Təbriklər

Ay işığı, bulaq başı, göy çəmən,

Bir dünyamız, bir sən özün, bir də mən.

Pərdə-pərdə gah sevinən, gah gülən

Nəfəsinlə oxu, gözəl, qoy səsin

Ürəyimdə kaman kimi titrəsin…

Karvan-karvan göydən ulduzlar köçür,

Öz bəxtinə hər kəs bir ülkər seçir.

Qocalırıq, ömür keçir, gün keçir,

Oxu, gözəl, oxu, gözəl, qoy səsin

Ürəyimdə kaman kimi titrəsin…

Can evimə sığışmayan arzular,

Bir dünyada neçə dünya arzular.

Məhəbbətin nə ilki, nə sonu var,

Oxu, gözəl, oxu, gözəl, qoy səsin

Ürəyimdə kaman kimi titrəsin…

Düz 44 il bundan qabaq səssiz oxuduq bu mahnını. Heç kamertonun səsi qədər çıxmadı səsi . 2 il 3 aydan sonra  bu akustik rezonatorun ehtizaza gətirdiyi səs pərdə-pərdə yayılmağa başladı.  İlk övladımız dünyaya gəldi və   özüylə mənə  “Ata”kimi fəxri ad gətirdi…” Daha sonra  kirayənişinliyin də ən balaca komasında  qardaşı Vüsal doğuldu…

…Dünya bir nəğmə idi, dünya bir yuxu idi,

Elə bil yer üzündə bir tifil də yox idi.

Muzeylərə dönmüşdü sanki yetimxanalar,

Dəyişmişdi elə bil nankor ata-analar,

Elə bil hər tərəfdən süd qoxusu gəlirdi,

Analar şərəfinə alqışlar yüksəlirdi,

Bütün dillər elə bil xoş bir layla çalırdı,

Bir ana qucağında bir körpə aparırdı…

 

“ Meydan-meydan otaqlarda , Zər xaralı yataqlarda  böyüdəmmədim ki onları”.   Zavodda fəhlə işlədim,    10 ildən artıq  bu qafiləni   uçuq-sökük  komalarda kirayə üçün  o qapıya sürüdüm, bu qapıya sürüdüm.  7   kirayə ev  sahibinin (Kəlbəcərli Adil qardaçımız istisna olunmaqla) üstümüzdən əksilməyən vahiməli  baxışlarından  keçirdim bu qafiləni.  Maqsud Qırmızıgül  demiş, amma  “yıkılmadım”:

Yokluklara göğüs gerdim,

Hep sabrettim kader dedim,

Acılarla, çilelerle,

Bugünüme böyle geldim.

Yıkılmadım, ayaktayım,

Dertlerimle baş-başayım,

Zalimlere, kötülere,

Yenilmedim, buradayım.

Yıkılmadım…acılardan,

Yıkılmadım…yoksulluktan,

Yıkılmadım…yalnızlıktan,

Yıkılmadım, yıkılmadım,

Yıkılmadım…çilelerden,

Yıkılmadım…sensizlikten,

Yıkılmadım…bu dertlerden,

Yıkılmadım, yıkılmadım…

Bir tanış mənim həyat yolumu diqqətində saxlayırmış. Deyirmiş ki, kənddən  şəhərə çoxları getdi, amma hamı   kök sala bilmədim şəhərdə, bir qədər sərgüzəştlərdən sonra ya Rusiya üz tutdu, ya geri qayıtdı. Fəqət, Səmid kişinin oğlu da ən dözümlü bir neçə  həmkəndlilərimizdən biri oldu. Uşaqlar kirayə evlərdə yaşa doldu. “Bu ev  əziyyətli oldu, daha yaxşısını taparıq” deyə-deyə, 7 ev dəyişdik.Bir də gördüm ki, uşaqlar məktəbi qurtadı,  tələbə oldu. Övladlarımın  uşaqlıq vaxtlarından  indi nəvəlrimdən aldığım duyğuları ala bilmədim ki.  Qafama sığışmazdı ki, ay biçarə, onlar  həmişə belə qalmayacaqlar ki. Evdə  uşaq istəyirdim,təbii ki, nəvə. Bu evlilik də   elə o saat alınmadı ki. İndinin  gənclərini yola gətirmək  olur ki.  Amm Allahın izini ilə  nəvələrə doğru yolu artıq başlamışdıq. Oğlum, nəhayət,  ailə qurdu və 2010-cu il iyunun 16-da könül rübabımızın melodiyasına major ladı əlavə olundu: Səmra balamız doğuldu. Elə şirin qızdı ki, elə şıltaq qızdı ki….

