Bizi qoruyan bizim tanıdığımızdırsa….

Baş redaktordan

Məni qoruyan əgər mənim tanıdığımdırsa,

Şişəni belə daş qoynunda salamat saxlar.

Molla Pənah Vaqif

İndi təqdim edəcəyimiz 3 şəkli isə illər öncə arxivimizə köçürmüşdük, ürək ağrısı ilə…Evində gəlmə adam tərəfindən döyülmək , təhqir olunmaq kimi bir acı idi kənardan öz dağına, çayına, meşənə baxıb köks ötürmək. Bu həsrətlə illərdir hamımız içimizdə ağladıq. Ermənilər Kəlbəcərdə Qarabağ atını məhmizləyirdi. Kəlbəcər çiçəklərinin şəhdi-şəkəri bu torpağı xarabazara çevirən vəhşi tayfaya qismət olurdu… Zəngilan meşələrində uyumuş üzgün Bəsitçayda “yekərəsunlar” şənlənirdi.

M. Qırmızıgül demiş :

Yikilmadim… acilardan,
Yikilmadim… yoksulluktan,
Yikilmadim… yalnizliktan,
Yikilmadim…yikilmadim…
Yikilmadim… hilelerden,
Yikilmadim… sensizlikten ,
Yikilmadim… bu dertlerden,
Yikilmadim, yikilmadim…

Səbirlə Ağ atlı Baş Komutanı gözlədik. Gəldi çıxdı Komutanımız. Ailəsini apardı ilk olaraq o yerlərə. Xalqına tam təminatlı təhlükəsilik zəmanəti vermək üçün..

Soyunub ayaqlarını xilas etdiyi çayın lacivərd sularında yudu, dədə-baba qaydasıyla illər uzunu keçirdiyi narahatçılıqların təsəllisini tapdı. Biz bunları ekranlardan seyr etdik, indi də şəkilləri qabağımıza qoyub içimizdə “OXXAY ” deyirik.

Xalqımıza, Cənab Prezidentimizə dualar edirik…
Allah bir də bizi o günlərə tuş gətirməsin.
Allah xalqımızı qorusun….
Allah Cənab Prezidentimizi qorusun!
Prezidentimiz dəfələrlə bəyan edib ki, qarabağlılar, şərqi zəngəzurlular el-obalarına qayıdacaq və burada əbədi yaşayacaqlar.