Nostalji

Qadın bir yoldaşdır, aldatmayın,
Qadın bir işıqdır, söndürməyin!
Qadın bir ümiddir, məhv etməyin,
Qadın anadır, öldürməyin!,
Qadın Günəşdir, qapatmayın
Qadın bir dünyadır, məhv etməyin…

Nazim Hikmət

Ən  böyük  sevgilərə,  hörmətlərə  layiqsən, Azərbaycan  qadını! Qiymətli  olan  hər nə  var, hamısından  ucadır,  birincidir  sənin  yerin. Dilimizdə  nə  qədər  söz var,  ifadə  var,  tək bir sənin “Ana”  adın  onların  hamısından   qürurla  səslənir…

Biz  Günəşə  möhtacıq –  o, Sən!.  Cavanlığında incə,  təravətli  əllərini sinəmizdə,  kürəyimiuzdə  gəzdirəndə necə  rahat olmuuuşuqsa,   indi də susuz  torpaq  kimi  cadar-cadar olmuş  əllərinə ehtiyacımız  var….

Havamız  olmasa,  ölərik –  o, Sən! Şəfqətli, nurlu  simanı  gördükcə  elə  bil  döş  qəfəsimiz  genişlənir…daha rahat və  dərindən  nəfəs  alırıq.

 “ Dövlətdə  dəvə,  övladda  nəvə”  elə-  belə deməyiblər  ki..  Nəvə sözü,  sadəcə, “uşaq” , “körpə”  sözlərinin  sinonimi, qarşılığıdır. Deyimi? Axı özümüz də  bir  vaxt   nəvə  idik, indi  gəlib baba   mərtəbəsinə  qalxmışıq.  Bizə bundan  sonra nəvəmizdən  dəyərli daha  heç  nə  ola  bilməz.

Arılar  1  kq  bal toplamaq  üçün  300 min  kilometrə  qədər  məsafəyə  uçur…Bu  məsafə ekvator  boyiunca  7  dəfə  dövr  etmək  deməkdir. Arı  bir  gündə 200 hektardan  çox  sahəni   uçub dolanır. 100 qram  bal  toplamaq  üçün  1  milyon  çiçəkdən  şirə  götürür.

Dünyaya göz  açan  hər cocuğun  çəkisi  4-5 kiloqramdırsa,  bu könül  meyvəsinin – bu balın   dünyaya gəlişinə  qədər anasının  neçə  çiçəkdən  şirə  göürdüyünü  təsəvvürə  gətirin…həyəcan dolu,  təlaş  dolu  günlərin  gərginliyini  hesablayın..

 Ana!  Arılar  belə sənə  həsəd  apara  bilər… Sənin  analıq  vəzifən,  şərafətin  bütün  canlılar  üçün,  bütün  həyat  üçün  ölçü… Saymaqla  bitən  deyil,  daha nədən  deyim,  hansından  danışım?!

Bizə  dil  öyrətmisən, söz  öyrətmisən….Dilimiz, ilk  sözümüz  Sən! Əlimizdən   tutub gəzmək  öyrətməsəydin,  əlimiz,  dizimiz  yerdən  ayrılmazdı…biz  nə  olardıq,  kim  olardıq onda?

Əllərimizi  ayaq  olmaqdan sən qurtarmısan…uca  boyumuz,  şah  qamətimiz  Sən!

Qayğısız günlərini  yaşayan  bir  cocuq  gün  ərzində 12 min söz  deyir,  920  sual  verir. Bütün  bunlara  səbirlə  dözən,  qayğı  və  nəvazişlə  də  hamısına  cavab  verən yalnız və  yalnlz Sən!

Əlini sinəmizə,  kürəyimizə,  saçımıza  çəkməsəydin, kürəkli ola  bilməzdik,  ürəkli ola  bilməzdik.  Kürəyimiz  Sən,  ürəyimiz Sən!

Ailə  adlı  yuvamızın  başçısı  atamızdır…Onu  belə  mötəbər  sən  etdin. Atamızın  yaraşığı Sən! Həyətimizin,  həyatımızın  yaraşığı  Sən!

 Sənin  qayğıların bitib-tükənməzdir. Sən cəmiyyətin də  anasısan. Cəmiyyətimiz  üçün  övlad  böyüdürsən,  bu  cəmiyyətin  nizamında  iştirak  edirsən…

Azərbaycan, gözlərimin qarası,

Azərbaycan, həyatımın mənası.

Nə deyim ki, layiq olsun vəsfinə,

Ey Vətənim, anaların anası!

Azərbaycan, anaların anası!

Bir ağacsan, mən də sənə budağam.

Bir budaqsan, səndən qopan yarpağam.

Bir nəğməsən, mən də hər an, hər zaman,

O nəğməyə möhtac olan  dodağam…


Azərbaycan  Qadını! Sən  sıravi  əmək  adamısan,  müəllimsən,  alimsən, dövlət  xadimisən,  yaradansan – Anasan! Alman  şairi  Heyne  çox  gözəl  yazıb  ki, qadın  olmayan  yerdən  pis adam  başlayır…Odur ki,  Siz  həmişə  var  olun,  dünyamızı,  həyatımızı  gözəlləşdirin…

Qadın Günəş, cocuq…Ay! Nuru Ay Günəşdən alır,

Qadınsız ölkə capuq məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur bu cahan…

O bir mələk…onu təqdis edər böyük yaradan.

O çox sevimli, gözəl, incə,nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət,

Qadın gülərsə, bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək…

…və  nəhayət… Azərbaycan qadını, sən  Azərbaycan  ərinin  alınmayan  qalasısan.. bükülməyən  biləyisən,  çökməyəcək  dizisən….  Qeyrət  ucalığısan, sədaqət  timsalısan….Düşdüyünüz ocağın,  nəslin,  şəcərənin     tarixini,  davamını  gələcək  əsrlərə  aparan Karvansan…Sarvansan….

Bayramınız  mübarək……Dünyanın  ən  gözəl  gülləri  Sizin  olsun… Bizə  bəslədiyiniz  bu  qədər  sevgi və  nəvzişinizin  əvəzində   həyat  yoldaşlarınızdan hər  zaman canlı və  isti  bir  diqqət görəsiniz… 

  “Əzizim”,  “Ana”  sözlərini  hər  zaman   eşidəsiniz. Həm  də  elə  eşidəsiniz  ki,  bu sözlərin  qəlbinizdə  yaratdığı   məmnunluq  qarşınızdakılara  çöhrənizdəki  təbəssümdən  aydın  olsun…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!