Əvvlcə  əsil-nəcabətimiz eşitdi, sonra qonşular,  dost-tanış. İldən-ilə adladıqca   indi də heç susmaq bilmir…

Bu yaşa dolana kimi bir saniyəsini gözdən qoymadım. İstəyirdim ki, gəzə bilsin, danışa bilsin. Özümlə gəzməyə aparım, məni  söylətsin. Qış gələndə bir sevinirdi, necə oldu  düzəltdiyim  Şaxt-a babalardan.

Yazda isə əlimdən tutub çölə-bayıra dartardı , özünə  muncuq-muncuq çiçək dərməyə…   

İlk novbar idi deyə şox əzizlədim. Bir az da qız uşağı onsuz da istəməli olur.

Atasını, əmisini belə sevmədiyimdən nənəsinin neçə yol qınağına rast gəldim. Mən demirdim ki, nənələr nəvəsini babalardan az sevir. Mən demirdim ki, babalar öz övladlarına qarşı zaman keçdikçə soyuyur. Bu, ola bilməz axı. Sadəcə, nəvələrimi çox sevdim. Balalarımdan, hətta nənəsindən çox sevdim…

Övlad böyütmək nə çətin imiş, ələxüsus, qız uşağını. Qız uşağının taleyi haqqında nəvəmdən sonra belə düşünməyə başladım. Bu qədər naz-qəmzəylə böyüdüb, qanı qanından, canı canından olmayan birisinə verirsən ki, al apar sənin olsun… Sənin yuvandan uçsun, başqa bir ocağa, yuvaya sığınsın… 100 il, 200 il keçəndən sonra sanki bu bala sənin deyilmiş. İnsan , ilahi, nə qədər mədəni qəddar imiş….

Mən o vaxta qalsam, inanın, sevinməyəcəyəm,1-2, uzağı, 3 gün yaşayacağam. Bu qədər şirin balanı “özgə”yə verəndən sonra elə ölsəm yaxşıdır… Amma heç ölmək istəmir adam…Kişilər, oğlanlar, inciməyin məndən, xahiş edirəm….

Hərdən evdə oxşayıram ki, balam böyük qız olacaq, institut oxuyacaq, gəlin köçəndə cehizlərin içində babasını da aparacaq. Babasına dovğa bişirəcək..

Heç bilirsiniz, bu “goraza nənəsi” nə deyir? Deyir ki, paho, o günə qalacaqsan..? Deməli, nənənin deməsinə görə ömrün bu şirin çağında göydən 3 alma düşməli, bizim sevgi nağılımız da bitməlidir.  Bilmir də,  ona görə  proletar babalar nənələrlə sidq-ürəklə iş birliyi qura bilmir. “Dünya düzəlmir ki, düzəlmir, baba”.

Hə, Səmra balam, bu gün sənin ad gününsür. Siz ki varsınız, mən həyata daha çox bağlanıram. Çətin gününüz olsa, özümü qurban vermək üçün yaşamalıyam. Hə, quzu balam, sənin ad günündür, doğum günüdür, babanın özünü tapdığı gündür. Mən bu gün dünyanın bütün uşaqlarını Səmra kimi görüb sevirəm. Bu gün onların hamısının babası oluram….

Səmra respublikamızın  elit məktəblərindən birində oxuyur.   Fəaldır, maraq dairəsi  genişdir.  Türk, ingilis, ərəb  dilləri ilə maraqlanır, idmanla məşğul olur, bir sözlə, akademik savad və praktiki istedad səviyyəsi babasının ümidlərini tam doğruldacağına  əsas verir.

