Hörmətli Cabir müəllim, heç onlar Sizin kimi oxuya bilməzlər də

Mövqe

BAKU.WS xarici KİV-ə istinadən  bürclərin aid olduğu yerlərin siyahını təqdim edib.  Şou mətbuatları da  mənbəə göstərməklə  bunları tirajlamaqdadır.

Əvvəla,   təqdimat əndirbanidir, necə yəni,  bürclərin aid olduğu yer və yaxud məkan? Bunları kim müəyyən edib, kimə lazımdır bu proqnozlar.  Biz layla adlı həyat iksirini beşikdə ikən anamızdan, nənəmizdən eşitmişik.  Eşitməmişiksə də,  bu nəvaziş onların  mərhəmətli, şəfqətli səsinə, nəfəsinə qovuşub  canımıza hopub. Yuxumuzu daha  uzun və şirin edib.. Bu ampula  cərrahiyyə əməliyyatına gedən   şəxsə vurulan  narkoz deyil ha…

Hanı, indi anamız yox, nənəmiz yox, bizə  mətbuat, televiziya  layla çalır. Şou laylası… Gecə -gündüz  çalırlar… Ayılmağa qoymurlar milləti. Cabir Novruz “Qərbi Berlin” poemasında demiş :

Qərbi Berlin!

Bir reklamdır başdan-başa,

Havası da, küləyi də

az qalıb ki, reklamlaşa…

Hər tox reklam,

 hər ac reklam!

Divar reklam,

qapı reklam,

ağac reklam.

Yan-yanadır küçələrdə,

Maşın şəkli,

pivə dolu qədəh şəkli,

…Reklam, reklam…

Qərbi Berlin tamam reklam,

Fikir reklam,

adam reklam…

Gözəl muğam ustası Cabir Abdullayevin  də bir yazısı   bugünkü yazılar arasında yer alır. Biz  bu müğənnini  çox sevirik.  Toy müğənnisi olsaydı sevə bilməzdik.Belə müğənniər də toyda oxuya bilər, amma toy müğənnisi olmur belə müğənnilər. Bu fikir Cabir müəllimə də aid deyilə  Cəmiyyətin böyük əksəriyyəti Möhlət müəllimin musiqindən yan keçib,   “Gedək hoppalara” mahnısını dinləməyə getməyəcək.  Amma böyük narahatçılıq var,  bu, həqiqətdir. Bu, Cabir müəllimin dediyi kimi, təkcə gənclərimizin musiqi zövqünü korlamır, həm də  onların ideologiyasını korlayır.   Yaradıcı təşkilatlarımızın  zəifliyidir bu.

  Çox  narahat bir auditoriya formalaşır.Dəstəkçiləri də bu cür diringiləri reklam edən, yayan media subyektləridir. Bizim mətbuat, televiziya  çoxlarının  bəyənmədiyi sovet dövründə belə olmayıb. İndi obrozovolski olublar bir az. Bir az  Qərbdən “hürriyyət” göndəriblər.

 Yadımdadır, bir vaxt az qala  Cabir müəllimi işdən uzaqlaşdırmaq istəyirdilər.  Amma şou süvariləri hər yerdə atlarını dördnala çapırlar.

“Avroviziya-2024”-ün qalibinə bizim mətbuatda tərif yağdırırdılar ki, ….amma  əsl sənət nümayiş etdirdi. K Azərbaycana belə sənət lazım deyil. Bizə Yaqub Məmmədovun “Mənsriyyə”si lazımdır,  İslam Rzayevin   mahnıları lazımdır.

Hə, bürclər haqqında  paylaşılanlara diqqət edək:

Qoç bürcü

Bu bürcünün aid olduğu yer idman zalıdır.

Buğa bürcü

Bu bürcdən olanlar çarpayıda qalmağı çox sevirlər. Oranı özlərinə ömürlük məkan seçə bilərlər.

Əkizlər bürcü

Əkizlər bürcünün nümayəndələri qonaqlıqları çox sevir. Daimi olaraq ömrünü şənliklərdə keçirə bilər.

Xərçəng bürcü

Romantik xərçəng üçün daimi məskən sevgilisinin qollarıdır.

Şir bürcü

Bu bürcdən olan insanların ən çox sevdiyi yer bulaq başıdır.

Qız bürcü

Qız bürcü maraqlı kitablarla dolu bir kitabxananı özünə daimi məskən seçə bilər.

Tərəzi bürcü

Bu bürcün nümayəndələrinin ən sevimli yeri və məkanı böyük ticarət mərkəzləridir.

Əqrəb bürcü

Əqrəb bürclərinin daimi məskəni dəniz kənarıdır.

Oxatan bürcü

Bu bürcdən olanlar adətən təbiət qoynunu özlərinə daimi məkan seçirlər.

Oğlaq bürcü

Oğlaq bürcünün ən sevimli yeri və məkanı yaşadığı evidir.

Dolça bürcü

Dolçalar həmişə dəniz, qum və günəşin sehrində yaşamaq istəyirlər.

Balıq bürcü

Bu bürcdən olanlar ulduzlarda özlərinə daimi məskən salmaq istəyərdilər…”

İndi , guya, dolça bürcündən olanlar həmişə dəniz, qum və günəşin sehrində yaşayırlar?

Buğa  bürcdən olanlar çarpayıda qalmağı çox sevirlər. Oranı özlərinə ömürlük məkan seçə bilərlər.

… Dostlar, siz Allah buraxın bu şou  həvəsləndirmələrini… Hamısından yaxşısı, istədiyimiz olmursa, olana qane olub  qorumağımızdır…