Qız/qadın   obrazına    münasibət dəyişilməli,  onlar ən böyük dəyərlərimizin mərkəzinə gətirilməlidir

Əxlaq və mənəviyyat

İnsanı şərəfə ucaldan ən birinci  yol namusdur.

Meralite

 İtirdiyin pul, sərvət   bir şey deyiıdir, amma  itirdiyin  namus çox şeydir.

Alfred  Krupp

Müxtəlif kütləvi informasiya vasitələrindən oxuduğum xəbərlərdə  cərrah-ginekoloqlar Azərbaycanda  himenoplastika etdirən qızların çoxaldığını təsdiqləyirlər. Onlar   himenoplastika əməliyyatı üçün qəbula gələnlərin sayında artım müşahidə edildiyini   deməkdən çəkinmirlər də.

Bu xoşagəlməz  hal indi bəyənilməyən, topa, raket atəşinə tutulan keçmiş zamanlarda  da olub, amma çox nadir hallarda. Onda “bakirəlik”,  “bəkarət” sözünü 2-3 oxumuş adamlar bilərdi.  Adda-budda olan bir  hadisə üçün deyərdilər ki, “qız  çıxmayıb” və ya “üzüağ çıxmayıb”.  Bu, əlbəttə şox sarsıdıcı, üzücü, adamı, ailəni başıaşağı edən hal sayılırdı, nəinki  o ailəni, hətta  o ailənin qohum-əqrəbası haqqında da  etimadsızlıq yaranırdı. Ailələr bu  məsuliyyətdə qızlarını qoruduğu kimi, oğullu ailələr də övladlarının “ipini həmişə  çəkərdilər ki”,  bir ailəni, nəsli başıaşağı edən hərəkətlərə yol verməsin.

  Həmin vaxtlar yengələrə divan tutmaq kimi təhqiramiz  hərəkətlərə yol verildiyinin şahidi olmamışam. Amma  gəlin bakirə çıxmayanda   bir maşın tutulub  geriyə qaytarıldığı haqqında eşitmişdim. Çünki toy baş tutandan, gəlin gətiriləndən, bəy tərifindən sonra  hər kəs dağılışıb öz evinə gedir. Qayda da belədir ki, ertəsi  günü  qadınlar həmin evə  “üzaçma”  mərasiminə gəlirlər. Əgər  gəlin bakirə deyilmişsə,  təbii ki, bu mərasim keçirilməyəcəkdi. Amma insanlar gəlməlidir axı. İstər-istəməz  qısa vaxtda  xəbər qonşuluğa, oradan  bir qədər  də ətrafa, sonra isə  kəndə yayılırdı. Üzücü hal olsa da,  qızlar bundan ciddi nəticə çıxaracaqdılar. Ola bilərdi ki,   hər iki tərəf biabır olmamaq üçün razılığa gələrdilər ki,  5-6 ay saxlayıb boşayacağıq.

 Zifaf gecəsinin uğurlu alınmaması  oğlanla bağlı səbəbdən də  baş tutmaya bilərdi və bu daha çox rast gəlinən  hal idi.  Baxmayaraq ki, internetdə bununla bağlı   birtərəfli, qərəzli fikirlər səsləndirlir, mən hesab edirəm ki, bunu daha çox  “üzüağ” çıxmayan  tərəf deyə bilər. Oğlanın  zifaf gecəsi özünü təsdiq edə bilməməsi müxtəlif psixi  səbələrdən ola bilər (buna da “bəyin bağlanması” deyirdilər),   bir neçə gün yoluna qoyulur da, anadangəlmə iqtidarsızlıq deyil. İqtidarsızlığı bilinən, məlum olan adam da evlənə bilərdi, amma o, toy etməyəcəkdi, zifaf gecəsi olmayacaqdı, “üzaçma” mərasimi də olmayacaqdı.

