Monqollar at sürməyi 3 yaşından öyrənirlər

Maraqlı məlumatlar

Monqolustanda at sürmək, ox atmaq   idman deyil, həyatın özüdür. Monqollar, ümumiyyətlə,  at üzərində doğulur və at üzərində ölürlər. Monqolustanın qədim mədəniyyətində at ailənin üzvü hesab olunur. Buna görə də monqol valideynlər həmişə övladlarını bu heyvanla atlarla, həyatla tanış etməyə çalışırlar.  

Monqol uşağı ayaq üstə dayandımı,  yeriməyə başladımı,  at sürməyi də öyrənməli idi. İstər varlı, istər kasıb, istər əsgər, istərsə də fermer, hər ailənin ən azı bir atı olurdu. Hətta çobanlar da dağda, düzənlərdə  sürülərini   at belində   otarardılar. Monqol uşaqları gələcəkdə müharibəyə və ağır həyata uşağlıqdsab hazır olmalı idilər, ona görə də at sürməyi 3 yaşında öyrəndilər.

Monqollar uşaqları üçün at sürərkən xəsarət almasın deyə,   xsusi  yəhərlər düzəldirdilər. Uşaqlar mümkün qədər tez at sürməli idilər. Bu, monqol kişi və qadınlarını bütün digər etnik qruplardan fərqləndirirdi. Avropalılar monqollarla ilk tanış olanda öz qeydlərində qeyd edirdilər ki, gənc monqol oğlan və qızlar yetkin avropalı kişilərdən daha yaxşı atlı idilər.

Uşaqlar da gənc yaşlarından atəş açmağı öyrəniblər. Ata minən kimi onlara kiçik bir kaman verilir ki, at sürməklə eyni vaxtda atmağı öyrənsinlər. Çingiz xanın və onun övladlarının dövründə at sürmək və atışma gəzinti qədər vacib və zəruri idi.

Monqol qoşunları hər gün inanılmaz məsafələr qət edirdilər. Onlar hər gün təxminən 130 kilometr məsafə qət edirdilər ki, bu da o zamanlar digər insanların təsəvvürünə belə gəlmirdi. Bu iş dayanmadan və davamlı çapmaq tələb edirdi, ona görə də onların səyahət və ya yürüş zamanı dincəlməyə və yeməyə vaxtları olmazdı.

Marko Polo öz xatirələrində qeyd edir ki, monqol əsgərləri bəzi hallarda   dayanmadan 10 gün və gecə davamlı olaraq at belində çapıblar. Susayanda atlarının boynunda kiçik yarıq açıb yarıqdan çıxan qanı içirdilər.