Əxlaq və mənəviyyat


Şəkillərin bəzisi başqa məmləkətə aid olsalar da, baş verənlər bizim ölkəyə aiddir. Sadəcə, adam dəhşətı gəlir. Bu nəmeyildir, akselerasiya ağuşuna alıbmı bizi, yoxsa qiyamət deyilən vaxt indiyə təsadüf etdimi? Aylblmıza kor olaq, baş vermişlərin üstünü malalayaq ki, böhtandır, qızım uşaqdı, onun nə yaşı var ki,heç bir “şirnisi” olmayıb. Sadəcə, ad günü keçirmişik, ikinci dəfə çamurluğa yönəlmiş oluruq. Bir baxın da ətrafınıza,görün uşaqlar, xüsusilə qəz uşaqları yaşlarını necə qabaqlayıblar, artıq qabaqlayıblar….

Hələki 4 qız nəvəm var. Çox çevirəm onları. Hər anlarını yaddaşıma köçürürəm. Allahin işidir, nə qədər yaşayacağımı bilmirəm. Amma hər gün fikirləşirəm ki, bunlar 6 yaşlarında məktəbə getsə, 10 il oxusalar , 5-6 il də ali məktəb illəri. Hardasa 21 yaşlarında bu çocuqlarım durnalar kimi “uçub gedəcək”. Mən də qalacab gözüyaşlı. Durnalar heç olmasa, getsələr də hər il geri dönürlər… Bu qız balalar isə getdimi, əbədi məskən salırlar. Bu, necə olur: hər evə gələndə, hər süfrə açılanda gördüyün balanı bir gün təmtəraqla evindən yola salırsan. Bəs nənələri də belə bir ailənin qızı deyildimi, belə demək istəyirsinizmi? Onsuz da hər belə söhbət olanda, nənələri o saat özünü salır ortaya. Axı biz onda bilməmişəm, indi yaşımın bu vədəsində hiss edirəm ki, uşqlar yaşa dolduqca ayrılığın, köçün mehini daha yaxından hiss edirəm. Mən nəvələrimin öz ocağını tərk etməsini istəmirəm?
Bəs bu şəkillərdəki yaramazlar 8 yaşında, 10 yaşında tifili belə tez hara köçürürlər? Bu, hansı əxlaq qanunudur? Hələ anatomik-fizioloji cəhətdən formalaşmamış bir yavrunu canavara necə təslim etmək olar? Bir təhlükə ilə üzləşsəm, ani olaraq beynimdə hərəkətlərimi seçib, çıxış yolu taparam.Təhlükəsizliyimi də fikirləşərəm. Allah heç ata-ananı bu vəziyyətlə üz-üzə qoymasın. Nəvələrim üçün heç nə fikirləşmərəm. Ölümü belə çıxış yolu seçərəm ki, heç olmasa, onları qurtara bilim. Bəs sən necə “ata-ana”san ki, bir dəstə göy əskinasa və ya nəyinsə müqabilində azyaşlı qızını üzlər görmüş, oyunlardan çıxmış bir ehtiras hərisinə təslim edirsən, necə? Allah bu balanı sənə buna görəmi bəxş etmişdi?
Emosiya ilə danışsam da, həyatın qanunu da qəbul etməməyə bilmirəm. Hər kəsin oğluna toy etmsi, qızını köçürməsi təbii haldır. Azyaşlı bir qıza gözlərinin qurdunu öldürmək istəyindən can atan kiminsə evliliyi ailə də deyil axı. Bu evliliyin məqsədi xəstə təxəyyüldür, pedofiliyadır.