Həmcinslərimi müdafiə etmək kimi başa düşülməməyimi istərdim. Əgər tərəfkeşlik, ədalətsizlik edəcəyəmsə,  ədalətsizliyə öz tərəfimizdən olan qadının, qızının da urcah olacağı  qaçılmazdır. Biz günahkar axtarmamalı, problemin  həlli ilə bağlı mülahizə və fikirlərimizi  bildirməyə üstünlük veririk.

 Ola da bilər ki,  gəlin köçmüş qız   heç bir günah sahibi deyilmiş, amma  oğlan tərəfi “qan olmadı”, “belə olmadı” deyib,   gəlinləri haqqında sağlam olmayan  nəticəyə gəlsin.

Rayonlarımızın birində 18 yaşlı bir  günahsız qız   bu cürə təhdidə dözməyərək özünü körpüdən atmışdı.

Belə hallar da var. Təbii ki, oğlan tərəf də, qız tərəf də  müdriklik göstərməlidir. Əgər  tibb elmi, məhkəmə-tibb ekspertizası  bunu  təsdiq etməyəcəksə, ailələrin dağılmasına, təmiz adının ləkələnməsinə yol vermək olmaz.

Burada  həkimlərin üzərinə də çiddi məsuliyyət düşür. Ölçü  ölçməyə layiq olmalıdır, etalon olmalıdır, burada əllaməçiliyə yol vermək olmaz.

Eybəcərliyi, naqisliyi  ört-basdır etmək, gizlətmək olmaz, bu özü  ona bərabər bir əməldir.

    Bəzi ölkələrdə  bakirəlik testi keçirirlər.

 Əlbəttə, doğru deyil. Bu, qan analızi və ya hansısa peyvənd əməliyyatı deyil. Ən həssas bir məsələ belə adiləşdirilməməlidir və bu bəkarətin  ən böyük üstünlüyü də örtülü olmasındadır, məxsusi olmasındadır.

 Məsələn,  Özbəkistanın Səmərqənd vilayətində məktəbli qızların  və kollec tələbələrinin   ginekoloqlar təərfindən  bakirə olub-olmadıqları yoxlanılır. İndoneziyada  polisə  yalnız o qızları  götürürlər ki, o, mütləq bakirə olsun və   işlədiyi zamanlarda da  müəyyən müddət evliliyə yox desin.

Cənub-Şərqi Asiya ölkəsində “bakirəlik testi”nə görə   psixoloji sarsıntı keçirən  yüzlərlə qız  var.

 Eləcə də qızlıq pərdəsinin bərpa edilməsi.

1982-ci ildə İsveçdə  bu bərpa  üsulu qadağan edilb.

 Elə Avropa ölkələri dəvar ki,  qızlıq pərdəsi heç söhbət mövzusu da deyil. O ölkələrdə qızların  bakirə olub-olmaması deyil, qızın öz meylinin seçdiyi daha önəmlidir.

Bizim ölkəmizdə bu, hər zaman ciddi məsələ olub və bu gün də ciddi olaraq qalmaqdadır. Baxmayaraq ki,  qızlıq  pərdəsinin  bərpası ilə bağlı son illər  gizli-açıq şəkildə hansısa addımlar atılır,   tanınmış mütəxəssislərin məsələyə münasibətini  dərc etməklə, məsələnin  mahiyyətini  heçə-qoza döndərməyə cəhdlər edilməkdədir.

Hətta, bu addımı  əməliyyatın adını avropalılaşdırmaqla ciddiyyəti azaltmaq istəyirlər. Bu xalqın tabu olaraq  qəbul etdiyi  “bəkarət” anlayışını və həmin anlayışla bağlı ciddiyyəti terminlərin içində itirməyə can atırlar.

Bizim nə işimiz var himenoplastikaynan, yunan və romalıların “evlilik və toy tanrısı” Hymen şərəfinə  qəbul edilən  “qızlıq pərdəsi”ynən (“hymen” qızlıq pərdəsinin latınca adıdır və ilk gecə, toy gecəsi evlilik tanrısının şərəfinə    “hymen” adı verilmişdir).

