Əxlaq və mənəviyyat

Məni qınaslar da ürəyimdə saxlayan deyiəm: Sovetlər dövründə ailə dayaqları indikindən daha etibarlı idi, möhkəm idi. Hər kəs ailəsində sədaqətli idi, ailə ittifaqının tərəfləri arasında qarşılıqlı etimad vardı . Qız uşaqlarının sayı üstünlük təşkil etsə də, onların hər birinin oğlan payı onlara doğru yol gəlirdi. Hər kəs öz parasını nə vaxt tapırdı, el adəti ilə nişanlanar, gəlin köçərdi. Ər evinə dik gedi, ordan da köndələn çıxardı.

Nadir hallarda ola bilərdi ki, kimsə 2-ci dəfə ailə qursun, 2-ci dəfə arvad alsın. Belələrinə pis baxırdılar, belələri orda-burda qınaq, gülüş hədəfinə çevrilərdi. Cəmiyyət özü belə münasibəti qəbul etməzdi, necə yəni, kimsə evlənsin 2-3 ildən sonra gözü ayrı arvada düşsün, indi də onu alsın və s. Axı onda cəmiyyətdə, ətrafda bu cür niyyətli insanlar baş qaldırar, həm ailə institunun divarları çat verər, həm də qadın bir kölə vasitəsinə çevrilərdi. Əlbəttə ki, gözlənilməz bir səbəbdən hansısa bir kişinin qadını dünyasını dəyişsəydi, onun tifilləri yetim qalmayacaqdı ki, əksinə, qohum-qardaş, ətrafdakılar ona təskinlik verirdilər ki, körpələr yazıqdır, onlara hökmən qadın qayğısı lazımdır. Onda bu kişi də ikinci dəfə evlənərdi, yəni evə qadın gətirərdi və cəmiyyət də bunu dəstəkləyərdi: o evdəki uşaqlar naminə. Belə məqamlarda yoldaşsız qalmış tərəflərdən biri ailəsinə, özünün yaşına uyğun, uşaqlarının yaşına uyğun “ana” gətirərdi. Amma indi görürsən ki, qadını dünyasını dəyişmiş 65-70 yaşlı kişi gedib özündən 30-40 kiçik bir qız/qadın alıb gətirir. Təbii ki, 20-25 yaşlı gözəl, ağıllı qızlarımız belə adamlara ərə getməz, heç belə adamlar belə qızların adını dillərinə gətirə bilməz, nəinki onların qapısına elçi göndərsinlər. Belələri öz səviyyələrinə uyğun “zavallı”lar tapa bilirlər. Hansısa səbəbdənsə həyat yolu çamırlıqdan başlamış uğursuz belə tale sahibi də, sadəcə, yaxınlarının bu və ya digər formadakı zülmlərindən, tənələrdən canını qurtarmaq üçün babası yaşda bir kişinin “hərəmi” olmağa razı olur. Amma o vaxtlar 60-65 yaşlarında kişi heç vaxt özünü gülünc yerinə qoymazdı. Övladları yaşda bir qızı/qadını onlara ana gətirməzdi. Eləsini seçib alardı ki, o, ailənin, uşaqların kədərini özününküləşdirib onlara öz həqiqi analarının nəvazişlərini gəvəz etməyə can atardı. Əgər belə qadın qonşuluqda, kəndlərində olmasaydı, soraqlaşıb qonşu kəndlərə üz tutardılar. Var idi belə ağıllı qadınlar ki, o da hər zaman pak və məsum idi, amma müxtəlif səbəbdən ərini itirmiş, “başsız” qalmışdı. Maraqlıdır ki, “hər kişiyə 7 arvad düşən” zamanlarda həyat yoldaşını itirmiş kişi əlinə belə girəvə düşdüyünə sevinməzdi, “7 imkan”dan istifadə etməyi heç ağlına da gətirməzdi də.. Bu məqam gələndə isə “su axıb çuxurunu tapardı”, yəni cəmiyyətin baxışlarıyla addım atardı.
Qız “qızıl alma” fövqünə məhz o zaman qaldırılmışdı.
Mənim fikrimcə, “çörək bol olarsa, Vətən basılmadığı” kimi, qız/qadın sağlam olarsa, xoşbəxt olarsa, uca tutularsa, cəmiyyət də gündən-günə sağlam olar. Məşhur sərkərdə Napoleon əbəs yerə deməmişdir ki, mənə sağlam qadınlar verin, sizə sağlam cəmiyyət verim.