Ata-ana da, hansı ki, beləsinə qız verir, onlar da cəhənnəmlikdirlər. Bu məsələdə hər birimizin günahı var, cəmiyyət də suçludur. Elə bil ki, ailə qurmağa bəziləri fizioloji tələbatlarının təmin edilməsi üçün ən asan vasitə kimi baxır : ailə həyatına, ata-analıq haqqına hələ hazır olmamış izdivaca can atırlar. “Gözlərinin qurdunu öldürəndən sonra” isə yenə əvvəlki subaylıq həyatını yaşamaq istəyirlər. Laqeydlik,məsuliyyətsizlik bu cütlüklər arasında soyuqluğa və nəhayət, sonda nikah pozulmalarına gətirib çıxarır. Kənd həyatımda, sonralar da qonaq kimi kəndə gedəndə yaşlı insanlarla söhbət zamanı onların dünyagörüşünə, həyati məsələlərə münasibətlərini öyrənməyə xüsusi diqqət yetirmişəm.
Bizim xalqda ailə ittifaqı yaratmaq, qurmaq heç vaxt fizioloji ehtiyacları ödəmək məqsədi ilə olmayıb. Bu da bir amil olub, amma əsas olmayıb. Onlar həyatda yaşamaq imkanlarına malik olmaq, ünsiyyət üçün könül dostu, can sirdaşı seçiblər və sonra da birlikdə nəsil xəttini davam etdirmək, ocaqlarını sönməyə qoymamaq üçün ailəni artırmaq qayğısına qalıblar.
8-10 yaşında qızcığazla qurulan evlilikdə bunları düşünmək olarmı? 8-10 yaşlı uşaq hələ özünə qulluq etməyi bacarmır…8-10 yaşlı qızcığaz ata-anasının adi bir sözündən həyalanıb qızarır… Onun anatomiyası hələ bütünləşməyib… Onu vaxtından qabaq zorla intim həyata sürükləmək tibbi baxımdan da rahatlıqdan çox əzab, stres, ömürlük göz yaşları gətirir.
Bu yazını yazmağıma səbəb rast gəldiyim bir statistik rəqəm oldu: Türkiyədə son 4 ildə çocuq gəlinlərin sayı 226 000 minə çatmışdır və yaxud digər bir mənbədə ərə verilmiş 8 yaşlı qız toy gecəsi vəfat etmişdir.

8 yaşlı qız hələ ana-atasından, bacı-qardaşlarından, həyət-bacalarından, oyuncaqlarından və oyunlarından doymadan, onu zorla ərə vermişlər. O hələ nələr baş verdiyinin, bu izdivacın tibbi-fiziki tərəflərini, sosial bəlasını anlamaq halında deyil. Bu, modern köləlikdir. Hər kəs etiraz etməlidir. Cəmiyyətin qınaq ölçüsü olmalıdır. Hər kəs bacardığı qədər maarifləndirmə aparmalıdır. Hər kəs 1 çocuğun həyatını xilas edə bilsə, min əhsən.
Bizim ölkə üçün belə hallar xarakterik olmasa da, son dövrlər az da olsa rast gəlinir. Saytların birində oxudum ki, 2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 135 nəfəri 15-17 yaşarasında olub. Çox böyük rəqəm olmasa da, hər halda var.
Abort həddinə çatmayan və yaxud müəyyən səbəblərdən gizli saxlanıla bilənləri də ehtimal etsək, narahat olmağa dəyər.
Uşaqlar bizim həyatımızın mənasıdır. Çöldə ağacda meyvə yığılıb qurtarandan sonra yarpaqların arasında təsadüfən gizlənib qalmış bir zoğalı, ənciri, almanı qoparıb evə uşağa gətiririk. Onda hər birimiz özümüzü nə qədər bəxtəvər hiss edirik . Evdə uşaq bir balaca xəstələnəndə qızdırmadan alışıb yanan gözlərinə baxmağa dözmürük, dözməməliyik də. Elə isə onlarla bağlı heç nəyə biganə qalmamalıyıq. Nə olsun ki, sənin, mənim, onun qızı deyil. Ayrılıqda götürülmüş xoşbəxtlik yoxdur. Əgər bütün körpələrimiz xoşbəxt deyilsə, mən öz nəslimizdəki körpələri xoşbəxt hesab etmirəm. Mənim, sənin ailəsində baş verməyib deyə, yaxamızı ənara çəkə bilmərik. Sənin məhəlləndə, kəndində baş verirsə, etiraz et, vlideynlrunə təsir formaları axtarın.Kara gəlməyəndə, dövlət var, hüquq-mühafizı orqanları var. Mütləq bildirin. Yoxsa, bu xəstə təxəyyüllülər küçədə gedəndə belə xəstə təxəyyüllərlə gəzib dolanacaqlar. Digər bir yolumuz da təbliğat olmalıdır.
İdeoloji işləri canlandırmalıyıq. Ancaq maarifləndirmə yolu ilə hardasa belə münasibətlərə məruz qalmış cocuqlarımıza əhəmiyyətli dərəcədə kömək edə bilərik.