  Məgər “qızlıq pərdəsi” sözünün  ifadə etdiyi məna   “hymen”dən  zəifdirmi,  bəsitdirmi?  

Qızlıq pərdəsi ilə  bağlı  əməliyyatı “himenoplastika”, “genital estetika”, “intim plastika”, “reflorasiya” və s bu kimi adlarla adlandırılması dolayısı ilə     bu utancı gizlətməyə, əməliyyat etdirənləri isə ictimai qınaqdan  qorumağa xidmət edir.

Məsələn,  mən  bu yaşıma qədər, yəni bu mövzunu  yazmağa başlayana qədər “himenoplastika”, “genital estetika”,   “reflorasiya” terminlərinə  birinci dəfə idi ki rast gəlirdim.

Həkimlər   əməliyyatın adını dünya praktikasına olduğu kimi işlətməklə  zərər çəkmişləri stres və fobiyalardan  uzaqlaşdırmış olsalar da, dolayısı ilə qızlıq pərdəsinin bərpası üçün (bakirəliliyin  bərpası da deyirlər) səhiyyə müəssisələrinə  gələnlərin utanmaması, çəkinməməsi üçün  böyür-başına pərdə  çəkmiş kimi də olurlar.

  Bu yazını hazırladığım müddətdə  bir çox həkimlərin fikirləri ilə tanış oldum. Tibbi ixtisasım olmasa da, həyati bilgilərimə istinadən  bu mövzuda  oxuduqlarım içərisində   maraqlılığına və əhəmiyyətinə  görə bəyəndiyim  yazılar da az olmadı.  Hiss olunur ki,  bu yazıların məramı  tibbin   cövhərində olan şəfqətlilik, humanizm ölçüləri ilə boyaboy  uyğundur və bu məqsədlə də  yazılıb.

Təəssüf ki,   bir çox  yazılarda  isə  korporativ maraqlar leymotivə çevrilir, amma  belə məsələlərin  əxlaqi  baxımdan dərinliyinə getmirlər.

 Bəzi mütəxəssislər  nikahdan əvvəl cinsi həyatın  vacibliyini vurğulayırlar. Guya gələcəkdə aiə quracaq gənclərin  ilk gecəyə hazırlanması üçün nikahöncəsi  intim münasibətləri normal qəbul edilməlidir. Guya  cütlüklərin gələcəkdə uzun müddət birgə yaşaya biləcəklərini müəyyənləşdirmək üçün  nikahaqədərki  intim  münasibətlər  hətta  vacibdir.  

 Daha təəccüblüsü budur ki, belə düşünənlər  proqnoz da verirlər ki,  vaxt gələcək ki, azərbaycanlı kişilər üçün qızın bakirə olması önəmli göstərici olmayacaq.

 Bəziləri, hətta,    “bakirəlik” effektinə elə zəmanət verirlər ki, səmərələşdirici təklif və ixtira müəllifləri kimi,  guya bərpa edilən  “yeni” bakirləlik pərdəsi cəmi 2-3 həftədən sonra “əsl”dən heç  fərqləınməyəcək.

Məsuliyyətsizlik  deyilmi:  heç çəkinmədən, narahatçılıq  keçirmədən    bizim ailə-əxlaq məcəlləsi üçün  qəbul edilə bilməyəcək  qüsurlu proqnozlar  verəsən.   Axı  bakirəlik  necə bərpa edilə  bilər? Bir toxumanı tikmək və dizayn təfəkkürlü  ginekoloq-cərrah tərəfindən oxşarının yaradılması  bakirəliyin bərpası deməkmi? Bu terminin  cövhərində  rəmzi bir and  var, bu andın bərpası olmur. Avropa ölkələrində belə  xüsusatlar  heç yada düşməsə də,   bizim  xalqımız  bu anddan keçməz.

Sitatlar:

Ömrünün dörddə üçünü oxumaqla keçirən yəqin ki, namuslu olur.

 Denis Didro

Namuslu görünmək üçün, namuslu olmaq lazımdır.

 Nikola Boileau

Davamı var…