Bu “möhübbətdi, aşkdır” nədir bilmirəm, amma indi onu evlilikdən qabağa saldılar, guya indi gənclər intilligentdir, onlar gərək tanısınlar bir–birlərini, gərək onlar “cəzalı öpmək” oyunu oynayıb , heç olmazsa, bir damcı isinişsinlər bir-birlərinə, ondan sonra nişan aparılıb toy edilsin.

Bizim zamanlarda əvvəl evlilik idi, sonra eşq. Evlənənə qədər qız aramaq, bir qızdan xoşu gəlmək, fikrini müxtəlif vasitə və rəmzlə ifadə etmək eşq deyildi ki, eşqə bir niyyət idi. Tanıdın-tanımadın qızlar barəsində bir əminlik vardı, yəni bütün qızlar qadın olmağa, ana olmağa, bir məzlum proletarın ömür yollarında Günəş olmağa layiq idilər. Ona görə də çox vaxt ata-analar özləri aydın gecələrin birində bir-birlərinə qoşulub hansısa xoşu gəldikləri, bəyəndikləri qızın qapısına elçiliyə gedərdilər.
Ömür-gün yoldaşı üçün qadınlar xüsusi bir biçimə, quruluşa malik deyil ki. Ailəsi , anası insanların tanıyıb-qəbul etdiyi, ehtiram bəslədiyi ailə idisə, elə bu, kifyət idi, zəmanət idi.
Bu, sayılırdı ailə qurmaq, evə-ocağa GƏLİNBAÇI, ŞİRİNBACI gətirmək və insafən də, böyük əksəriyyət də GƏLİNBAÇI, ŞİRİNBACI olurdu. Biz yaşda olan insanlar o vaxtı kənddə evləri, ailəlri, ocaqları həyatın bu şirinliyinə görə dəyərlndirirdik.
Sonra televiziya çıxdı, orta məktəbdən sonra təhsili davam etdirmək istəkləri yarandı və alındı, şəhərə gələn oğlan da, qız da keyfiyyətcə dəyişməyə başladı. Əsrin sonlarına doğru gəldikcə, istər oğlanların, istərsə də qızların yeni əlaqə formaları, ünsiyyət məkanları əmələ gəlməyə başladı. Bir vaxt ” kəndinin kol-kosunu uçurt, keçəlindən, korundan yapış” fəlsəfəsi olan kənddə, eləcə də insanaların düşüncələrində reformalar baş verdi: indi artıq oğlan da, qız da öz yurdundan, obasından tamam kənara çıxa da bilər, qapıbir qonşularındakı oğlanı seçməyib, qonşu rayonundan olan, hər dəfə instituta gedəndə eyni dayanacaqda avtobus gözləyən və saçları az qala kürəyinə çatan oğlanı da sevə bilər və yaxud hansısa ananın illərlə ürəyində bir niyyət kimi bəslədiyi arzunu gerçəyə çevirmək məqamı gələndə, həmin oğul ananın ürəyində tutduğu kəndin lap o başından olan Səlminin qızını sevməyib, yubkası dizdən yuxarı və darlığından az qala çubuq ayaqları gəzəndə bir-birinə dolaşan hansısa digər qızı ala bilər və s.. Beləcə, dəyərsizləşdi sevgilər, ucuzlaşdı qızlar. Beləcə, başladılar övladlarının nazıyla oynamağa. Bir də gördülər ki, qız nigeiyalıya gedir, oğlan indoneziyalını alır. Hətta erməni oğlana ərə gedən qızımız da oldu.
Təki xoşbəxt olsunlar. Amma bütün sızmalar hər tərəfdən axşıb bir ümümi məcraya toplaşanda, hiss edirsən ki, getdikcə əsl eşqdən əsər-əlamət qalmır. Kimə nəyisə irad tutmaq olar ki, kimə demək olar ki, doğru deyil, düz etməmisən, o saat üstünə hücum çəkər. Ən azından deyər ki, özüm bilərəm. Və yaxud deyəcək ki, bəs azərbaycanlı oğlan erməni qızı ala bilərmi, eston qızı ala bilərmi? Əslində, demokratiya ilə daha çox bunları öyrəndik. Çox dəyişildik. Münbit şərait, mühit yaratdılar, yol açdılar, meydan verdilər: “səlib yürüşü” bəs necə olur?
“Allaha inanmayan yaponlar” adlı maraqlı bir yazı oxumuşam. Orada deyilir ki, yapon qadınlarının ənənəvi borcu var, o, yapon övladı böyütməli, onun atasını bəsləməlidir/nizamlamalıdır ki, gedib işləsin, evinə tələssin, ailəsinn/uşağını saxlasın.
Bir dəfə həmsöhbətim olam xanımlardan biri dedi ki, mənim maaşım proletarın maaşından qat-qat çoxdur. Təki olsun. Təki bu pul könül xoşluğu ilə o ailənin həyatını, məişət şəraitini yaxşılaşdırmağa xərclənsin. Amma mən inanmaram ki, bu fərqlilik həmin ailədə kişi qüruruna qarşı olmayacaq. İnanın, bu ailənin yaşadığı evin divarlarını sıxmaq mümkün olsa, divarlardan ərindən çox maaş alan qadının təkəbbürü, məmnunluq hissləri süzülər, süzülər yox ey, sel kimi tökülər(((.

Siz məndən düşmən obrazı yaratmayın. Mən qadınların əleyhinə deyiləm. Mən heç də kişiləri bütləşdirmirəm. Ətrafımızda nə qədər pis kişilər var , o qədər də pis qadınlar var və yaxud nə qədər pis qadın var, o, mütləq bir kişini dəyərsizləşdirəcək. Deyək ki, lap kişi səhv edib, lap dünən də etmişdi bu səhvi, heç bir halda, qadın ayrılmağı, ailəsini dağıltmğı düşünməməlidir.
Əgər həyat üçün, sağlamlıq üçün təhlükə yoxdursa, ailəni qorumaq lazımdır. İndiki bəzi gənclərdə, xüsusən də işi, müəyyən maaşı, bir az kənar dəstəkləri olan qızlar var ki, özləri belə 1-2 məqam gəzir ki, əlində əsas edib ayrılsın, sərbəst olsun. Halbuki, kolxoz illərində mən gözümlə görmüşəm ki, tütündə işləyən, gecəsi-gündüzü bu zəhərli bitki ilə keçən qadınlar vardı, müəyyən qədər pul alırdı, arvad bilməzdi nə qədər pul alır, o pulu əri necı xərcləyir. Axı qadının nəyinə lazım idi ki pul? Onun özünün Allahdan buyurulan ənənəvi və şərəfli vəzifəsi var, o, bu işlərlə maraqlanmalıdır, bunları unutmaq olmaz.
Əlbəttə, günahın hamısı qadınlarda deyil, ailə həyatında baş verən narazılıqlarda kişilərin də günahı var. Ailəsini dağıdan, özü də indiyə kimi 3 dəfə ərindən boşanan bir qalstuklu qadın düşkünü televizorda əxlaqdan danışır. Ərindən ayrılan, arvadını boşayan adamı niyə televizora çıxarırsınız, ad verirsniz, həm də belələri həmişə televiziya kanallarında “döl başda”dırlar və s…Onda bu nizamsızlığın qarşısını almaq olarmı? İnernetdə yarım saat bu məsələləri saf-çürük etmək kifayətdir, ayağının altında yer qaçsın? Bir qızın çılpaq şəkilləri yayılıb. Yayan da deyir ki, qızın öz icazəsi ilə paylaşıram. Nəyə lazım imiş bu paylama? Dövlətin, texnologiyaların yaratdığı imkanlarla nə üçün belə gərəksiz, xəstə meyillər üçün istifaə edirlər? Kimsə cavabdehlik daşımır, bunlrda öz səviyyələrində ekranlar vasitəsilə hər gün dürtülürlr evlərimizə. Ən böyük bəla da bu cür hədəfsizliklərdən yaranır.
Bu gün əksər mətbu vasitələrin manşetlərinə çıxarılan başlıqlar cəmiyyətdə gedən aşınmalardan xəbər verir. Əvvəllər dünyaya göz açan uşaqlarda qız uşaqları üstünlük təşkil edirdi. İndi mətbuat bəh-bəhlə bildirir ki, bu nisbət oğlan uşaqlarının xeyrinə dəyişilməkdədir.Yeni doğulanlar arasında oğlan uşaqların çoxluq təsir etməsi, əslində, cəmiyyətin başı üzərində gəzən qara buludlardır. Yeni doğulan qız və oğlan uşaqları arasında balansın pozulmasına, həm də qız körpəlrinin sayının azalması hesabına, barışmaq olmaz.

Bu, problem hər zaman olmuş. “Qız qızıl alma, qızı gözdən salmayın ” deyə cəmiyyətdə qız uşaqlarına hər zaman narahatçılıq ifadə edilmişdir. Mən hər zaman görmüşəm, hiss etmişəm ki, atalar qızlarını çox sevib: həm köçəri olduğu üçün, həm də qız uşaqları evə, ailəyə daha çox yaşamaq arzuları, daha çox duyğular gətirdikləri üçün…
Bəs niyə indi qız uşaqlarından qaçır, oğlan uşaqlaı olarsa, bəlkə də stol açırlar, şadyanalıq edirlər.
Bir neçə gün əvvəl yenə saytların birində ürək ağrısı ilə oxuduq: Bakıda ” ər həyat yoldaşını qız övladı dğduğu üçün onu evdən çıxmağa vadar edib. Gənc ana uşağı ilə birlikdə küçələrə düşüb”
Bunları həyəcansız oxumaq olmur. Bunlar hamısı bizim ətrafımızda baş verir
Amma , mənim fikrimcə, ətrafımızda baş verən bu hadisələrin səbəblərini özümüzün hədəfsizliyimizlə bağlamaq lazımdır.
Qərb həyat tərzinin illlüziyalarını , macərı həyatna , nəhayət ki, bizm ğlkəmizdə də leksik mühit qazandıra bildilər. ” Ulduz” deyib, aktrisaların, modelyerlərin , elə öz şou nümayəndələrimizin açıq-saçıq şəkillərini ekranlara, manşetlərə çıxardılar: müxtəlf pozalarda, müxtəlif geyim aksessuarları ilə. Çünki bu “ulduz”ların başqa üzə çıxarası üstünlükləri, keyfiyyətləri yox.
Məşhur futbolçu Kriştianu Ronaldonun neçənci məşuqəsi olmuş rusiyalı model İrina Şeyk “Oskar-2015” mükafatının təqdimetmə mərasiminə qatılıb , hətta açıq və cəsarətli geyimlri ilə 29 yaşlı digər məhur model Atelier Versacedən də rəğbətlə qarşılanıb. Guya bu model öz bədəninin bütün gözəlliklərini nümayiş etdirib . Sözə bax hələ: “öz bədəninin bütün gözəlliklərini. ” Reklam üçün nə qədər soyunanlar var.
Heç geyinməsinlər də, amma bu qədər açıq -saçıqlıqla təqdim olunurlarsa, həm sənətin ölçüsünü ləkələyir , cuzlaşdırırlar, həm də hələ həyatda bərkiməmiş, seçim qabiliyyətləri tam formamaımamış on minlərlə gəncin , bir növ, qulaqlarına ” nə qədər ki, sağsan sağlığından istifadə et! ” deyə pıçıldayırlar.
Bütün bunlar o dərəcədə açıqlıqla : küçədə, səkidə, avtobusda; gündüz saat 12-də, gecə saat 03-də edilir, ən azından 100 nəfərdirsə, deməli, 50 -si kişidirsə, bunların 50 nəfəri də əks cins olacaq. Bunlar telekanallarda bu və ya digər formatlarda nümayiş etdirilir. Nəticəsi də bu olur ki, insanlarda sevgiyə, ailəyə, qadına, ərə inamsızlıq yaranır:qadın belə edə bilərmiş, kişi nə oyunlardan çıxırmış və s bu kimi kişilər(əlbətə ki, belə xislətli kişilər ) qadınlarda ərləinə, ərlərdə qadınlarına qarşı şübhələr yaranır. Belə ailəlrdə nə mehribançılıq olacaq ki.Bu cür həyatdan uzaq olan sadə, ehtirama layiq insanlar da var və bunlar da belə olayların fonunda gəldiyi qənaət bu olu ki, indi qız böyütmək, saxlamaq məsuliyyət və çətindir. Oğlanın etdiyini uzaqbaşı udmaq olur, qızın/qadının u cür suçlarını udmaq olmur axı. Arxasınca yüz söz-şəbədə qoşacaqlarsa və ya uşaq özü sadəlövhlüyündən çirkaba batarsa, belə qız ömürlük ya evdə qalacaq, ya da yaşlı, şikəst, kor, keçəl, nəşəxor bir kimsə çıxmalıdır ki, onu alıb aparsın. bundansa, ən optimal variant övladın qız olmamasıdır. Məgər belə düşünənlər yoxdurmu, var. Axı bu qızların heç də hamısı günahkar deyil. Onların suçları, qəbahətləri var, amma öz övladını ömrü boyu göz yaşları içəriində, şiddət və təhqirlər arasında yaşamağa razı olmaq olmaz. Qorumaq lazımdır, başa salmaq lazımdır. Cəmiyyət ailələrə, ailələr də cəmiyyətə dəstək olmalıdır. Bu cür məsələlər insanların öz münasibətləri, yanaşma tərzləri ilə doğru həllini tapmalıdır. Atalar/ərlər ailədə nə qədər üstün olur-olsun, qadınlar/analar da öz qadınlıq haqlarını, qadınlıq səadətlərini yaşamalıdır.
