-ci il iyunun 2-də palıd budaqlarının altında nikah müqaviləsi imzalamışlar: bu iki sevgilinin  vüsal niyyətini  hifz edən palıd,  nəhayət ,  onları birləşdirmişdir. Bu gənc cütlüyün sevgi hekayəsi bütün ətrafa  yayıldı və bundan sonra əsl sevgi axtaranlar məktublar yazıb ağacın çuxuruna qoymağa başladılar.

Ağacla bağlı  bir inacda  mövcuddur, o da  budur ki, qız uşağı   öz sevgilisini düşünərək danışmadan, gülmədən  üç dəfə ağacın ətrafında gəzərsə,  il ərzində evlənəcək.

1927-ci ildən bu ağac    o qədər məşhur oldu, hətta  poçt şöbəsi onun üçün xüsusi ünvan təyin etdi ki,  insanlar əhalisi ölkənin hər yerindən ağaca məktub göndərə bilsin: Brautseiche, Dodauer Forst, 23701 Eutin.

Bu qocaman ağacı ziyarət edərkən eşq axtaranlara ağac çuxurunun içindəki bütün yazışmışları götürüb oxumağa icazə verilir.

Ancaq onlar yalnız cavab vermək istədikləri variantı götürə bilərlər, qalan yazılar isə çuxura qaytarılmalıdır ki, sevgi və sevgili axtaranların qalan hissəsi onlara çata bilsin.

Bu ağaca məktubların çatdırılmasına cavabdeh olan 72 yaşlı poçtalyon deyir: “Bu ağac çox sehrli və qeyri-adi bir  dünyadır. İnternetdə onun  yüzdən artıq adamı  birləşdirdiynə  aid  faktlar var. Artıq yüz ildən də artıqdır ki,  aşiqlərin   əbədi ömür yoldaşı tapmasını   xidmət etdiyi üçün ziyarətgaha çevrilib.

Eutindən olan Renate Voigt deyir: “Mən təxminən 15 il əvvəl palıd ağacının arasında həqiqətən gözəl bir centlmenlə tanış oldum”. “Biz bir neçə dəfə görüşdük, yeməyə getdik və yelkənli səyahətə çıxdıq. indi 74 yaşındayıq….”

 Bu gün də belədir.

Sevgilisini tapmağa can atan ürəyi qırılan sevgililər bu ağaca məktub göndərir. Bu gün, həqiqətən də,    Almaniyanın Şlezviq-Holşteyn bölgəsində  Eutin yaxınlığındakı meşədəki   xeyirxah     palıd ağacının  tapdığı sirdaşlara inam daha  çoxdur.  Odur ki, palıd ağacının ünvanına kağız məktub göndərmək Almaniyada sevgi tapmağın ən yaxşı yollarından biridir. Bu ağacın itirilmiş yarısını tapa biləcəyinə inananlar üçün ağac üçün ürək sözlərini yazıb, taleyin onları nələr hazırladığını və bu yolun onları dostlarına, yoxsa özlərinə aparacağını gözləməkdən böyük zövq yoxdur, yox…

Qeyd: Yazı vikipediya məlumatlarından istifadə ilə təqdim olunur.