Bir fransız mütəfkkiri demiş ki, oğluma dil öyrədin. Qoy bu, ingilis, yunan, latın dilləri olsun.  Amma bununla belə o, əsl fransız olmalıdır. Mənim gözəl balam da  dünya bilik xəzinəsinə  bir Azərbaycan vətəndaşı olaraq daha geniş nüfuz edə bilmək üçün bu dilləri öyrənir.   Azərbycan bizim  mədfənimizdir. Bu torpağı gülüstana  çevirməliyik.  Bu baxımdan  yetişməkdə olan  nəsillərin üzərinə böyük vəzifələr düşür. Ölkə başçısı, cənab İlham Əliyev  neçə illər əvvəl   demişdir: “Biz neft kapitalını insan kapitalına çevirməliyik !” Bu çağırış  dövlətimizin prioritetinə çevrilməkdədir və uğurla həyata keçirilir.

Sadəcə, necə başa düyümlə bağlı münasibət bildirmək istəyirəm. Neftin nə demək olduğunu  kim bilmir ki. İnsanlığa məlum olandan  okeanın o tayından, bu tayından  həris gözlər    bu torpağa əbəs yerə   dikilməyib ki.  Neft bizim   şöhrətimiz olub. İkinci Dünya müharibəsində beynəlxalq faşizmə qarşı qələbənin qazanımasında  Bakı neftinin  yerini  kim dana  bilər. Müharibədən sorakı quruculuq və bərpa illərində,  istərsə də bugünkü  inkişafımızda  neft Azərbaycanın iqtisadiyyatını irəli aparan paravozdur.

 Cənab İlham Əliyev    bir müsahibəsində  bunu da qeyd etmişdir ki: “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir.”   Deməli, neftimizlə yanaşı, biz iqtisadiyyatımızın bütün sahələrini önə çıxartmalı, onları ölkəmizə, xalqımıza  fayda verən mənbələrə çevirməliyik.  Bütün bunlar elmin inkişafı, texnologiyaların kəşfi və ölkəmizə  gətirilməsi ilə mümkün olacaqdır. Bunu isə yetişməkdə olan  gənclər edəcək. Ölkə başçımız neft kapitalını insan kapitalına çevirməliyik deyəndə bunu ifadə etmişdir. Fikir verirsinizsə,   son vaxtlar  istedadlı  şagirdlərimiz və  təlbələrimizlə bağlı məlumatlara  daha tez-tez rast gəlirik.  Onların  hərtərəfli inkişafı üçün dövlətimiz hər cürə şərait yaradacaqdır. Bir məşhur yapon iş adamı demişdir ki, 2-ci dünya  müharibəsindən sonra  daşı-da üstə qalmamış, üstəlik heç bir təbii sərvəti olmayan  Yaponiya da gələcək  taleyini məhz bu yolla müəyyən etmişdir.  İş adamı yazırdı ki,  belə bir vaxtda bizim yeganə çıxış yolumuz  papaqlarımızın altındakı başlardan necə istifadə edəcəyimizdən asılı idi. Onlar bu başların qayğısına qaldılar, az vaxtda  ölkənin gənclərini qruplar şəklində dünyanın ən inkişaf ölkələrinə  təhsil almağa göndərdilər. Onlar  təhsillərini başa vurub yeni təfəkkürlə, yeni texnologiyalarla Yaponiya qayıtdılar və qollarını çırmalayıb işə başladılar. Bu gün Yaponiya dünyanın ən inkişaf etmiş 3 nəhəngindən biridir.

 Biz  həm fiziki, həm mənəvi cəhətdən dağıamolan hər gəncimizə  Azərbaycanımızın sabahı kimi dəyər veririk.  Səmra nəvəm də onlardan biri olacaq.  İndiyə kimi müxtəlif  bilik yarışmalarında iştirak edib və müəyyən uğurlar qazanmışdır. 2023-2024-cü tədris ilində Bilim Bakı Mərkəzində  Deneyap Tenologiya Laboratoriyası tərəfindən təşkil edilmiş 12 həftəlik  “Elektron Proqramlaşdırma və Əşyaların interneti” modulunu uğurla tamamlamış və  Təşəkkürnamə ilə dəyərləndirilmişdir.

 Deneyap  Texnologiya  Laboratoriyası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası (T3) Vəqfi arasında imzalanmış Protokola uyğun olaraq yaradılmışdır.

Robotex International, Avropa İttifaqı tərəfindən dəstəklənən robotika sahəsində tanınan dünyaca məhşur beynəlxalq yarışmadır. 2001-ci ildə Estoniyada başlayan bu tədbir, 50-dən çox müxtəlif ölkədən robotika həvəskarlarını bir araya gətirir.  Festivalın məqsədi yalnız yarışmaq və ya öyrənmək deyil; həm də iştirakçıları sənaye liderləri ilə, mühəndislərlə, idarəçilərlə, tələbələrlə və şagirdlərlə birləşdirən geniş kommunikasiya şəbəkəsi yaratmağı hədəfləyir.

Məqsəd  6-14 yaşlı şagirdlərə məktəbdə öyrədilən anlayışları tətbiqi tapşırıqlar vasitəsilə  nümayiş etdirməklə onların  bilik və bacarıqlarının inkişaf etdirmək,    gündəlik həyatda , həmçinin nəzəri cəhətdən  elm və texnologiyada  onlara məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək fürsəti yaratmaqla  texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində gələcəyin mütəxəssislərini  kəşf etməkdir.

 Bu məqsədlə mart ayında  8 müxtəlif bölgədə ROBOTEX A  AVRASİYA ÇEMPİONATI keçirilib.  Səmranın da təmsil olunduğu  uğurla çıxış edərək qrup aprel ayının  19 -21 arası 

Antalya keşiriləcək çempionatında iştirak etməyə  vəsiqə qazandılar.

 

Belə mötəbər  müsabiqə və çempionatlarda  iştirak etməyin   uğuru Akademik yüksəliş üçün tramplinə qalxmaq  fürsəti deməkdir, yəni, qalib və iştirakçılara  Avropa İttifaqı tərəfindən verilən sertifikat ilə gələcək təhsil kariyeralarında dünya univeristetlərinin qapılarını üzünə açmış olurlar.

2024-cü il aprelin 20-21 keçirilən “Robotex Türkiyə” yarışmasında dünyanın 11 ölkəsindən 18 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışıb.

 

Mötəbər yarışda uğurla inkişaf etmiş məktəblilərimiz 3-4-cü yerləri tutmuş, iştirakçıların hər biri sertifikata layiq görülmüşdür. Bəli, böyük uğurdur. Böyük kəşflərin, böyük ekspedisiyaların ilkin formatı belə olur.İnanııq ki, bütün dostlarınız, sən də onlardan biri, gələcəkdə daha böyük uğurlar qazanacaqsınız: Azərbaycan naminə, təmsil etdiyiniz ailələr naminə….

Doğum günün mübarək…!

Sən ömür bağçamda bitən çiçəksən,
Güllərdən gözəlsən, şirin sözümsən.
Ürkək baxışlımsan, ceyran gözlümsən
Bəxtimin ən parlaq ulduzusan sən.
Nə qüssə, nə kədər, nə qəm biləsən,
Nə yaxşı gəldin sən ömrümə, qızım,
Kaş bəxtin yazılsın qızıldan, qızım.

Ağılın, kamalın, biliyin öndə
Fəxrimsən əxlaqın, ləyaqətinlə.
Günəş də baş əyər sənin önündə
İnşAllah bəxtin də gülər üzünə,
Xoşbəxt ol, xoşbəxtlik yaraşır sənə.
Qızılım, mirvarim, dürrümsən, qızım,
Kaş bəxtin yazılsın qızıldan, qızım.

Ömrümü sadağa edərəm sənə,
Yolunda dözərəm hər gələn dərdə.
Namərdə qul ollam, zalıma kölə,
Təki arzuların düşməsin çənə
Yetiş muradına, yaşa bəxtəvər.
Əhdinə çatdır sən ananı, qızım,
Kaş bəxtin yazılsın qızıldan, qızım.

Bir gün ağ gəlinlik geyərsən sən də,
Vağzalı çalınar ağlaram mən də.
Cehizlik yığmaram, büllur vermərəm,
Ən böyük almazsan səni göndərrəm.
Qızıldan taxt-tac da heç diləmərəm,
Qədrini bilənə yar ol sən, qızım!
Kaş bəxtin yazılsın qızıldan, qızım!

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı